LayiHƏ İŞİ kafedra: TƏTBİQİ elmlər və MÜHƏNDİSLİK



Yüklə 111,42 Kb.
səhifə1/2
tarix19.05.2023
ölçüsü111,42 Kb.
#111585
  1   2
Multikulturalizm-Şahlar




LAYİHƏ İŞİ

KAFEDRA: TƏTBİQİ ELMLƏR VƏ MÜHƏNDİSLİK

İXTİSAS: QEYRİ-ƏRZAQ MƏHSULLARININ EKSPERTİZASI VƏ MARKETİNQİ

QRUP: 416

MÜƏLLİM: NİFTALİYEV TELMAN

TƏLƏBƏ: PİRƏLİYEV ŞAHLAR

FƏNN: AZƏRBAYCAN MULTİKULTURALİZMİ

MÖVZU:MULTIKULTURALIZMIN KANADA MODELI

Multikulturalizm Kanadada — Kanada dövlətinin siyasəti hər bir millətin cəmiyyətdə mədəni xüsusiyyətlərinin qorunub saxlanmasına və inkişafına yönəldilib. İmmiqrasiya ölkənin inkişafında böyük rol oynayır. 2011-ci ilin siyahısında ümumi əhalinin sayına gorə 20,6 % (6 775 800 nəfər) immiqrantdır. Kanada G8 ölkələr üzrə immiqrantların qəbul edilməsinə görə liderdir.


“Multikulturalizm” termini Kanadada XX əsrin 60-ci illərində peyda olmuşdur. O zaman bu anlayış iki dilli siyasətdən ibarət idi, hansı ki, ingilis və fransız dilli ölkələrin kəskin ziddiyyətlərinin aradan qaldırılmasına yönəldilmişdir. Bəzi cəmiyyətlərdə, harda deyilirdi ki, Kanada iki millətlər ilə yox, yerli əhali ilə yaradılib, narazıçlıq yaradılmışdır. Bu narazıçılıq, Pyer Trüdo-nun rəhbərliyi altında olan internasional liberallar hökuməti ilə nəzərə alınmışdır. 1971-ci ilin oktyabr ayında multikulturalizm Kanadanın rəsmi ideologiya siyasəti olmuşdur və bu siyasət “Bir millət, iki dil, bir çox xalqlar və mədəniyyətlər” şüarını yaratdı. 1972-ci ildə multikulturalizm üzrə xüsusi idarə yaradılmışdır və 1990-cı ilin ortalarına qədər hökumətin tərkibinə nazir daxil idi, hansı ki, multikultural problemlərin çözülməsinə dair məsuliyyət daşıyırdı. 1988-ci ilin multikulturalizm aktına görə çoxmədəniyyətli istiqamət Kanadanın rəsmi siyasəti elan olundu . Sonuncu aktda deyilirdi ki, “Kanada hökuməti irqi, milli, kanadalıların etnik müxtəlifliklərini, müxtəlif dəri rəngli və dini əqidələrinə Kanada cəmiyyətinin fundamental xüsusiyyətləri kimi baxır və multikulturalizm siyasətini kanadalıların irsi multikultural istiqamətinin qorunub saxlanılması və inkişafı üçün bu prosesdə onların iqtisadi, sosial, mədəni və siyasi sahələrdə bərabər imkanların əldə edilməsi üçün keçirir.Dövlət Amerikanın "əridici qazan" kimi tanınmış assimilyasiya siyasətini rədd etdi və mədəni mozaika cəmiyyətinin qurulması üçün zəmin yaratmışdı.
Kanada polietnik dövlətlər üçün xarakterik olan problemlərlə üzləşmişdir.
Hər bir etnik qrupun öz mədəniyyəti, tarixi var və hər biri özünə görə Kanada üçün əhəmiyyətlidir. Nəticədə, bu öz ifadəsini hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsində tapır.
Kanadalı ingilislərin, fransızların və aborigenlərin dəqiq lokal əraziləri vardır, hansı ki, digər milli qruplara xüsusi təsir göstərir.
Müxtəlif mədəni münasibətlərin inkişafına ölkənin mürəkkəb coğrafi landşaftı mane olur.
Həmçinin, immiqrantları öz mədəniyyətlərinə və dillərinə təhlükə yaradan kimi görən böyük milli birlik - kanadalı fransızlar, multikulturalizm siyasətinə əməl etmək istəmir.
Multikultural cəmiyyətin formalaşması və inkişafı tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, həqiqi multikultural cəmiyyətlərin formalaşmasında və inkişafında demokratik ənənələr mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin əsl təkamülü üçün əlverişli şərait yaradır . Bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, həmçinin multikultkralizmin də müxtəlif modelləri mövcuddur. Bu gün Qərb multikulturalizmi multimədəni siyasətin çox pozitiv nümunəsi kimi İsveç, ABŞ, Avstraliya və Kanada multikulturalizminin timsalında özünü tam təsdiq etmişdir. Multikulturalizmin Kanada modeli yeni cəmiyyətdə hər millətin və etnik azlığın mədəni dəyərlərinin qorunmasına və inkişafına yönəlmiş dövlət siyasətidir. Kanadada multikulturalizm siyasəti kanadalıların etnik irsinin qorunması istiqamətində həyata keçirilir. Bu siyasətin ana xətti Kanadada yaşayan, mənşəcə etnik kanadalı olmayan insanlara dözümlü münasibətin olmasıdır. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi . Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Kanadada dini müxtəliflik mövcuddur. Kanadada rəsmi bir kilsə mövcud deyil və hökumət dini müxtəlifliyi dəstəkləyir. Kanadada dini etiqad azadlığı qanunlarda öz əksini tapıb və insanların toplaşmaq və öz dinlərinə etiqad etmək azadlığı var. Bu ölkədə multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur . Kanada əhalisinin etnik tərkibi də çox rəngarəngdir. Kanada, yerli əhalisi – eskimoslar və hindularla bərabər, miqrasiya dalğaları nəticəsində polietnik, polikonfessional qruplardan təşkil olunan kosmopolit bir