Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

M a d d ə
 106. 
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
 
  
106.1.  Gömrük  rəsmiləşdirilməsi  malları  ixrac  və  ya  idxal  edənin,  yaxud  onların 
struktur  bölmələrinin  yerləşdiyi  ərazi  üzrə  gömrük  orqanlarının  fəaliyyət  zonasında,  bu 
məqsədlər üçün ayrılmış yerlərdə aparılır.
 
106.2.  Gömrük  orqanları  tərəfindən  gömrük  rəsmiləşdirilməsinin  aparıldığı  iş  vaxtını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
106.3. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş 
vaxtından kənar saatlarda aparıla bilər.
 
106.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  malların  və  nəqliyyat  vasitələrinin  ayrı
-
ayrı 
kateqoriyalarının  gömrük  rəsmiləşdirilməsinin  aparılmasını  müəyyən  gömrük  orqanlarına 
həvalə edə bilər.
 
106.5. Gömrük  rəsmiləşdirilməsinin operativliyini  və şəffaflığını artırmaq məqsədi ilə 
müraciət  edən  şəxslərin  qəbul  edilməsi  ardıcıllığının  müəyyən  olunması  üçün  elektron 
idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.
 
  
M a d d ə
 107. 
Səlahiyyətli  şəxslərin  və  onların  nümayəndələrinin  gömrük
 
rəsmiləşdirilməsində iştirakı
 
  
107.1. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya
 
onların 
nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
 
107.2.  Gömrük  orqanlarının  tələb  etdikdə,  bu  Məcəllə
nin  107.1-
ci  maddəsində 
göstərilən şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli 
və bu işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.
 
  
M a d d ə
 108. 
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün 
zəruri əməliyyatlar
 
  
108.1.  Gömrük  sərhədindən  malları  keçirən  şəxs,  daşıyıcı,  anbar  sahibi,  mallar  və 
nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti  olan  digər  şəxslər  və  ya  onların  nümayəndələri 
gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat 
vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən 
edilməsini, 
yüklənməsini, 
boşaldılmasını, 
qablaşdırılmasını 
və 
ya 
yenidən 
qablaşdırılmasını,  həmçinin  bu  cür  malların  və  nəqliyyat  vasitələrinin  saxlandığı  yerlərin 
açılmasını təmin etməlidir.
 
108.2. 
Çıxarılıb
 
108.3. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə 
nəzərdə  tutulmuş  zəruri  əməliyyatlar  gömrük  orqanlarının  əlavə  xərclərinə  səbəb 
olmamalıdır.
 
  
M a d d ə
 109. 
Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil
 
  
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.
 
  
M a d d ə
 110. 
Gömrük  rəsmiləşdirilməsi  məqsədilə  mallardan  prob  və 
nümunələrin götürülməsi
 
  
110.1  Gömrük  orqanları  gömrük  rəsmiləşdirilməsi  məqsədi  ilə  mallardan  prob  və 
nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.
 
110.2  Gömrük  rəsmiləşdirilməsi  məqsədi  ilə  mallardan  prob  və  nümunələrin 
götürülməsi ilə bağlı məsələlər bu Məcəllənin 158
-
ci maddəsi ilə tənzimlənir.
 
  


M a d d ə
 111. 
Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası
 
  
111.1.  Təbii  fəlakətlər  və  digər  fövqəladə  hallar  zamanı  zəruri  olan  malların  və 
nəqliyyat  vasitələrinin,  canlı  heyvanların,  tez  xarab  olan  malların,  radioaktiv
 
maddələrin, 
kütləvi  informasiya  məqsədləri  üçün  materialların,  Azərbaycan  Respublikasının 
qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının,  Azərbaycan  Respublikası 
Mərkəzi  Bankının  ünvanlarına  göndərilən  və  bu  qəbildən  olan  başqa  malların  gömrük 
r
əsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
 
111.2.  Bu  Məcəllənin  111.1
-
ci  maddəsində  göstərilən  hallarda  gömrük 
rəsmiləşdirilməsinin güzəştli  və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir.
 
  
M a d d ə
 112. 
Yardım yükləri
 
  
112.1.  Təbii  fəlakət  zonalarında  zərər  çəkmiş  əhaliyə  yardım  göstərilməsi  üçün 
göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii 
fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, 
xüsusi  nəqliyyat  vasitələri,  ehtiyat  hissələri,  şəxsi  əşyalar  və  digər  mallar  yardım  yükü 
hesab olunur. 
112.2.  Yardım  yüklərinin  gömrük  rəsmiləşdirilməsi  bu  Məcəllədə  nəzərdə  tutulan 
sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır.
 
112.3.  Yardım  yüklərinə  ticarət  siyasəti  tədbirləri,  qadağa  və  məhdudiyyətlər, 
həmçinin gömrük ödənişləri tətbiq edilmir.
 
  
  
VIII BÖLMƏ
 
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI
 
  
FƏSİL 17
 
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ
 
  
M a d d ə
 113. 
Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi
 
  
113.1.  Gömrük  ərazisinə  gətirilmiş  mallar  üzrə  gömrük  bəyannaməsi  təqdim 
olunanadək  qısa  idxal  bəyannaməsinin  verildiyi  halları  və  onun  formasını  beynəlxalq 
standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir. 
113.2.  Qısa  idxal  bəyannaməsində  risklərin  təhlili,  gömrük  nəzarətinin  düzgün 
aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.
 
113.3.  Qısa  idxal  bəyannaməsi  mallar  gömrük  ərazisinə  gətirilməzdən  əvvəl  də 
elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar 
gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri 
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən
 edir. 
113.4.  Bu  maddənin  müddəaları  gömrük  ərazisinin  ərazi  sularından  və  hava 
məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.
 
  
 
M a d d ə
 114. 
Qısa idxal bəyannaməsinin təqdim edilməsi
 
  
114.1.  Qısa  idxal  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla, elektron sənəd formasında təqdim edilir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə