2.İvent – analiz (hadisənin təhlili) metodu
Bu metod “kim”, “nə vaxt”, “kimə” münasibətdə “nə” deyir, yaxud edir məlumatının təhlil edilməsinə yönəlmişdir, Amerikalı tədqiqatçılar B.Rasset və H.Starr müvafiq göstəricilərin sistemləşdirilməsini və təhlilinin aşağıdakı xüsusiyyətlər üzrə aparırlar:
1) subyekt – təşəbbüsçü (kim); 2)süjet və ya problem (“issue-area”)
(nə);
3) subyekt – hədəf (kimə münasibətdə)
4)hadisənin tarixi
(nə vaxt).
Bu şəkildə sistemləşdirilmiş hadisələr elektron – hesablayıcı maşınlar vasitəsilə təhlil olunur. Bu metodun səmərəliliyi təhlil olunan göstəricilərin çoxluğundan asılıdır, yəni təhlildə nə qədər çox göstərici istifadə edilsə, ivent-analiz metodunun tətbiq olunmasının səmərəliliyi bir o qədər də çox olacaqdır. Bu metoddan istifadə edən elmi-tətbiqi layihələr tədqiq olunan davranış növü, tədqiq olunan siyasi xadimlərin sayı, istifadə olunan mənbələrin sayı, başqa göstəricilər üzrə bir-birindən fərqlənirlər.
Dostları ilə paylaş: |