əhali tərkibinə malik olan ölkədir . Ölkə əhalisinin 22%-ni (7,5 milyon nəfər) immiqrantlar təşkil edir. Kanada 19-cu əsrdən etibarən geniş immiqrasiya dalğalarını yaşamışdır. Artıq 1980-ci illərdə ölkə əhalisinin 40% -ni ingilis və fransız mənşəli immiqrantlar təşkil edirdi. Bu iki cəmiyyət Kanada tarixində böyük əhəmiyətə malikdir və bunlar dövlətinin iki qurucu xalqı olmaqdadır. Avropa mənşəli olan bu iki xalqın nümayəndələri 21-ci əsrin əvvəllərində artıq ölkə əhalisinin əksəriyyətini meydana gətirir. Kanadada multikulturalizm XX yüzilliyin 60-cı illərinin sonlarında Kvebek separatizminə cavab olaraq elan edilmiş və tam mərhələli şəkildə həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən sonra Kanadada ingilisdilli icmalarla fransızdilli icmalar arasında kəskin mübahisələr yaranmışdı. Multikulturalizm siyasətinin həyata keçirilməsi məhz bu mübahisələrin əsl diplomatik yollarla həll edilməsinə, həmçinin Kvebek separatizminin qarşısının alınmasına, dövlətin ərazi bütövlüyünün tam təmin edilməsinə eləcə də ölkəyə Vyetnamdan, Hindistandan, Çindən, ərəb ölkələrindən və Afrikadan kütləvi miqrant axınının intensivləşməsi ilə əlaqədar yenidən formalaşan multimədəni mühitin tənzimlənməsinə xidmət edirdi. Kanadada multikulturalizmin dövlət siyasəti qismində qəbul olunmasında və separatizm hərəkatına son qoyulmasında Kanadanın 15-ci baş naziri, 1968-1979 və 1980-1984-cü illər ərzində Kanadaya rəhbərlik etmiş fransız əsilli Josef Pyer İves Elliott Tryudonun müstəsna xidmətləri olmuşdur .
Kanadada qəbul edilmiş multikulturalizm siyasəti ABŞ-da həyata keçirilən və “Əridən qazan” (ing. “Melting Pot”) adlanan assimilyasiya siyasətinin tam əksi idi. 1982-ci ildə Kanada konstitusiyasının bir hissəsi olan “Hüquq və azadlıqlar xartiyası” (ing. “Canadian Charter of Rights and Freedoms”) qəbul olundu. Burada qeyd olunan əsas müddəalardan biri “müxtəlif etnik-milli qrupların sosial-mədəni irsinin qorunması və genişləndirilməsi zərurətini ifadə edirdi”. 90% əhali dərisinin rəngindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hamının bərabər imkanlara malik olması ideyasına, müqəddəs əqidə kimi inanır. Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyaseti aparılmır. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilindən azad dildə istifadə etmək , həmçinin doğma dildə təhsil almaq hüquqlarına da malikdirlər .
Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların özəl mədəni dəyərlərini və mili kimliklərini qoruya bilməsinə şərait yaradır. Kanada 1534-cü ildə Fransalı səyyah Jak Kartye tərəfindən kəşf edilmişdir . Kanadada reallaşdırılan multikulturalizimin fundamental prinsipini , hələ Böyük Fransa İnqilabi zamanı irəli sürülmüş “ Millətin içində millətə yer yoxdur “ kimi şüar təşkil edir . Beləliklə , Kanada multikulturalizimin ali məqsədi mədəni müxtəlifliyin etibarlı qorunması şərti ilə vahid “Ümumkanda kimliyin”yaradılmasına nail olmaqdan ibarətdir . Qeyd edək ki, Kanada multikulturalizm modeli bir çox cəhətləri ilə Azərbaycan multikulturalizm modelinə bənzəyir . Kanadanın müasir həyatı dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq cəmiyyətdə yeni və fərqli bir fərd düşüncəsini yaratmaqdadır. Bu fərd düşüncəsi, etnik mənşə ilə bağlı əlaqələri minimuma endirmişdir.
Beləliklə, cəmiyyətin siyasi birliyinin tam mühafizəsi şərti ilə, ölkə ərazisində təmsil olunan bütün etnik-mədəni müxtəlifliklərin hüquq və azadlıqlarının qorunmasına, inkişafına və əsl tərəqqisinə istiqamətlənmiş multikulturalizm siyasəti Kanadada öz bəhrəsini verməkdədir. Bu gün isə Kanada dövləti iqtisadi-mədəni və hərbi-siyasi cəhətdən inkişaf etmiş dövlətlər sırasında qabaqcıl yerlərdən birini tutur. Məhz multikulturalizm siyasətinə rəğmən ölkədə separatizm meylləri minimuma endirilmişdir. Qlobal iqtisadi, siyasi və etnik-mədəni proseslərin dinamik şəkildə cərəyan etdiyi müasir münaqişəli cəmiyyətdə, yarım əsr bundan əvvəl siyasi müstəviyə çıxarılmış və dövlət siyasəti kimi təsdiq edilmiş Kanada multikulturalizmi modelini Qərb multikulturalizminin əsas etalonu hesab etmək olar . Kanada cəmiyyəti isə bütün sivil cəmiyyətlər içərisində əsl tolerantlıq etalonu kimi özünü təsdiq etmişdir.
XX əsrdə yaranmış və inkişaf etmiş mədəni təlimlərin mütərəqqi əhəmiyyətini nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, tarixi zərurət kimi ortaya çıxmış və özünü alternativi olmayan əsl mədəni siyasət kimi təsdiqləmiş multikulturalizm, həmçinin də onunla bağlı həyata keçirilən dövlət siyasəti ən dahi mütəfəkkirlərin düşüncələrinin və ideyalarının ümumiləşdirilmiş obrazları qismində təzahür edir. Çağdaş münaqişəli cəmiyyətdə baş verən hadisə və proseslərin fonunda bu fenomen qlobal tolerantlığa olan əsl tarixi tələbatın məntiqi nəticəsi kimi bütün dünyada bərqərar olmaqda israrlı görünür
Multikultural cəmiyyətin formalaşması və inkişafı tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, həqiqi multikultural cəmiyyətlərin formalaşmasında və inkişafında demokratik ənənələr mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin əsl təkamülü üçün əlverişli şərait yaradır. Demokratizmə əsaslanan multimədəni siyasət sistemləşdirilmiş və hüquqi əsaslarla təmin olunmuş şəkildə ilk dəfə Şimali Amerikanın və Qərbi Avropanın inkişaf etmiş ölkələrində təşəkkül tapmış və daha sonar mədəni siyasətin nümunəsi kimi bütün dünyaya yayılmışdır. Qeyd etmək lazımdır ki, ən yüksək təşəkküllü multikultural mühitin yaradılması daha çox polietnik sosiumun məskunlaşdığı məkanların təbii-coğrafi, iqtisadimədəni və linqvistik xüsusiyyətlərindən, həmçinin iqlim şəraitindən və digər əlamətlərdən asılıdır. Məhz elə bu xüsusiyyətlər müəyyən tarixicoğrafi məkanlarda uzun müddət ərzində yaşayan etnosların xarakterini, temperamentini, düşüncə tərzini, əxlaqi keyfiyyətlərini və mentalitetlə bağlı əlamətlərini təyin edir. Yuxarıda sadalanan əlamətlərə, həmçinin ölkələrin, regionların tarixi inkişafındakı müxtəlifliyə, polietnik məkanın milli, dini, konfessional özəlliklərinə, eləcə də sosial-ərazi birliklərinin etnik tərkibinə, sosial-iqtisadi inkişaf səviyyəsinə və siyasi isteblişmentin intellektual, diplomatik, praqmatik və sırf administrativ keyfiyyətlərinə rəğmən multikulturalizmin də müxtəlif modelləri təşəkkül tapmışdır. Bu spesifik etnik modellərin sırasında ABŞ, Kanada, Hindistan, Malayziya, İndoneziya, Azərbaycan və s. modelləri qeyd etmək olar.
Bu gün Qərb multikulturalizmi multimədəni siyasətin çox pozitiv nümunəsi kimi İsveç, ABŞ, Avstraliya və Kanada multikulturalizminin timsalında özünü tam təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, nümunəvi multikultural cəmiyyət yuxarıdan diktə olunan siyasi ideyalara kortəbii şəkildə əməl edən hüquqi cəmiyyət deyil. Həqiqi multikultural cəmiyyət tolerantlığın, birgəyaşayış prinsiplərinin, qarşılıqlı yardım qaydalarının, insana hansısa dinin, dilin, mədəniyyətin daşıyıcısı olmasına görə deyil, insan olmasına görə qiymət verən şəxsiyyətlərin üstünlük təşkil etdiyi cəmiyyətdir. Belə cəmiyyətlərdə ümumbəşəri dəyərlər etnosun təbiətində əsrlər ərzində formalaşmış və əsl milli xüsusiyyətə çevrilmiş ruhani və ideoloji faktdır. Humanizm və tolerantlıq kimi ümumbəşəri dəyərlər isə onun mentalitetinə üzvi şəkildə xasdır.
Qlobal iqtisadi, siyasi və etnik-mədəni proseslərin dinamik şəkildə cərəyan etdiyi müasir münaqişəli cəmiyyətdə, yarım əsr bundan əvvəl siyasi müstəviyə çıxarılmış və dövlət siyasəti kimi təsdiq edilmiş Kanada multikulturalizmi modelini Qərb multikulturalizminin əsas etalonu hesab etmək olar. Kanadada multikultural cəmiyyətin formalaşması XX əsrin 60-cı illərinin sonları, 70-ci illərinin əvvəllərinə təsadüf edir. Bu dövrdə Kanada hökuməti əhalinin dini, irqi, etnik və konfessional müxtəlifliyini nəzərə alaraq, onu müasir Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevirmək istiqamətində tədbirlər görməyə başladı. Qeyd etmək lazımdır ki, bu gün Kanadada multikulturalizm “Azadlıq və Hüquqlar haqqında Kanada Nizamnaməsinin” 27-ci maddəsinə uyğun olaraq qorunur. ABŞ və Avstraliyadan fərqli olaraq, Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti aparılmır. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilindən azad şəkildə istifadə etmək, həmçinin doğma dildə təhsil almaq hüquqlaruna da malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların özəl mədəni dəyərlərini və milli kimliklərini qoruya bilməsinə şərait yaradır.
Beləliklə, multikulturalizmin rəsmi dövlət siyasəti kimi qəbul olunduğu ilk ölkə elə Kanada olmuşdur. Qeyd etmək lazımdır ki, Kanada 1867-ci ildə İstiqlal Bəyannaməsinə görə dörd əyalətdən (Ontario, Kvebek, Nyu-Bransuik, Yeni Şotlandiya) ibarət olan “Britaniya Şimali Amerikası” kimi yaradılmışdır. 1931-ci ilin 11 dekabr tarixində - Vestminster statutu ilə bağlı (Böyük Britaniya parlamentinin dominion dövlətlər haqqında aktı) Britaniya imperiyasının tərkibində tam siyasi müstəqilliyə malik dominion dövlətdir. 1982-ci ilin 17 aprelində qəbul olunmuş “Kanada haqqında Akt”la Britaniya Birləşmiş Krallığının parlamenti Böyük Britaniya ilə Kanada arasında sonuncu konstitusiya və qanunvericilik əlaqələrini də ləğv etmişdi. Hal-hazırda Kanada nominal şəkildə “Millətlər birliyi”ndə (ing.“Commonwealth of Nations”) təmsil olunur. İnzibati-ərazi bölgüsünə görə Kanada 10 əyalətdən və 3 ərazidən ibarətdir. On əyalətdən doqquzunda ingilis dilli, birində isə (Kvebek) fransız dilli əhali üstünlük təşkil edir. Kanadanın aborigenləri olan hinduirokezlərin dilində “kanada” sözünün dəqiq hərfi mənası “kənd”, yaxud “məskən” deməkdir
Kanada 1534-cü ildə Fransalı səyyah Jak Kartye (fran. Jacques Cartier - 1491-1557) tərəfindən kəşf edilmişdir. Bir müddət sonra bu ərazi “Yeni Fransaya” aid əyalətlərdən birinə çevrilmişdi. 1600-1605-ci illərdə fransızların Kanadada Tadusak, Port-Royal, 1608-ci ildə Kvebek koloniyalarını, ingilislərin isə 1610-cu ildə Nyufaundlenddə Sent-Cons şəhərini yaratmalarıdan sonra Şimali Amerikada “Kanada” adlı subyektin əsası qoyuldu . Hal-hazırda Kanadanın ümumi ərazisi 10 000 000 km2 (Rusiyadan sonra 2-ci), əhalisi isə 37 mil. nəfərdir. Ölkə Paytaxtı Ottava şəhəridir. Pul vahidi Kanada dollarıdır. Devizi - ”Dənizdən dənizə” (“A mari usque ad mare”), himni isə - “O Canada!” kimi sözlər ilə başlayır.
Multikulturalizmin Kanada modeli yeni cəmiyyətdə hər millətin və etnik azlığın mədəni dəyərlərinin qorunmasına və inkişafına yönəlmiş dövlət siyasətidir. Ölkə əhalisinin 22%-ni (7,5 milyon nəfər) immiqrantlar təşkil edir. Kanadada multikulturalizm XX yüzilliyin 60-cı illərinin sonlarında Kvebek separatizminə cavab olaraq elan edilmiş və tam mərhələli şəkildə həyata keçirilmişdir. Kanadanın şərqində yerləşən, əhalisinin fransızdilli kolonistlərdən ibarət olduğu Kvebekin ərazisi - 1.667.441 km2 , əhalisi 8,2 milyon nəfərdir. Ölkənin ən böyük şəhəri isə Monrealdır. Kanadada multikulturalizm siyasətinin ilk rəsmi təzahürü isə ölkənin bilinqvist (lat. bi - iki, linqua - dil, bir ölkə daxilində paralel olaraq iki dildən istifadə edilməsi praktikası) məkan (ingilis-fransız) elan edilməsi olmuşdu. Qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən sonra Kanadada ingilisdilli icmalarla fransızdilli icmalar arasında kəskin mübahisələr yaranmışdı.
Multikulturalizm siyasətinin həyata keçirilməsi məhz bu mübahisələrin əsl diplomatik yollarla həll edilməsinə, həmçinin Kvebek separatizminin qarşısının alınmasına, dövlətin ərazi bütövlüyünün tam təmin edilməsinə, eləcə də ölkəyə Vyetnamdan, Hindistandan, Çindən, ərəb ölkələrindən və
Afrikadan kütləvi miqrant axınının intensivləşməsi ilə əlaqədar yenidən formalaşan multimədəni mühitin tənzimlənməsinə xidmət edirdi.
Kanadada multikulturalizmin dövlət siyasəti qismində qəbul olunmasında və separatizm hərəkatına son qoyulmasında Kanadanın 15-ci baş naziri, 1968-1979 və 1980-1984-cü illər ərzində Kanadaya rəhbərlik etmiş fransız əsilli Josef Pyer İves Elliott Tryudonun (fran. Jozeph Philippe Pierre Yves Elliott Trudeau - 1919-2000) müstəsna xidmətləri olmuşdur (2013-cü ilin aprelindən bəri Kanadaya Pyer Tryudonun oğlu, Kanadada multikulturalizmin rəsmi ideologiya elan olunduğu 1971-ci ildə anadan olmuş Castin Tryudo rəhbərlik edir). Dövlət başçısının şəxsi xidmətlərinə rəğmən, 1971-ci ilin oktyabrında multikulturalizm Kanada siyasətinin rəsmi ideologiyası elan olunmuşdu (“Bilinqvizmə əsaslanan çoxmədəniyyətlilik doktrinası”). 1972-ci ildə isə multikulturalizm üzrə xüsusi direktorat yaradılmışdı.
Kanadada qəbul edilmiş multikulturalizm siyasəti ABŞ-da həyata keçirilən və “Əridən qazan” (ing. “Melting Pot”) adlanan assimilyasiya siyasətinin tam əksi idi. 1982-ci ildə Kanada konstitusiyasının bir hissəsi olan “Hüquq və azadlıqlar xartiyası” (ing. “Canadian Charter of Rights and Freedoms”) qəbul olundu. Burada qeyd olunan əsas müddəalardan biri “müxtəlif etnik-milli qrupların sosial-mədəni irsinin qorunması və genişləndirilməsi zərurətini ifadə edirdi”
1988-ci il tarixdə qəbul edilmiş “Multikulturalizm haqqında Akt”ın preambulasının (lat. preambulus - irəlidə gələnlər, hər hansı bir mətnin giriş hissəsi) sonuncu bəndində deyilir: “Kanada hökuməti kanadalıların irqi, milli, etnik xüsusiyyətlərini, onların dərilərinin rənglərini və dini əqidə müxtəlifliyini Kanada cəmiyyətinin fundamental xüsusiyyəti hesab edir və ölkə həyatının sosial, iqtisadi, etik-mədəni və siyasi sahələrində eyni imkanların əldə edilməsi kimi, kanadalılara məxsus multicultural irsin qorunmasına və inkişafına yönəlmiş əsl multikulturalizm siyasəti həyata keçirir”.Onu qeyd etmək lazımdır ki, Kanadada reallaşdırılan multikulturalizminin fundamental prinsipini, hələ Böyük Fransa İnqilabı (1789-1799) zamanı irəli sürülmüş “Millətin içində millətə yer yoxdur” kimi şüar təşkil edir. Beləliklə, Kanada multikulturalizminin ali məqsədi mədəni müxtəlifliyin etibarlı qorunması şərti ilə vahid “Ümumkanada kimliyinin” yaradılmasına nail olmaqdan ibarətdir. Bununla əlaqədar Kanada multikulturalizmi ilə Azərbaycan multikulturalizmi bəzi eyniyyət təşkil edir.
Kanadada multimədəni cəmiyyətə münasibətlə əlaqədar keçirilən sorğuda iştirak edənlər arasında 73% əhalinin, əsasən də gənclərin başqa etnik-mədəni qrupların içərisindən dostları vardır. 79% Kanada əhalisi multikulturalizmi ölkənin birliyini təmin edən zəruri şərt hesab edir.
Kanadada qarışıq nikahlara müsbət münasibət göstərənlərin sayı 85%- dir. Əhalinin 95%-i özünün həm kanadalı olması ilə, həm də etnik mənsubiyyəti ilə fəxr edir. 90% əhali dərisinin rəngindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hamının bərabər imkanlara malik olması ideyasına, müqəddəs əqidə kimi inanır.
Beləliklə, cəmiyyətin siyasi birliyinin tam mühafizəsi şərti ilə, ölkə ərazisində təmsil olunan bütün etnik-mədəni müxtəlifliklərin hüquq və azadlıqlarının qorunmasına, inkişafına və əsl tərəqqisinə istiqamətlənmiş multikulturalizm siyasəti Kanadada öz bəhrəsini verməkdədir. Bu gün isə
Kanada dövləti iqtisadi-mədəni və hərbi-siyasi cəhətdən inkişaf etmiş dövlətlər sırasında qabaqcıl yerlərdən birini tutur. Məhz multikulturalizm siyasətinə rəğmən ölkədə separatizm meylləri minimuma endirilmişdir.
Kanada cəmiyyəti isə bütün sivil cəmiyyətlər içərisində əsl tolerantlıq etalonu kimi özünü təsdiq etmişdir.


Yüklə 111,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə