Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

114.2. Qısa idxal bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da 
təqdim  edilə  bilər.  Həmin  bəyannamə  risklərin  idarə  olunmasını,  məlumatların  g
ömrük 
orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal bəyannaməsinə analoji 
səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
 
114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına 
cav
abdeh  olan  şəxslər,  onların  nümayəndələri,  idxalatçı,  malın  alıcısı,  yaxud  malları 
gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər.
 
  
M a d d ə
 115. 
Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi
 
  
115.1.  Bu  Məcəllənin  11
5.2-
ci  maddəsində  göstərilən  hallar  istisna  olmaqla,  qısa 
idxal  bəyannaməsi  təqdim  edildikdən  sonra  onu  təqdim  edən  şəxsin  müraciəti  əsasında 
həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
 
115.2.  Aşağıdakı  hallarda  qısa  idxal  bəyannaməsinə  düzəlişlərin  edilməsinə  yol 
verilmir: 
115.2.1.  gömrük  orqanları  qısa  idxal  bəyannaməsini  təqdim  etmiş  şəxsə  malları 
yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
 
115.2.2.  gömrük  orqanları  qısa  idxal  bəyannaməsindəki  məlumatların  dü
zgün 
olmadığını müəyyənləşdirdikdən sonra;
 
115.2.3.  gömrük  orqanları  malların  təqdim  olunmuş  yerdən  aparılmasına  icazə 
verdikdən sonra.
 
  
M a d d ə
 116. 
Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi
 
  
116.1.  Bu  Məcəllənin  113.3
-
cü  maddəsində göstərilən
 
qaydalarda  müəyyən  edilmiş 
qısa  idxal  bəyannaməsinin  təqdim  edilməsinin  mümkünlüyünün  son  müddəti  başa 
çatmazdan  əvvəl  onu  əvəz  edən  gömrük  bəyannaməsi  təqdim  edildikdə,  həmin  gömrük 
bəyannaməsinin  aid  olduğu  mallar  üçün  qısa  idxal  bəyannaməsi  gömrük  orqanlarına 
təqdim  edilmir.  Bu  halda  qısa  idxal  bəyannaməsini  əvəz  edən  gömrük  bəyannaməsində 
onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir.
 
116.2.  Bu  Məcəllənin  116.1
-
ci  maddəsində  nəzərdə  tutulan  gömrük  bəyannaməsi 
gömrük orqanları tərəfindən təsdiq
 
edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir.
 
  
M a d d ə
 117. 
Malların gətirildiyi yer
 
  
117.1.  Malları  gömrük  ərazisinə,  həmçinin  sərbəst  zonaların  ərazisindən  gömrük 
ərazisinin  qalan  hissəsinə  gətirən  daşıyıcı  gömrük  sərhədini  keçməsi  barədə  müvafiq 

mrük orqanına məlumat verməlidir.
 
117.2.  Mallar  gömrük  ərazisinə  gömrük  orqanlarının  müəyyən  etdiyi  yerlərdən  və 
onların iş vaxtında gətirilməlidir.
 
117.3. Gömrük orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından kənar saatlarda da 
gömrük  ərazisinə  gətirilə  bilər.  Həmin  vaxtda  gömrük  ərazisinə  gətirilmiş  mallardan 
gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.
 
117.4. Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar 
gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.
 
  
M a d d ə
 118. 
Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti
 
  
118.1.  Gömrük  ərazisinə  gətirilmiş  bütün  mallar  üzərində  gömrük  nəzarəti  bu 
Məcəllənin 14
-
cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1
-
ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri  baş  verənədək  mallar  gömrük  nəzarəti 
altında saxlanılır.
 


118.2.  Gömrük  nəzarəti  eyni  zamanda,  bu  Məcəllənin  118.1
-
ci  maddəsində  qeyd 
olunan  mallarla  bağlı  bütün  nəqliyyat  vasitələrinə,  konteynerlərə  və  qablaşdırmaya  da 
tətbiq edilir.
 
