Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

47 

 

2. TƏLİM STRATEGİYALARI 

Təlim  strategiyaları  təlim  prosesinin  təşkilinə  verilən  tələbləri,  istifadə  edilən 

forma,  üsul  və  vasitələri  əhatə  edir.  Yeni  kurikulumlarda  təlim  strategiyaları 

anlayışının  işlənməsi  və  pedaqoji  prosesin  təşkilində  ondan  daha

 

səmərəli  şəkildə 



istifadə olunması,  ilk  növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin  müasir 

tələblər baxımından izahını tələb edir. Təhsilə özündə dili, milli və bəşəri dəyərləri, 

bacarıqları  ehtiva  edən  sistem  kimi  baxılır.  Bu  dəyərlərin  formalaşmasında 

şəxsiyyətin  istiqamətləndirilməsi,  mədəniyyəti,  dostluq  və  yoldaşlıq  əsas  aparıcı 

prinsiplər kimi çıxış edir.  

Təhsil  sisteminin  ilk  pilləsi  məktəbəqədər  təhsildir.  Gözlənilən  nəticələri  ilə 

fərqlənən bu pillə  bir-birini tamamlayır  və ardıcıl olmaqla təhsilin ümumi sistemini 

təşkil edir. Ona  görə də təhsilə bir sistem  kimi baxılır. Bu zaman demokratikləşmə, 

humanistləşdirmə,  diferensiallaşdırma,  fərdiləşmə,  sosiallaşma,  variativlilik, 

inteqrativlik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.  

İnsanın sosiallaşma prosesində bəşəri  və  milli dəyərlərə  yiyələnməsi  müxtəlif 

fəaliyyət  sahələrində  həyata  keçirildiyindən  təhsilə  həm  də  proses  kimi  yanaşılır. 

Onun  didaktik  əsasını  qanunauyğunluq,  təcrübilik,  məqsədyönlülük,  sistemlilik,  fa-

siləsizlik, variativlik, mərhələlilik, fərdilik təşkil edir.  

Təhsil  həm  də  bütövlükdə  tərbiyəçi,  uşaq  və  valıdeynin  birgə  fəaliyyətinin 

yekunu  olduğundan  ona  nəticə  kimi  baxılır,  tam  və  mərhələli  prosesin  sonu  kimi 

qiymətləndirilir.   

Məktəbəqədər  təhsil  proqramında  (kurikulumunda)  təlim  strategiyaları 

aşağıdakı məsələləri əhatə edir: 

- təlim prosesi və onun təşkili prinsipləri; 

- təlimin təşkilində istifadə olunan forma və üsullar;  

-təlimin planlaşdırılması. 



 


48 

 

  



2.1.Təlim prosesi və onun təşkili prinsipləri 

      


Şəxsiyyətyönümlü  təhsil  sistemində  pedaqoji  prosesin  mərkəzində  dayanan 

tərbiyəçi  və  uşaqların  funksiyaları  dəyişir.  Onların  fəaliyyəti  əvvəlcədən  müəyyən 

olunmuş nəticələrə əsasən qurulur. Tərbiyəçi təlim prosesində  yeni texnologiyaların 

içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tərbiyəçi 

və  uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt – 

subyekt”  formuluna  uyğun  qurulur.  Bu  zaman  uşaqlar  öz  təfəkkürünün, 

düşüncəsinin,  tərbiyəçilər  isə  uşağın  inkişafı  üçün  şəraitin  təşkilatçısı  olur. 

Tərbiyəçilərin  rəhbərlik  funksiyası  dəyişir,  informasiya  vermək  sahəsindəki 

fəaliyyəti  məhdudlaşır.  O  daha  çox  qrup  şəraitində  təlim  fəaliyyətini  əlaqələndirən, 

istiqamətləndirən  məsləhətçi  kimi  uşaqların  müstəqil  idraki  fəaliyyətini, 

yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müstəqil axtarışlar aparmağa, 

yaradıcı fəaliyyət göstərməyə sövq edilir.  

Uşaqların  fiziki  inkişafına,  sağlamlığına  kömək  etmək  üçün    aşağıdakı 

strategiyalar çox mühümdür

.  

Bunlar hər bir uşağın unikal ehtiyaclarını təmin etmək,  



fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət daşıyır: 

 



hər  bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması; 

 



uşaqların  tibbi müayinə ilə təmin olunması; 

 



uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması; 

 



uşaqların sağlamlığı,  fiziki forma və fəal hərəkətləri  artıran gündəlik şəraitin  

yaradılması; 

 

uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan  fəaliyyəti  təmin etmək üçün 



təhlükəsiz şəraitin yaradılması; 

 



materialların    bütün  uşaqlar  üçün  asanlıqla  əlçatan  (hündürlük,  ölçü, 

yerləşdirilmə) olması; 

 

nəğməli  oyunların,  mahnı  oxunmasının,    rəqs  və  digər  mədəni  baxımdan 



spesifik fəaliyyətlərin uşaqların gündəlik rejimlərinə daxil edilməsi; 


49 

 



 

fiziki  xüsusiyyətlər  və  eləcə  də  fərdi  üstünlüklər  haqqında  müzakirələrin  

aparılması;  

 



risk  faktorları  və  uşaqların  hüquqlarının  pozulması    hallarının  qarşısının 

alınması.      

Uşaqların  sosial  və  emosional  inkişafı  onların  böyüdüyü  və  öyrəndiyi 

kontesktlərlə,  mədəniyyət    və  münasibətlərlə  bağlı  olduğu  üçün  valideynlər  və 

tərbiyəçilər  uşaqların  sosial  və  emosional  inkişafının  formalaşmasında  əsas  rol 

oynayırlar.  

Aşağıdakı strategiyalar hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən təcrübələr 

əldə etməsinə  kömək edəcək: 

 

uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq; 



 

uşaqlara öz emosiyalarını qəbul etmək, başa düşmək və idarə etməkdə kömək 



etmək; 

 



müxtəlifliyi  bildirən,  mədəniyyət  baxımından  münasib  fəaliyyətlərin,  təcrübə 

və materiallar toplusundan istifadə etmək; 

 

ailə  mədəniyyətinin  qəbul  edilməsinə  və  yüksək  qiymətləndirilməsinə  dəstək 



vermək; 

 



bütün insanlara hörmət edən və mənfi rəylərdən azad mühit yaratmaq; 

 



qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil etmək; 

 



uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslanmaq;  

 



münaqişənin  və  problemlərin  həlli  bacarıqlarının  modelini  yaratmaq  və 

uşaqlara öyrətmək. 

Hər  bir  uşaq  özünün  fiziki  və  sosial  dünyasında  müxtəlif  yollarla  ümumi 

biliklər əldə edir. Mahiyyət  etibarilə, hər bir uşaq özünün ünsiyyət, dil və savadlılıq, 

zəruri  həyati    bacarıqlarının  inkişaf  etdirilməsinə    dəstək  və  kömək  üçün  ehtiyac 

duyur.  İdrakın    inkişafına  kömək  etmək  üçün  aşağıdakı  strategiyaların  nəzərə 

alınması tövsiyə olunur: 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə