14
Korporativ sektor üçün uzunmüddətli kreditlərin
cəlbediciliyi artmışdır. Biznes kreditlərinə olan
təklifin artması əsasən bankların kreditə tələb
gözləntilərinin yüksək olması, faiz və girovun
dəyərsizləşməsi riskinin azalmasından irəli gəlir.
Dövr ərzində kredit qoyuluşları uzunmüddətli
kreditlər hesabına artmışdır. Belə ki, dövr ərzin-
də qısamüddətli kreditlər 5,4%, uzunmüddətli
kreditlər 19,3% artmışdır. Uzunmüddətli kredit-
lərin kredit portfelinin strukturunda payı 2.5 faiz
bəndi artaraq 1 oktyabr 2012-ci il tarixinə 73%
olmuşdur (1 yanvar 2012-ci il tarixinə 70,5%).
Cari ilin III rübünün sonuna kredit portfelinin
valyuta strukturu nisbi sabit qalmışdır.
Hesabat dövründə milli valyutada olan kreditlə-
rin artım tempi (20,1% artım) xarici valyutada
kreditlərin artım tempini (6,1% artım) üstələmişdir.
Nəticədə manatla kreditlərin ümumi portfeldə
xüsusi çəkisi 64,7%-dən 67,5%-ə yüksəlmişdir.
Cari ilin 9 ayı ərzində banklar tərəfindən
hüquqi şəxslərə verilmiş kreditlər 12,1% artmış
və dövrün sonuna 7225,5 mln. manat (portfeldə
payı 64,7%) təşkil etmişdir.
Hesabat dövründə ev təsərrüfatlarına verilən
kreditlər (banklar üzrə) 21,7% artmış və dövrün
sonuna 3756,1 mln. manat təşkil etmişdir.
İstehlak kreditləri isə (bütün kredit təşkilatları
üzrə) 26,2% artaraq ev təsərrüfatlarına verilmiş
kreditlərin 77,4%-ni təşkil etmişdir.
Cari ilin 9 ay ərzində fiziki şəxslərə daşınmaz
əmlakın tikintisi və alınması üçün verilmiş
kreditlər 8,3% artaraq 1 oktyabr 2012-ci il
tarixinə 623,5 mln. manat təşkil etmişdir. Bu
kreditlərin ev təsərrüfatlarına verilmiş kredit-
lərin portfelində payı dövrün sonuna 15,4%
olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərə verilmiş kreditlər isə 11,4%
artaraq ev təsərrüfatlarına verilmiş kreditlərin
7,1%-ni təşkil etmişdir.
Bank sisteminin inkişafı
Mənbə: AMB
Mənbə: AMB
Qrafik 2.6. Biznes kreditlÿrinÿ tÿlÿb vÿ tÿklifi
-10
0
10
20
30
40
50
Biznes kreditlÿrinÿ tÿlÿb
Biznes kreditlÿrin
ə tÿklifi
-20,00
-10,00
0,00
10,00
20,00
30,00
40,00
50,00
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
Ömumi kreditlÿømÿ
Èri biznes kreditlÿri
KOS kreditlÿr
Èri biznes kreditlÿri
Kreditlÿømÿ ömumÿn
KOS kreditlÿr
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
2011 III röb
2011 IV röb
2012 I röb
2012 II röb
2012 III röb
Mənbə: AMB
15
Bank sisteminin inkişafı
III rübün sonuna fiziki şəxslərə verilən
uzunmüddətli kreditlərin (bütün kredit təşkilatları
üzrə) cəmi portfeldə payı 2,9 faiz bəndi artaraq
portfelin 73,9%-ni (2 986,9 mln. manat) təşkil
etmişdir.
Cari ilin 9 ayı ərzində kredit portfelinin
sahəvi strukturunda ticarət və xidmət sektoruna
kreditlərin payı 3,8 faiz bəndi azalaraq 25.5%
təşkil etmişdir. Dövrün sonuna portfelin 1/3
hissəsi ev təsərrüfatlarının payına düşmüşdür.
Kreditlər ticarət və xidmət sektoruna 0,04%,
kənd təsərrüfatı və emalı sektoruna 13,2%,
nəqliyyat və rabitə sektoruna 7,2%, sənaye
və istehsal sektoruna 32,9%, inşaat və əmlak
sektoruna 26,1% artmışdır. Plastik kartlarla
əməliyyatlar üzrə kreditlərin artımı isə 28,1%
olmuşdur.
2012-ci ilin 9 ayı ərzində kredit təşkilatları
tərəfindən regionların kreditləşdirilməsi prosesi
davam etmişdir. Dövr ərzində regionlara kredit
qoyuluşları 8% artmışdır.
Regionlara milli valyutada verilmiş kreditlər
ötən dövrlərdə olduğu kimi xarici valyutada
kredit qoyuluşlarını üstələmiş və 1 oktyabr
2012-ci il tarixə kredit portfelinin 74,3%-ni
təşkil etmişdir. Regionlara kredit portfelinin
66,3%-ni uzunmüddətli kreditlər təşkil edir.
Cari ilin 9 ayında bankların qiymətli kağızlara
investisiyaları 2,7% artaraq oktyabr 2012-ci il
tarixinə 1169,6 mln. manata (1 yanvar 2012-ci
il tarixinə 1139,3 mln. manat) çatmışdır.
2.4. Bank sektorunun fəaliyyətinin
maliyyə nəticələri
Dövr ərzində bank sisteminin maliyyə
nəticələri ümumilikdə müsbət olmuşdur.
Cədvəl 2.2. Bankların kredit portfelinin sahələr üzrə strukturu və dinamikası
Sahə
01.07.12
9 ay ərzində artım, %-lə
mln. manat
Kredit portfelində payı, %-lə
Ticarət və xidmət
2 844.6
25.5
0.04
Ev təsərrüfatlarına
3 756.1
33.6
21.7
Kənd təsərrüfatı və emalı
516.9
4.6
13.2
İnşaat
və əmlak
1 103.4
9.9
26.1
Sənaye
və istehsal
774.9
6.9
32.9
Nəqliyyat
və rabitə
439.1
3.9
7.2
Digər
1734.5
15.6
20
Mənbə: AMB
Mənbə: AMB
Mənbə: AMB