20
2. İDRAKIN İNKİŞAFI
Orta qrup (3-4 yaş)
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və reaksiya verir.
2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir.
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyir”, “salam”, “sağ ol”, “çox sağ ol”)
istifadə edir.
2.1.4. Danışıq səslərini müxtəlif dil vahidlərində (heca, söz, cümlə) düzgün tələffüz
edir.
2.1.5.Nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir.
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə yetirir.
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır.
2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, kəmiyyət) görə fərqləndirir və
müqaisə edir.
2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox,
uzun- qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir.
2.2.5. Məkan (irəli, geri, yuxarı, aşağı, alt, üst) və zaman (səhər, günorta və axşam)
anlayışlarını fərqləndirir.
2.2.6. Əşyaların sayını müəyyən edə bilir və müvafiq rəqəm ilə əlaqələndirir.
2.2.7. Ətraf mühitdə gördüyü obyektlər haqqında məlumat toplamaq məqsədilə
hisslərindən(baxmaq, eşitmək, toxunmaq, iyləmək, dadmaq) istifadə edir.
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və anlayışları izah edir.
2.3.1. Özü və ətrafdakılar haqqında təsəvvürlərini sualların köməyi ilə ifadə edir.
2.3.2. Baş verən hadisələrə aid suallar verir.
21
2.3.3. Canlı (insan, heyvan, quş, bitki) və cansız (qum, daş, torpaq, işıq) obyektləri
tanıyır və adlandırır.
2.3.4. Problemin həllində sadə yolları tapır və onlardan istifadə edir.
2.3.5.
Valideynlərini və yaxınlarını, özünə məxsus əşyaları (otaq, çarpayı, paltar,
oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər) adlandırır.
2.3.6. Əşya və hadisələr haqqında sadə təqdimatlar edir.
2.3.7. Gündəlik rast gəldiyi hadisələrdə səbəb-nəticə əlaqələrini müəyyən etmək
üçün suallar verir və anladığını nümayiş etdirir.
Böyük qrup (4-5 yaş)
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinləyib-anladığını verdiyi sual və cavablarla nümayiş etdirir.
2.1.2. 3-4 cümlədən ibarət mətn qurur.
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyir”, “salam”, “sağ ol”, “çox sağ ol”,
“bağışla”, “nuş olsun”) istifadə edir.
2.1.4. Danışıq səslərinin müxtəlif dil vahidlərində (heca, söz, cümlə, mətn) yerini
təyin edir.
2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir.
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. Beş dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq və kvadrat) tanıyır və onu əhatə edən mühitdə
tapır və göstərir.
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət, keyfiyyət, həcm) görə qruplaşdırır
və müqayisə edir.
2.2.4. Əşyalar, həndəsi fiqurla və rəqəmlərlə əməliyyatlar (toplama, çıxma) aparır,
əşyaların sadə sxemlərini qurur.
22
2.2.5. Məkana (sağ, sol, qabaq, arxa, irəli, geri, yuxarı, aşağı, alt, üst) görə özünün,
əşyanın yerini müəyyənləşdirir və zamana (dünən, bu gün, sabah, səhər, günorta və
axşam) görə hərəkətlərin ardıcıllığını təyin edir.
2.2.6. Öz təcrübəsi nəticəsində sadə müşahidələr edir, maraq göstərir (suallar verir),
izahat verməyə, ümumləşdirmələr aparmağa çalışır.
2.2.7. Problemin müxtəlif həlli yollarını göstərir və ondan istifadə edir.
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və anlayışları izah edir.
2.3.1. Özü, başqaları və ətraf aləm haqqında fikirlərini ifadə edir.
2.3.2. Baş verən hadisələrə münasibət bildirir, fərziyyələr irəli sürür.
2.3.3. Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq,
işıq) əlamətinə görə fərqləndirir.
2.3.4. Canlı aləmdə baş verən proseslərə dair suallar verir və sadə ifadələr ilə
(böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir və s.) təsvir edir.
2.3.5. Sadə təqdimatlar (Vətən, ailə, əşya və hadisələr haqqında) edir.
2.3.6. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitlərdən (maqnit, böyüdücü şüşə,
xətkeş və s.) istifadə edir.
2.3.7. Adını, valideynlərinin adını, soyadını, ünvanını, ev telefonunu, milli
mənsubiyyətini, dilini, dinini, cinsini sadalayır, özünə məxsus əşyaları qoruyur.
2.3.8.Gündəlik rast gəldiyi hadisələrin səbəbini (səbəb-nəticə münasibətlərini
müəyyən edir) anlayır və izah (
məs, itələmək, dartmaq, atmaq, üfürmək və s.) edir.
Məktəbəhazirliq qrupu (5-6 yaş)
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət bildirir.
2.1.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.