118.3.  Aşağıdakı  obyektlərə  münasibətdə  gömrük  nəzarəti  müvafiq  qanunvericiliklə 
müəyyənləşdirilmiş qaydada həyata keçirilir:
 
118.3.1. hərbi dəniz gəmiləri;
 
118.3.2.  hərbçilərin,  silahlı  qüvvələrdə  fəaliyyət  göstərən  mülki  qulluqçuların,  hərbi 
yüklərin  daşınması  üçün  istifadə  edilən  hərbi  hava  gəmiləri  və  digər  hərbi  nəqliyyat 
vasitələri;
 
118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi 
nəqliyyat vasitələri;
 
118.3.4.  xar
ici  ölkələrin  Azərbaycan  Respublikasındakı  diplomatik  və  konsulluq 
nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.
 
118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya 
onların  nümayəndələri  istənilən  vaxt  malların  tarif  təsnifatını,  gömrük  dəyərini  və  ya 
gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və 
ya nümunələr götürə bilərlər.
 
  
M a d d ə
 119. 
Malların müvafiq yerə çatdırılması
 
  
119.1. Malları gömrük ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  göndərən  gömrük  orqanı  tərəfindən 
müəyyən  edilmiş  marşrutla  və  müddətdə  təyinat  gömrük  orqanına  və  ya  onlarla 
razılaşdırılmış digər yerə çatdırmalıdır.
 
119.2.  Gömrük  ərazisinə  gətirildikdən  sonra  malların  daşınmasına  cavabdeh  olan 
şəxs,  bu  Məcəllənin  119.1
-
ci  maddəsi  ilə  müəyyən  edilmiş  öhdəliklərini  yerinə 
yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
 
119.3.  Gömrük  ərazisindən  kənarda  qalmış  mallar  müvafiq  dövlətlərlə  bağlanmış 
beynəlxalq  müqavilələrin  şərtlərinə  əsasən  gömrük  orqanları  tərəfindən  gömrük 
yoxlamasına məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar 
hesab olunur. 
119.4.  Bu  Məcəllənin  119.1
-
ci  maddəsi  gömrük  nəzarətini  və  gömrük
 
yoxlamasını 
məhdudlaşdırmamaq  şərti  ilə  məktublara,  poçt  kartlarına,  çap  materiallarına  və  ya 
sərnişinlər tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər xüsusi 
şərtlərin tətbiqini istisna etmir.
 
119.5. 
Bu Məcəllənin 119.1
-
ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava 
məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur.
 
  
M a d d ə
 120. 
Malların xüsusi şəraitdə çatdırılması
 
  
120.1. Fors-
major halların yaranması nəticəsində bu Məcəllənin 119.1
-ci 
maddəsi ilə 
müəyyən  edilmiş  öhdəliklərini  yerinə  yetirə  bilməyən  şəxs,  yaxud  onun  maraqlarından 
çıxış  edən  şəxs  bu  barədə  gömrük  orqanlarını  təxirə  salınmadan  məlumatlandırmalıdır. 
Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri 
barədə məlumat verilməlidir.
 
120.2.  Bu  Məcəllənin  119.5
-
cı  maddəsində  göstərilən  nəqliyyat  vasitəsi  fors
-major 
hallarında  keçdiyi  gömrük  ərazisində  məcburi  dayanması  ilə  əlaqədar  bu  Məcəllənin 
119.1-
ci  maddəsi  ilə  müəyyən  edilmiş  öhdəliyi  yerinə  yetirilmədikdə,  həmin  nəqliyyat 
vasitəsinə  görə  məsul  şəxs  bu  barədə  gömrük  ərazisində  qaldığı  və  təyinat  gömrük 
orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.
 
120.3.  Bu  Məcəllənin  120.1
-
ci  və  120.2
-
ci  maddələrində  qeyd  olunan  hallarda 
gömrük  orqa
nları  nəqliyyat  vasitəsində  olan  malların  başqa  gömrük  orqanına  və  ya 
razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə