Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 571.  Azərbaycan  Respublikasının  sərhəd  sularında  (Xəzər 
dənizinin  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində) 
sərhədboyu rejiminin pozulması 
  
Azərbaycan  Respublikasının  sərhəd  sularında,  yəni  sərhəd  çaylarının, 
göllərin  və  başqa  sututarların,  Xəzər  dənizinin  Azərbaycan  Respublikasına 
mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, 
motorlu  və  motorsuz  başqa  gəmilərin və  digər  üzən  vasitələrin qeydiyyata 
alınması,  saxlanması,  onların  yanalma  körpülərindən  dəniz  və  digər 
sututarların  sularına  çıxması,  orada  olması,  üzməsi  və  geri  qayıtması 
qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə 
olduqda,  lakin  müəyyən  edilmiş  qaydaları  pozmaqla  ovçuluq  (balıqçılıq), 
tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - 
gəmi  və  ya  digər  üzən  vasitə  müsadirə  edilməklə  və  ya  edilməməklə  fiziki 
şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz 
əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 572.  Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  buraxılış 
məntəqələrində rejimin pozulması 
  
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində 
rejimin pozulmasına görə- 
vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, əcnəbilər və 
vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilməklə və ya iki yüz əlli manatdan üç yüz 
əlli manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından 
kənara inzibati qaydada çıxarılır.
 
  
Maddə  573.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu 
stansiyalarında,  avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və 
digər  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  fiziki  və  hüquqi 
şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi 
  
573.1.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu 
stansiyalarında,  avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və 
digər  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  həmin  məntəqələrin 
(nəqliyyatın)  təhlükəsizliyini  təmin  edən  vəzifəli  şəxslər  və  müvafiq  icra 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
hakimiyyəti 
orqanlarının 
vəzifəli 
şəxsləri 
tərəfindən 
Azərbaycan 
Respublikasının  qanunları və  digər normativ hüquqi  aktları  ilə  gətirilməsinə 
və  ya  aparılmasına  qadağa  qoyulan,  xüsusi  icazə  tələb  olunan  və  ya 
məhdudiyyət  qoyulan  əşyaların  protokol  tərtib  edilmədən  fiziki  və  hüquqi 
şəxslərdən qanunsuz olaraq götürülməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilir.
 
573.2.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu 
stansiyalarında,  avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və 
digər  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  həmin  məntəqələrin 
(nəqliyyatın)  təhlükəsizliyini  təmin  edən  vəzifəli  şəxslər  və  müvafiq  icra 
hakimiyyəti 
orqanlarının 
vəzifəli 
şəxsləri 
tərəfindən 
Azərbaycan 
Respublikasının  qanunları və  digər normativ hüquqi  aktları  ilə  gətirilməsinə 
və  ya  aparılmasına  qadağa  qoyulmayan,  xüsusi  icazə  tələb  olunmayan, 
məhdudiyyət  qoyulmayan  əşyaların  fiziki  və  hüquqi  şəxslərdən  qanunsuz 
olaraq götürülməsinə görə- 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə 
cərimə edilir.
 
  
Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək 
göstərilməməsi 
  
Diplomatik 
və 
ya 
xidməti 
pasport 
sahibinə 
lazımi 
kömək 
göstərilməməsinə görə- 
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
Respublikasında  olması,  yaşaması,  yaxud  Azərbaycan  Respublikası 
ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması 
  
575.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən 
tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 
575.1.1.  Azərbaycan  Respublikasında  olma  və  ya  yaşama  hüququ  verən 
sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
575.1.2.  etibarsız  sənədlərlə  Azərbaycan  Respublikasının  ərazisində 
olmasına və ya yaşamasına; 
575.1.3.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  olduğu, 
müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin 
bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına; 
575.1.4. iş  icazəsi  tələb  olunduğu  hallarda  bu  icazə  olmadan  Azərbaycan 
Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;
 
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat 
qaydalarına əməl etməməsinə;
 
575.1.6. ölkədə  olma  və  ya  yaşama müddəti  qurtardıqdan  sonra 
getməkdən boyun qaçırmasına; 
575.1.7.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzitlə  keçmə 
qaydalarına əməl etməməsinə görə - 
əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənara  inzibati  qaydada  çıxarılmaqla  və  ya  çıxarılmamaqla  üç  yüz 
manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
575.2.  Əvvəllər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  və 
girişinə  müəyyən  müddətə  məhdudiyyət  qoyulmuş  əcnəbilərin  və  ya  vətəndaşlığı 
olmayan  şəxslərin  həmin  müddət  ərzində  bilərəkdən  sənədlərində  dəyişiklik  edərək 
yenidən ölkəyə daxil olmasına görə -
 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  beş  yüz  manat məbləğində cərimə 
edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
 
575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan 
şəxsləri  qəbul  edən,  onlara  xidmət  göstərilməsini  və  ya  onların  işə  qəbul 
olunmasını  təmin  edən  və  onların  Azərbaycan  Respublikasında  olması, 
yaşaması  və  ya  Azərbaycan  Respublikasının  ərazisindən  tranzitlə  keçməsi 
şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və 
ya  təşkilatların  vəzifəli  şəxsləri  tərəfindən  əcnəbilərin  və  ya  vətəndaşlığı 
olmayan  şəxslərin  qeydiyyata  alınmasının  və  qeydiyyatdan  çıxarılmasının, 
onlara  Azərbaycan  Respublikasında  olma  və  ya  yaşama  hüququ  verən 
sənədlərin  rəsmiləşdirilməsinin Azərbaycan  Respublikasının  Miqrasiya 
Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki 
min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə