Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
68 
görkəmli  memar  alimlərinin  əsərləri  də  öz  əksini 
tapmışdır. 
Kitabxananın    fondu    daim    zənginləşdirilir  və 
1951-
ci    ildə    ədəbiyyat    fondu    500  min  nüsxəyə 
çatmışdır.  
Kitabxana    özünün    beynəlxalq    əlaqələrini 
genişləndirir    və  1956-cı    ildən    etibarən    dünyanın  50  
ölkəsinin  570-dən çox elmi müəssisə və kitabxanası ilə 
ədəbiyyat  mübadiləsini  mərkəzləşmə  yolu  ilə  keçmiş 
SSRİ  EA  Kitabxanası vasitəsilə aparır. 1959-cu  ildən 
isə    600  mindən    çox,  o    cümlədən    145  min    nüsxə  
xarici    ədəbiyyat    fondlarına  malik  olan    Kitabxana  
müstəqil mübadilə aparmaq səlahiyyətini əldə edir.  
1967-
ci  ilin  əvvəllərində    Kitabxana  Akademiya 
şəhərciyinə  köçürülmüşdür,  onun  yeni  “Nizamnamə”si, 
strukturu, elmi-
metodiki Şurası təsdiq edilmiş, yeni oxu 
zalları  açılmış,  oxuculara  xidmət  işində  mütərəqqi  iş 
üsullarının tətbiq edilməsi başlanmışdır. 
60-70-
ci  illərdə  Kitabxana  problem-tematik 
xarakterli, ümumi retrospektiv biblioqrafik 
göstəricilərin,  cari  informasiya  göstəricilərinin,  çap 
kataloqlarının yaradılması üzrə çoxşaxəli iş aparır və bu 
vəsaitlərdə  memarlıq  elmi  geniş  əks  olunur. 
Kitabxana
nın  hazırladığı  uçot-qeyd biblioqrafik 
göstəricilərdən  Azərbaycan  Elmlər  Akademiyasının 
müəyyən  dövr  çərçivəsində  elmi  fəaliyyətini 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
69 
yekunlaşdıran  EA  nəşrlərinin  biblioqrafiyasını  qeyd 
etmək  lazımdır:  “Azərbaycan  SSR  EA  nəşrlərinin 
biblioqrafiyası.  I  cild  /1923-1945/”,  “Azərbaycan  SSR 
EA  nəşrlərinin  biblioqrafiyası.  II  cild  /1945-1959/”, 
“Azərbaycan SSR EA nəşrlərinin biblioqrafiyası. III cild 
/1960-
1965/”  və  s.  Göstəricinin  2  və  3-cü    cildlərində 
Memarlıq və İncəsənət İnstitutunun nəşrləri də geniş əks 
olunub. 
Azərbaycan    EA    Rəyasət    Heyətinin    qərarına  
əsasən  Kitabxana  1964-cü    ildən        Azərbaycan 
alimlərinin,  eləcə  də  görkəmli  memarlarının  elmi  
nailiyyətlərinə,  onların    həyat    və    yaradıcılığına  həsr 
olunmuş  “Azərbaycanın  elm  və  mədəniyyət  xadimləri” 
seriyasından    şəxsi    biblioqrafik  göstəricilər  hazırlayır. 
60-70-
ci  illərdə    görkəmli  memarların  “S.Dadaşov”,  
“Ə.Qasımzadə”,  “M.Ə.Useynov”  və    b.    biblioqrafik  
göstəriciləri  hazırlanmışdır. 
   70-
ci    illərin    əvvəllərində    Kitabxana  
“Azərbaycan  Elmlər  Akademiyasının  kitabxanalarının  
fondlarından  istifadə  səmərəliliyi  və onların  kompleks  
elmlər    üzrə    oxucuların    informasiya    sorğularına  
uyğunluğu”  mövzusunda  ilk  çoxaspektli  elmi-tədqiqat  
işi  aparmışdır.  Nəticədə  alimlərin, o cümlədən memar 
mütəxəssislərin  informasiya    tələbatının    öyrənilməsi, 
operativ,  dolğun,  dəqiq  və  differensial  xidmət  sistemi 
yaradılmış,  kitabxana  fondlarının    və    oxuculara  


Günel  Nazim  qızı  Hacıyeva 
 
70 
xidmətin    təkmilləşdirilməsi    üzrə    nəzəri    və    praktiki  
tövsiyələr  və təkliflər verilmişdir. 
1972-ci   
ildə    Elmlər    Akademiyasında  
Mərkəzləşdirilmiş    Kitabxana    Sistemi    yaradılmışdır. 
1978-
ci ildən Kitabxana respublika miqyasında təbiət və 
dəqiq  elmlər  üzrə  əsas  depozitar  kitabsaxlayıcı  kimi 
fəaliyyət  göstərir.  1984-cü  ildən    Kitabxana  
respublikamızda  nəşr  edilmiş çap məhsullarının pulsuz 
məcburi nüsxəsini alır. 
Fundamental elmi-
biblioqrafik 
əsərlərin 
yaradılmasına 
Kitabxanın 
fəaliyyətinin 
bütün 
dövrlərində  xüsusi  diqqət  yetirilmişdir.  70-80-ci  illərdə  
Kitabxana  Azərbaycan  Elmlər Akademiyasının alimləri 
ilə birgə ayrı-ayrı elm sahələri, eləcə də memarlıq üzrə 
mövzu  biblioqrafik  göstəricilər  hazırlamışdır:    “Sovet 
Azərbaycanında  elmin  inkişafı”,  “Azərbaycanın  tarixi”, 
“Azərbaycan  alimləri  dünya  mətbuatında”  və    b. 
“Azərbaycanda  müdafiə  olunmuş  dissertasiyaların 
biblioqrafiyası”,  “Azərbaycan  dövri  mətbuatı  /1920-
1970/”  və    həmin  illərdə  hazırlanmış  digər  biblioqrafik 
göstəricilər  də  diqqətə  layiqdir  və  həmin  nəşrlərdə 
memarlıq elminin nailiyyətləri də geniş əks olunmuşdur. 
  
Respublikamızda  elmin, memarlığın  inkişafında 
mühüm  rol  oynayan  Kitabxananın  fəaliyyəti  bütün 
dövrlərdə EA rəhbərliyinin diqqət mərkəzində olmuşdur. 
Müxtəlif illərdə (1987, 1992, 1998, 2006) EA  Rəyasət  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
71 
Heyəti  Kitabxananın  fəaliyyətinin təkmilləşdirilməsi və 
modernləşdirilməsi ilə bağlı qərarlar qəbul etmişdir. Bu 
sənədlərdə  Kitabxananın  gələcək  fəaliyyətinin  inkişafı  
istiqamətində  nəzərdə  tutulan  müvafiq  tədbirlər 
müvəffəqiyyətlə həyata keçirilmişdir.   
Müstəqillik  illəri  Kitabxananın  həyatında  yeni 
mərhələnin başlanğıcı, yenidənqurma və böyük islahatlar 
illəri  kimi  xarakterizə  olunur.  Müstəqil  Azərbaycanda 
əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuş 
kitabxana  siyasəti  müvəffəqiyyətlə  davam  etdirilir. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 
Əliyev  tərəfindən  imzalanmış  “Azərbaycanda kitab-
xanaların  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında” 
sərəncamı  və  “Azərbaycan Respublikasında  kitabxana-
informa
siya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə 
Dövlət  Proqramı”  Mərkəzi  Elmi    Kitabxananın 
fəaliyyətinin inkişafına təkan vermişdir. 
Bu günə  qədər  Kitabxanada  formalaşmış infor-
masiya    sərvətləri  Azərbaycan  elminin,  xüsusən  də 
memarlığının  intellektual  potensialı,  onun  qüvvəsi  və 
qüdrətidir.  Fəaliyyət  göstərdiyi  dövrdə  Kitabxana 
ölkəmizdə memarlıq da daxil bütün istiqamətlərdə  elmi 
araşdırmalar aparan alim və mütəxəssislərin informasiya 
təminatının 
optimallaşdırılması 
istiqamətində 
məqsədyönlü  tədbirlər  həyata  keçirmiş,  onların  dünya 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə