23
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyir”, “salam”, “sağ ol”, “çox sağ ol”,
“bağışla”, “buyurun”, “zəhmət olmasa”, “nuş olsun”, “xoş gəlmisiniz”, “yaxşı yol”),
jest və mimikalardan istifadə edir.
2.1.4. Hərf və səsləri fərqləndirir, hecalar, hecalardan sözlər, sözlərdən cümlələr,
cümlələrdən mətnlər qurur.
2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən, antonim və sinonim sözlərdən istifadə edir.
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. On dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.
2.2.2. Əşyalar içərisindən dairəni, üçbucağı, kvadratı seçir, fərqləndirir və müqayisə
edir.
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət və həcm) görə ümumiləşdirir, səbəb-
nəticə əlaqələrini müəyyənləşdirir.
2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar
(toplama, çıxma, bərabər, qeyri-bərabər) və konstruktiv bacarıqlar (planlaşdırma,
modelləşdirmə, sxemləşdirməvə simvollaşdırma) nümayiş etdirir.
2.2.5. Məkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamanla bağlı (ilin
fəsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) ilkin riyazi əməliyyatlar yerinə
yetirir.
2.2.6. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitlərdən (maqnit, böyüdücü şüşə,
xətkeş və s.) istifadə edir.
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malikdir və anlayışları izah edir.
2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik davranış)
uyğunlaşdırır.
2.3.2. Səbəb-nəticə əlaqələri müəyyənləşdirir.
2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış (qorumaq, mühafizə
etmək, qiymətləndirmək) bacarığı nümayiş etdirir.
24
2.3.4. Obyektlər haqqında məlumat toplayır və müxtəlif yollar ilə (müzakirə edir,
şəkillər şəkir, müxtəlif simvollar düzəldir və s.) izah və təsvir edir.
2.3.5. Müxtəlif təbiət materialları (daş, qum, su, torpaq) haqqında məlumat toplamaq
üçün hiss üzvlərindən istifadə edir və onlar haqqında izahat verir və ümumiləşdirmə
(məsələn, materialların fərqini müəyyən edir, oxşar cəhətlərini, onlar bir-biri ilə necə
əlaqəli olduğunu deyir və s.). aparır.
2.3.6. Müxtəlif materialların keyifiyyətini təsvir edərək, onların gündəlikdə necə
istifadə olduğunu deyir.
2.3.7.Səma cisimlərində, gündəlik havada və ilin fəsillərində olan dəyişikliklərdə
fərqli və oxşar cəhətləri müəyyən edir, səbəb-nəticə əlaqələrini izah edir və məntiqi
nəticələr çıxarır.
2.3.8. Müəyyən müddətdə (bir neçə gün\gecə, həftə ərzində) ətraf mühitdə
baş
verən
hadisələri\fəaliyyətləri təsvir edir və izah edir.
2.3.9. Ailə və vətən haqqında (dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar, milli
sərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) sadə təqdimatlar edir.
3.ESTETIK VƏ YARADICI İNKİŞAF
Orta qrup (3-4 yaş)
Uşaq:
3.1. Sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir.
3.1.1. Sadə təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, fırça, yapışqan,
plastilin) təyinatına görə istifadə edir.
3.1.2. Sadə rəsmetmə (rənglərdən istifadə edərək sadə əşya və təbiət şəkilləri çəkmək),
yapma (1-3 hissədən ibarət fiqurlar düzəltmək) və yapışdırma (kəsilmiş formalardan
istifadə etməklə, sadə kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.
3.1.3. Sadə quraşdırma (tikinti materiallarından sadə modellər düzəltmək) bacarıqları
nümayiş etdirir.
25
3.2. Mədəni-estetik təsəvvürlərə malik
olur və yaradıcılıq bacarıqları nümayiş
etdirir.
3.2.1. Musiqini dinləyir, janrına və xarakterinə görə reaksiya verir, sadə ifaçılıq
bacarıqları (sadə mahnılar oxumaq, musiqili-ritmik hərəkətlər etmək) nümayiş etdirir,
musiqi alətini (piano, qarmon, dəf, tütək) tanıyır və adlandırır.
3.2.2. Müxtəlif fəaliyyətlər üzrə müstəqil, sadə yaradıcılıq (təsviri, musiqi fəaliyyəti,
bayram və əyləncələrdə, səhnəciklərdə iştirak etmək) bacarıqları nümayiş etdirir.
3.2.3. Müxtəlif janrda olan bədii əsərlərə reaksiya verir (hekayələr, nağıllar, təmsillər),
onların məzmununa münasibət bildirir (sual verir, qəhrəmanları xarakterizə edir), öz
hisslərini bildirir (xoşum gəlir\gəlmir, maraqlıdır, şəndir və s.)
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.
3.3.1. Sadə əmək tapşırıqlarını (növbətçilik, özünəxidmət) yerinə yetirir.
3.3.2. Kollektiv əməkdə iştirak edir və tapşırıqları yerinə yetirir.
Böyük qrup (4-5 yaş)
Uşaq:
3.1. Sadə yaradıcılıq qabiliyyətləri nümayiş etdirir.
3.1.1. Təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, rəngli boya, qayçı,
fırça, yapışqan, rəngli kağızlar, gil və plastilin) təyinatına görə istifadə edir.
3.1.2. Rəsmetmə (verilmiş və müstəqil şeçilmiş mövzular üzrə sadə sujetlər çəkmək),
yapma ( verilmiş və müstəqil seçilmiş mövzular üzrə bir neçə fiqurdan ibarət sadə
sujetlər yaratmaq) və yapışdırma (hazır və kəsdiyi kağızlardan, təbiət və tullantı
materiallarından sujetli-dekorativ təsvirlər yaratmaq) bacarıqları nümayiş etdirir.
3.1.3. Sadə quraşdırma (tikinti, tullantı, təbiət materiallarından və kağızdan istifadə
edərək müxtəlif modellər düzəltmək) bacarıqları nümayiş etdirir.
3.2. Mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq bacarıqları nümayiş
etdirir.
Dostları ilə paylaş: |