Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 104. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə51/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   47   48   49   50   51   52   53   54   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 104. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması
 
104.1. Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar 
cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər 
buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Səhmdar cəmiyyətinin 


səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması 
qaydaları 
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir.
[77]
 
104.2. Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət 
tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş 
qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və 
daha çox hissəsini almaq istəyən şəxs səhmdarlara rəsmi qaydada müvafiq təklif 
təqdim edir.
[78]
 
 
Maddə 105. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması
105.1. Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar 
cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir 
hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə 
kapitalını azalda bilər.
105.2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması 
haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on 
beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə 
məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz 
təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl 
icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini 
tələb edə bilərlər.
[79]
 
105.3. Səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə 
səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol 
verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun.
105.4. Səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdardan 
aşağı endirilməsi cəmiyyətin ləğvinə səbəb olur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə