Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
76 
müzakirələr  aparır,  şəbəkə  kitabxanalarının  fəaliyyətini 
tənzimləyən sənədlərlə onları təmin edir. 
2005-2015-ci il
lərdə  Kitabxana  doktorantura  və  
dissertantura    yolu    ilə  kitabxanaşünaslıq, 
biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmi 
kadrlar    ha
zırlayıb  (Hazırda  həmin  ixtisas  üzrə  elmi 
kadrlar AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda 
hazırlanır).  
Tarixi oçerkdən məlum oldu ki, 90 illik fəaliyyəti 
dövründə  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
Mərkəzi Elmi Kitabxanası Azərbaycan elminə, eləcə də 
memarlığına  müstəsna  xidmətlər  göstərmiş  və  uğurlu 
nəticələr əldə etmişdir.    
Hazırda  Kitabxananın  memarlıq  üzrə  sənəd-
informasiya  resursları  fondunun  vəziyyətini  əks  etdirən 
cədvələ nəzər salaq: 
 
İllər 
Ümumi 
Fond 
Memarlıq üzrə 
ədəbiyyat fondu 
2010 
1737523 
2074 
2011 
1750535 
2187 
2012 
1869096 
2295 
2013 
1873148 
2395 
2014 
1873348 
2487 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
77 
Cədvəldən  də  göründüyü  kimi  Kitabxananın 
ədəbiyyat  fondu  bu  illər  ərzində  1873348 nüsxəyə 
çatmışdır ki, bunlardan da 2487 nüsxəsi memarlığa dair 
sənədlərdir. 
 
Beləliklə,  Kitabxananın  müasir  fondunun, onun 
informasiya  resurslarının  inkişafı  mövcud  problemlərə 
baxmayaraq  mövzu  tərkibi  baxımından  əsasən  sistemli 
xarakter  daşımış,  AMEA-nın  tərkibindəki  elmi-tədqiqat 
müəssisələri,  eləcə  də  Memarlıq  və  İncəsənət  İnstitutu 
tərəfindən  aparılan  tədqiqatların  mühüm  istiqamətlərinə 
uyğun  formalaşdırılmış  və  komplektləşdirilmə  prosesi 
bu  illərdə  özünün  mövzu  tərkibi  ilə  yanaşı  dil  tərkibi 
baxımından  da  zəngin  olmuşdur.  Beləki,  bu  dövrdə 
Mərkəzi  Elmi  Kitabxananın  fondlarına  daxil  olan  yeni 
nəşrlər azərbaycan, rus, türk, fars, ərəb, ingilis, alman və 
fransız dillərində olmuşdur.  
Mərkəzi  Elmi  Kitabxananın  fondlarının  tipoloji 
təhlili  göstərir  ki,  son illərdə,  xüsusən  2010-cu  ildə 
kitabxanaya 
memarlıq  üzrə  daxil  olan  yeni  nəşrlərin 
növlərinə  görə  kitablar  –  45-50%,  dövri  və  ardı  davam 
edən nəşrlər – 40-45%, avtoreferatlar, dissertasiyalar və 
digər sənədlər 4-5% təşkil etmişdir. 
Müasir  dövrdə  elektron  nəşrlərin  meydana 
gəlməsi  kitab  məhsulunun  çapı  və  yayılmasının 
operativliyini  təmin  edir  və  dövri  nəşrlər  səviyyəsinə 
qaldırır.  


Günel  Nazim  qızı  Hacıyeva 
 
78 
Bu  baxımdan  Kitabxananın  fondunun  elektron 
nəşrlərlə  komplektləşdirilməsi  müasir  informasiya 
cəmiyyətində  kitabxana  fondlarının  formalaşmasının 
yeni keyfiyyətlərindəndir. 
Məlum  olduğu  kimi,  XXI  əsrin  informasiya 
texnologiyalarının  xarakterik  inkişaf  istiqamətləri 
içərisində  müxtəlif  növlü  və  məzmunlu  sənədlərin 
elektron  versiyalarının  əldə  edilməsi,  mühafizəsi  və 
istifadə 
edilməsi 
elmi 
kitabxanaların 
komplektləşdirilməsində  mühüm  yer  tutur.  Müasir  elmi 
ədəbiyyatda “Elektron kitabxana” və ya “Elektron kitab 
kolleksiyası” anlayışları “Virtual kitabxana”, “Rəqəmsal 
kitabxana” kimi də ifadə edilir. 
Bu baxımdan 2000-ci illərdən başlayaraq Mərkəzi 
Elmi  Kitabxanada  elektron  nəşrləri  fondunun 
formalaşması və inkişafı onun informasiya resurslarının 
inkişafında yeni mütərəqqi mərhələnin başlanması kimi 
qiymətləndirilə bilər. Beləki, 2000-ci ildən Ədəbiyyatın 
elmi komplektləşdirilməsi şöbəsi elektron nəşrləri disket, 
CD-
Rom  şəklində  komplektləşdirməyə  başlamış,  2010-
cu  ildə  artıq  belə  nəşrlərin  ümumi  həcmi  4897  nüsxə 
olmuşdur ki, bublardan da 527-i  memarlıq  üzrə  olan 
nəşrlərdir. 
  
Hazırda Mərkəzi Elmi Kitabxananın kitab fondunun 
komplektləşdirilməsinin  əsas mənbələri aşağıdakılar: 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
79 
-
 
Məcburi nüsxə; 
-
 
Abunə; 
-
 
Beynəlxalq kitab mübadiləsi; 
-
 
Rusiya  Elmlər  Akademiyasından  alınan  pulsuz 
nüsxələr; 
-
 
Ayrı-ayrı  müəlliflər,  respublika  və  xarici 
təşkilatlar tərəfindən hədiyyələr. 
Qeyd etmək lazımdır ki, ölkə kitabxanalarının, o 
sırada  da  Mərkəzi  Elmi  Kitabxanası  fondunun  yerli 
nəşrlərlə 
komplektləşdirilməsində 
Azərbaycan 
Respublikasının 1998-ci ildə qəbul etdiyi “ Kitabxana işi 
haqqında” Qanunun çox böyük rolu oldu. Qanunun 15-ci 
mad
dəsinə  əsasən, kitabxanalar dövlət  və  qeyri-dövlət 
nəşriyyatları  tərəfindən  buraxılan  profilinə  uyğun  çap 
məhsullarını  və  digər  informasiya  daşıyıcılarını  birinci 
növbədə almaq hüququna malikdir. 
Kitabxana  işinə  dair  bu  ali  dövlət  sənədin  də 
kitabxanaların  ölkədə  nəşr  edilən  çap  əsərlərini birinci 
növbədə  almaq  hüququnun  təsbit  edilməsi  bütün 
kitabxanaların, o cümlədən Mərkəzi Elmi Kitabxananın 
fondunun  komplektləşdirilməsində  yeni  mərhələnin 
başlanğıcı oldu. Kitabxanalar tədricən ölkə nəşriyyat və 
poliqrafiya  müəssisələri  tərəfindən  buraxılan  çap 
əsərlərini operativ şəkildə əldə etmək imkanlarına malik 
oldular. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə