Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

8

də  artım  tempi  2,0%-dən  1,5%-dək,  İEOÖ 

üzrə  isə  6,0%-dən  5,6%-dək  azalacaqdır. 

Azalma əsasən Аvrozona ilə əlaqədardır. BVF-

nin  proqnozlarına  əsasən  Avrozonada  artım 

2013-cü  ildə  0.7%  olacaqdır.  ABŞ-da  iqtisadi 

artımın  2,3%,  Almaniyada  Avrozona  üzrə  orta 

göstəricidən  yüksək  olaraq  1,4%,  Çində  isə 

8,5% təşkil edəcəyi ehtimal edilir. 

2012-ci ilin əvvəlində Avropa Mərkəzi Bankı 

tərəfindən həyata keçirilən likvidliyin artırılması 

tədbirləri  bankların  aktivlərinə  təzyiqi  azaltsa 

da,  bu  təzyiq  sonradan  artmağa  başladı  və 

bazarın  fraqmentasiyası  ilə  müşayiət  olundu. 

Tədqiqatlar  göstərir  ki,  qısa  müddət  ərzində  

etibarı  bərpa  etmək,  kapital  axınının  qarşısını 

almaq  və  Avrozonanı  reinteqrasiya  etmək 

məqsədilə  kompleks  siyasət  tədbirlərini  tətbiq 

etmək lazımdır.

Cari ilin sentyabr ayında Avropa Komissiyası 

Avrozonada vahid bankçılıq ilə bağlı planlarını 

bəyan  etdi.  Bu  plana  əsasən  qısa  müddət 

ərzində,  yəni  2013-cü  ilin  yanvarına  qədər 

Vahid  Nəzarət  Mexanizminin  tətbiqi  və  2013-

cü  ilin  iyul  ayına  qədər  sistem  əhəmiyyətli 

maliyyə  institutlarının,  2014-cü  ilin  yanvar 

ayına kimi isə bütün bankların Avropa mərkəzi 

bankının nəzarəti altına keçməsi nəzərdə tutulur. 

Avropa Komissiyası cari ilin sonuna kimi milli 

prudensial  tənzimləmə,  bank  qərarlarının  və 

depozitlərin sığortalanması sistemlərinin Avropa 

Birliyi qanunvericiliyinə uyğunlaşdıraraq vahid 

bank qərarları çərçivəsi altında birləşdirilməsini 

nəzərdə tutur. Burada həmçinin milli bankçılıq 

orqanları üzərində  Avropa Bankçılıq Orqanının 

“məcburi  vasitəçilik”  səlahiyyətlərinin  Avropa 

Mərkəzi Bankına verilməsi nəzərdə tutulur. 

Maliyyə  sisteminin  etibarlılığını  artırmaq 

məqsədilə    tənzimləmə  sahəsində  bir  çox 

islahatlar  həyata  keçirilsə  də,  prosesin  ilkin 

mərhələdə  olması  bu  sahədə  olan  inkişafı 

məhdudlaşdırır.  Habelə,  bir  sıra  ölkələrin  hələ 

də valyuta bazarına müdaxilə edilməsi maliyyə 

sisteminin  yeni  etibarlı  iş  rejimində  işləməsini 

ləngidir.  Bu  baxımdan  əvvəllər  olduğu  kimi 

hazırda  da,  sistem  riski  yaradan  maliyyə 

seqmentlərinə  diqqət  yetirmək  lazımdır.  Bazel 

III-ə  əsaslanaraq  likvidlik  və  kapital  buferinin 

yüksək  səviyyədə  saxlanılması  bankların 

şoklara qarşı dayanıqlığının artmasına köməklik 

göstərəcəkdir.

Eyni  zamanda  BVF  faiz  dərəcələrinin 

səviyyəsini  diqqət  mərkəzində  saxlamağı 

tövsiyə edir. Belə ki, aşağı faiz dərəcələri hazırda 

çox  mühüm  olsa  da,  gələcəkdə  yeni  kövrəklik 

amillərinin meydana çıxmasına səbəb ola bilər. 

Bir  sıra  islahat  proqramlarının  reallaşmasında 

irəliləyişlər əldə olunsa da, aşağıdakı sahələrdə 

həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinə 

ehtiyac var: 

• 

banklar  üçün  bəzi  fəaliyyət  növlərinə 



məhdudiyyətlərin  qoyulmasının  üstünlükləri 

və  çatışmamazlıqlarının  qlobal  səviyyədə 

müzakirəsi; 

• 

zəruri olduğu halda “kölgə bank sekto-



ru”  çərçivəsində  sistem  riski  yaradan  bank 

olmayan  maliyyə  təşkilatları  üçün  prudensial 

normativlər  sisteminin  yaradılması  və 

monitorinqi;

• 

daha sadə məhsulların və sadə təşkilati 



strukturların  tətbiqinin  təşviqi  metodlarının 

təhlili; 

• 

maliyyə  çətinlikləri  yaşayan  iri 



təşkilatların  problemlərinin    həlli  yollarının 

təkmilləşdirilməsi.

Həmçinin  daha  yaxşı  iqtisadi  nəticə  verə 

biləcək tənzimləmə və maliyyə siyasətinin digər 

istiqamətləri  ilə  bağlı  tövsiyələrə  aşağıdakılar 

daxil edilir:

Bank sektorunun fəaliyyət göstərdiyi mühit

Mənbə: BVF, Global Financial Stability Report, October 2012



9

• 

iqtisadi 



artımı 

stimullaşdıran 

kreditləşmənin  rolunu  azaltmamaq  şərti  ilə 

kapitalın və likvid aktivlərin kifayətliliyi;

• 

beynəlxalq  səviyyədə  sağlam  maliyyə 



fəaliyyətinin təmin edilməsi üçün bankların səmə-

rəli idarə edilməsi və nəzarət mexanizminin tətbiqi;

• 

ölkələrarası kapital axınında volatilliyin 



aşağı  salınması  üçün  transsərhəd  kredit 

əməliyyatları  aparan  və  ödəmə  qabiliyyətini 

itirən bankların problemlərinin həlli üçün təsirli 

mexanizmlərin tətbiqi. 

2012-ci  ilin  aprel  ayından  etibarən  Avropa 

siyasətçiləri  Avrozonada  maliyyə  bazarlarının 

fraqmentasiyası və İqtisadi və Monetar Birliyin 

arxitekturasını  möhkəmləndirən  gələcək 

siyasət tədbirlərini elan etmişdir. Bu tədbirlərin 

həyata  keçirilməsindən  maksimum  səmərəlilik 

əldə  etmək  üçün    ilk  növbədə  gələcəkdə  tam 

inteqrasiya  edilməsi  şərti  ilə  tədbirlərin  milli 

səviyyədə həyata keçirilməsi tövsiyə edilir.

1.2. Azərbaycan iqtisadiyyatında vəziyyət



2012-ci  ilin  9  ayında  bank  sistemi  ölkənin 

xarici  mövqeyinin  güclənməsi  və  qeyri-neft 

sektorunda  iqtisadi  aktivliyin  yüksəlməsi, 

makroiqtisadi  sabitliyin  qorunması  şəraitində 

fəaliyyət göstərmişdir.

Dövr  ərzində  qlobal  iqtisadiyyat  kövrək  də 

olsa,  artımın  davam  etməsi  və  yüksək  enerji 

qiymətləri  şəraitində  ölkənin  xarici  mövqeyi 

əlverişli  olaraq  qalmışdır.  Dövlət  Gömrük 

Komitəsinin  (DGK)  məlumatlarına  əsasən, 

2012-ci  ilin  9  ayında  xarici  ticarət  dövriyyəsi 

24.6  mlrd.  dollar  təşkil  etmişdir  ki,  bunun  da 

17.8 mlrd. dolları ixracın, 6.8 mlrd. dolları isə 

idxalın  payına  düşmüşdür.  Cari  ilin  yanvar-

sentyabr  aylarında    xarici  ticarət  balansının 

profisiti 11 mlrd. ABŞ dolları olmuşdur.

İxracdan  əlavə,  xaricdən  pul  baratlarının  və 

kapital axınlarının dinamikası da ölkəyə valyuta 

Bank sektorunun fəaliyyət göstərdiyi mühit

“Kölgə”  bank  sistemi  leverec  formalaşdıran, 

likvidlik transformasiyasında iştirak edən qeyri-bank 

maliyyə  institutlarıdır.  Dünya  təcrübəsi  göstərir  ki, 

iqtisadi  tsiklin  ekspansiya  fazasında  kölgə  bank 

sistemi sürətlə böyüyür və tənzimləmə çərçivəsindən 

kənarda  qaldıqda  enmə  fazasında  bank  sistemi  və 

iqtisadiyyat  üçün  əhəmiyyətli  risklər  formalaşdırır. 

Bu  risklər  sırasına  ümumi  maliyyə  sabitliyinin 

pozulması, real sektorun kreditləşməsində fasilələrin 

yaranması  və  s.  aid  etmək  olar.  Hazırda  kölgə 

bank  sistemi  barədə  dəqiq  və  müfəssəl  statistika 

yoxdur. Maliyyə Sabitliyi Şurasının

3

 “digər maliyyə 



vasitəçiləri”  klassifikasiyasına  uyğun  olaraq  inkişaf 

etmiş  ölkələrdə  əgər  2002-ci  ildə  kölgə  bank 

sisteminin  aktivləri  23  trln.  $  təşkil  edirdisə,  2007-

ci ildə bu rəqəm 50 trln. $-a çatmışdır. Başqa ifadə 

ilə kölgə bank sisteminin ümumi maliyyə sisteminin 

aktivlərində  payı  23%-dən  27%-ə  yüksəlmişdir. 

Ümumi kölgə bank sistemi içində pul bazarı fondları 

xüsusi  əhəmiyyətə  və  paya  malikdir.  Belə  ki,  bu 

fondların aktivlərinin həcmi ABŞ-da 2.7 trln. dollara, 

Avropada  1.5  trln.,  qalan  dünyada  isə  0.4  trln. 

dollara  çatır.  Bu  tip  fondları  korporasiya  və  riteyl 

investorlar  qısa  müddətli  maliyyələşmə  və  nağd 

pulun  idarəedilməsi  üçün  vasitə  olaraq  istifadə 

edirlər.


Kölgə  bank  sisteminin  həcmi  və  maliyyə 

innovasiyalarının tətbiqi sürəti mütəmadi monitorinq 

və hədəflənmiş intervensiyaları zəruri edir. Hazırda 

Maliyyə  Sabitliyi  Şurası  bu  istiqamətdə  işlərini 

davam  etdirir.  Həm  monitorinq,  həm  də  requlyativ 

çərçivənin  formalaşdırılması  böyük  əhəmiyyət 

daşıyır. Siyasət qurucuları üçün xüsusilə maraqlı və 

önəmli olan kölgə bank sistemi ilə bank sistemi və 

real sektorun əlaqələri və ya kəsişmələridir. Amma 

unutmaq  lazım  deyil  ki,  kölgə  bank  sisteminin 

ümumi maliyyə sistemində artan payı onun özünün 

ayrıca requlyasiya obyektinə çevrilməsini zəruri edir. 



Mənbə: “Shadow Banking”, BİS 82nd annual report, iyun 2012

Haşiyə 2. “ Kölgə”(shadow) bank sistemi

3

 



Təşkilata 24 ölkənin Mərkəzi Bankları, Maliyyə Nazirlikləri və digər iqtisadi qurumları, eyni zamanda bir sıra nüfuzlu iqtisadi benəlxalq təşkilatlar daxildir


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə