Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   28   29   30   31   32   33   34   35   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
154 
39.  Mollaxana – 
ibtidai dini tədris müəssisəsi 
40. Nef – 
binanın xarici divarlar, tağlar və ya dirəklərlə 
əhatə olunmuş, quruluş etibarilə uzunsov və düzbucaqlı 
formada olan daxili fəzası 
41. Nervyura  – 
tağbəndin  daxili  və  ya  xarici  tərəfdən 
qabırğa formasında qalınlaşdırılmış hissəsi 
42.  Nəsx  –  ərəb  yazı  növlərindən  biri.  Kufi  xəttindən 
fərqli olaraq bu, düz xətlərlə deyil, əyri cizgilərlə yazılır. 
43. Nəzirgah – nəzir deyilib, kəsilən (qurbanlıq, nəzirlik 
heyvanı) yer, pir, ocaq 
44. Ornament – 
müxtəlif fiqurların vahid kompozisiyalı 
naxışı. Naxışı təşkil edən ünsürlərin (fiqurların) həndəsi 
şəkilli  və  ya  nəbatat  amilindən  götürülməsindən  asılı 
olaraq,  ornamentlər  həndəsi  və  nəbati  adlanan  iki  əsas 
qrupa bölünür. 
45. Oyma  – 
müxtəlif  inşaat  materiallarının  (daş,  ağac, 
sümük və s.) qazma üsulu ilə işlənməsi 
46.  Pir  – 
müsəlmanlarda  dini,  etiqadi  və  inamla 
əlaqədar ibadət, sitayiş yeri 
47.  Portal  –  binaların  giriş  qapısının  ətrafında 
düzəldilmiş  memarlıq  elementi.  Portal,  ümumiyyətlə 
qapıdan  xeyli  hündür  və  divardan  irəli  çıxmış  şəkildə 
düzəldilir.  Azərbaycan  memarlığında  portal  adətən, 
çatma tağ şəklində verilir. 
48.   Profil – yandan görünüş 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
155 
49.  
Qiblə,  əl-Qiblə  –  hər  bir  müsəlmanın  namaz 
qılarkən və qurban kəsərkən üz çevirdiyi səmt, istiqamət. 
Məkkədəki müqəddəs Kəbənin səmtidir. 
50.  Qönçə  –  dörd  tərəfdən  məhdudlanmış  ornament 
kompozisiyası. Azərbaycan memarlığında qönçələr əsas 
etibarilə  səkkizbucaqlı  və  ya  altıbucaqlı  çərçivə 
daxilində yerləşir. 
51.  Rotonda – 
dairəvi və ya yarımdairəvi qübbəli kiçik 
bina. Çox vaxt sütunlar üzərində qurulur. 
52. 
Sərdabə  –  məqbərə  və  türbələrin  meyit  basdırılan 
yeraltı hissəsi 
53. Stalaktit 
– 
mağaraların  tavanından  asılan 
damcılardan  əmələ  gələn  əhəngli  ərp.  Xüsusilə, 
Azərbaycan  memarlıq  abidələrinin  yonma  daşdan  və 
xüsusi  şəkilli  kərpiclərdən  quraşdırılmış  həndəsi 
həcmliklərdən ibarət hissəsinə də deyilir. 
54. Substriksiya  – 
binanın  və  ya  hər  hansı  bir 
yükdaşıyan  memarlıq  elementinin  (dirək,  sütun,  pilon) 
yeraltı hissəsi 
55.  Tağ  –  pəncərə,  qapı  və  başqa  oyuqların  (divardakı 
boşluğun) üfüqi olmayan örtüyü. Tağların şəkli mərkəzə 
doğru  simmetrik  olmalıdır.  Ən  çox  yayılmış  növ 
yarımdairəvi tağdır. 
56.  Tağbənd  –  prinsip  etibarilə  günbəzin  quruluşuna 
uyğundur, lakin tağbəndlə planda uzunsov şəkilli otaqlar 
örtülür. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
156 
57.  Tağpara  –  tağ  hörülərkən  daş  və  kərpiclərin  altına 
qoyulan qövsşəkilli taxta. 
58.  Tağ  yelkənləri  –  kvadrat  profildən  (günbəzlə 
birləşərək)  dairəvi  formaya  keçmək  üçün  günbəzaltı 
tağların  arasına  konstruktiv  element  qoyulur.  Onlar 
yuxarı  qalxdıqca  dairəvi  barabana  çevrilir.  Tağ 
yelkənləri iki tağ arasındakı günbəzaltı dayaq vəzifəsini 
görür.  Onlar  binanın  karkası  ilə  bir  konstruktiv  sistem 
təşkil edir. 
59.  Tambur  – 
günbəzin  barabanı.  Günbəzi  saxlayan 
binanın  silindrik  və  ya  çoxtelli  tamamlanan  (yuxarı) 
hissəsi.  Mərkəzi  hissəni  işıqlandırmaq  üçün  barabanda 
p
əncərə  yeri  qoyulur.  Ona  çox  vaxt  dini  binalarda 
təsadüf olunur. 
60.  Terrakat  – 
bişirilmiş  sarı  yaxud  qırmızı  gildən 
hazırlanan bədii məmulat 
61.  Terrasa – 
səki, meydança, eyvan 
62.  Tetrakonx – 
dörd yarımgünbəz 
63
.  Türbə,  məqbərə  –  islam,  ilahiyyat  müqəddəsləri, 
övliyalar 
və 
başqa 
şəxsiyyətlərin 
xatirəsini 
əbədiləşdirməkdən  üçün  onların  məzarları  üzərində 
tikilən bina 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
157 
 
 A F O R İ Z M L Ə R 
 
 
 
 
Alvar Aalto 
         - 
Mebel  dizaynında  tarixi  və  pratiki  aspektlərdən 
yola çıxaraq elementləri horizontal və vertikal hissələrlə 
birləşdirməkdir.  Mənim  fikrimcə  bu  stilə  öz  xarakterini 
vermək  də  önəmli  faktordur.  Horizontal  hissə  ilə 
birləşdiyi  zaman,  stulun  ayağı  arxitektonik  sütunun 
balaca bacısı kimidir. 
 
   
Andrea Palladio 
       - 
Gözəllik  bütündən  və  formadan  əmələ  gəlir, 
müəyyən hissələrə hörmət, bu hissələrin bir-biri ilə olan 
əlaqəsindən  və  bunların  bütünə  qarşı  olan 
davranışından.  Nəticədə  struktur  tam  və  bitmiş  bədən 
kimi  ortaya  çıxır,  harada  ki,  hər  bir  üzv  digəri  ilə 
uyğunlaşır.  Bütün  bunlar  istədiyini  formalaşdırmaqda 
vacib faktorlardır. 
 
 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə