Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

53 

 

etmək  deyil,  fikir  yürütmək,  faktlar  axtarmaq,  səbəb-nəticə  əlaqələrini  soruşmaq, 



izah etmək  və qurmaq, sadə tədqiqatlar aparmaq,  həmyaşıdları  ilə  ünsiyyət qurmaq, 

fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.  

İnkişafetdirici  və  dəstəkləyici  mühitin  yaradılması  üçün  məktəbəqədər  təhsil 

müəssisələrində müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Guşələr  2 əsas 

şərti nəzərə almaqla tərtib olunur:  

1.Uşaqların maraq və inkişaf ehtiyacları; 

2. Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları. Fəaliyyət 

mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:  

-

 

riyaziyyat guşəsi,  



-

 

kitab  guşəsi,  



-

 

stolüstü oyunlar guşəsi,  



-

 

 elm guşəsi,  



-

 

 təsviri fəaliyyət guşəsi,  



-

 

qum və su guşəsi,  



-

 

tikinti materialları guşəsi,  



-

 

sujetli-rollu oyunlar  guşəsi,  



-

 

məişət-təsərrüfat guşəsi,  



-

 

milli guşə,  



-

 

gəlincik guşəsi, 



-

 

nəqliyyat guşəsi, 



-

 

təbiət guşəsi, 



-

 

əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi. 



Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir,  xüsusi materiallarla təchiz 

olunur.    Mərkəzlərdə  qoyulan  materiallar  (kitablar,  oyuncaqlar,  həndəsi  fiqurlar, 

oyuncaq  qablar,  mətbəxə  aid  oyuncaqlar,  kağız,  qələmlər,  karton,  boyalar,  plastilin, 

pazl  oyuncaqları,  müxtəlif  bitkilər,  yarpaqlar)  uşaqların  əli  çatan  vəziyyətdə 




54 

 

qoyulmalıdır  və  uşaqlar  həmin  materiallarla  yaradıcı  və  müstəqil  oynamağa 



həvəsləndirilməlidir.  Fəaliyyət  mərkəzləri  (guşələr)  elə  yaradılmalıdır  ki,  orada 

uşaqlar  kiçik  qruplarda  bir-birilə  oynayıb  ünsiyyət  qura,  istədikləri  fəaliyyət 

mərkəzlərini özləri seçə bilsinlər.  

Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil 

uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

Təlim mühitinin xarakteristikası:  

 



Bütün uşaqlar üçün səmimi mühit  olmalıdır. 

 



Mühit cəlbedici və zövqlü olmalıdır. 

 



Mühit dəstəkləyici olmalı, ünsiyyət və əməkdaşlığı təmin etməlidir. 

 



Bütün uşaqlar üçün kifayət qədər materiallar təmin olunmalıdır. 

 



Uşaqların  materialı  müstəqil  tapması,  istifadə  etməsi  və  qaytarmasına  imkan 

yaradılmalıdır. 

 

Mühit müxtəlif oyun növlərinə həvəs yaratmalıdır. 



 

Mühit  uşağın  qrup  otağının  bütün  tərəflərini  görməsinə  və  asanlıqla  hərəkət 



etməsinə imkan verməlidir. 

 



Uşaqların  bir  sahədən  digər  sahəyə  material  və  vəsaitləri  gətirərək  oyun 

zamanı istifadə edə bilməsi təmin edilməlidir. 

Məktəbəqədər  müəssisədə  təhsilin  səmərəli  qurulması  üçün  psixososioloji 

mühit  təlimə  uyğun  olmalı  və  uşaqların  öyrənmə  prosesində  ünsiyyət  və  əlaqə 

yaratmasına imkan verməlidir. 

 

Təlim mühitinin yaradılması: 

 

Tərbiyəçinin mədəni və müsbət davranışı uşaq fəaliyyətinə təsir edir.  



 

 Yeni materialların davamlı və fərqli biçimdə istifadəsi təlimə həvəs yaradır. 



 

 Fərqli struktur səmərəli fərdi təlim üçün vacib hesab edilir. 




55 

 



 

 Musiqi  yadasalma  qabiliyyətinin  inkişaf  etdirilməsi  və  müvafiq  təlim 

mühitinin yaradılması üçün istifadə edilə bilər. 

 



  Resurslar məqsədəuyğun, istifadəyə yararlı, müəyyənedici və uşağın təliminə 

uyğun olmalıdır.  

Uşaqlar    inkişaf  və  təlim  prosesinin  fəal  iştirakçısıdırlar.  Müasir  təlim  tələb 

edir  ki,  məlumat  uşağa  valideyn  və  ya  tərbiyəçi  tərəfindən  hazır  ötürülməsin,  uşaq 

məlumatı  özü  əldə  etsin.  Biliyin  əldə  edilməsinin  əsasını  təşkil  edən  bacarıqlar 

təcrübə  prosesində  təkmiləşdirilir.  Buna  görə  də    uşaqlara  ətraf  mühitdə  biliklərin 

araşdırma  yolu  ilə  əldə  edilməsi  imkanını,  eyni  zamanda,  əşyalar  və  modellərin 

imitasiyası  imkanını  vermək  çox  vacibdir.  Beləliklə,  məşğələlər  zamanı  uşaqlara 

ətraf  mühiti  təcrübi  yolla    dərk  etmək,  müxtəlif  fəaliyyətlər  həyata  keçirmək, 

məsələlərin  həllində  iştirak  etmək,  danışıq  və  ünsiyyət  vərdişlərini  inkişaf  etdirmək 

imkanı vermək olduqca zəruridir. Məktəbəqədər yaşlı uşaqların təlimini və inkişafını 

təmin  etmək  üçün  ayrı-ayrılıqda  oxu,  yazı  və  riyazi  təsəvvürlərin  təliminə  və 

əzbərçiliyə həddən artıq əhəmiyyət vermək lazım deyil. Evdə və məktəbəqədər təhsil 

müəssisələrində uşaq üçün rəngarəng fəaliyyətlər planlaşdırılmalıdır. Əsas uşaqların 

nəyi  bilmələri  deyil,  nə  etməyi  bacardıqları  və  nə  öyrəndikləridir.  Daha  doğrusu, 

öyrənmə və düşünmə bacarıqlarının təkmilləşdirilməsidir. 

Fəal  öyrənmə prosesi  uşaqların ətrafdakı  insanlar  və əşyalarla  qarşılıqlı təsiri 

nəticəsində  baş  verir.  Böyüklərin  uşağın  inkişafını  dəstəkləmələrində  rolu  özlərinin 

bu  prosesdə  birgə  iştirakı  ilə  əlverişli  emosional  şərait  yaratmaqdan  ibarətdir.  Bu 

zaman  uşaqlara  əşyalarla  manipulyasiya  etmək,  seçim  etmək,  əşya  və  ideyaları 

“tədqiq”  etmək,  eksperiment  aparmaq  və  “kəşflər  etmək”  imkanı  vermək 

mümkündür.  Bu  zaman  uşaqlar  həm  öz  həmyaşıdları  ilə,  həm  də  böyüklərlə 

təhlükəsiz və  xoş mühitdə ünsiyyət qurmaq imkanı qazana bilirlər.  

Fəal  təlim  metodları  üzərində  qurulan  məşğələ  ənənəvi  məşğələlərdən 

fərqlənir.  Bu  məşğələlər  uşaqların  sərbəst  şəraitdə  fəaliyyət  göstərməsinə  imkan 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə