Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   2   3   4   5   6   7   8   9   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
26 
 
İnsanın  fəaliyyət  sahələrinin    ixtisaslaşması, 
onların  sənəd-informasiya  təminatının  və  kitabxana-
biblioqrafik resurslarının da ixtisaslaşmasına səbəb olur. 
Belə  ixtisaslaşmış  fəaliyyətdən  biri  də  memarlıq 
fəaliyyətidir. 
Memarlıq  fəaliyyəti  —  memarlıq  əsəri  yaradan 
şəxslərin  (memarların)  peşəkar  fəaliyyəti  olaraq 
memarlıq  layihəsinin  hazırlanmasına  və  həyata 
keçirilməsinə  müəllif  nəzarəti,  tikinti,  yenidənqurma  və 
bərpa  layihə  sənədlərinin  hazırlanmasında  ümumi 
əlaqələndirmə,  memarlıq  sahəsində  elmi  tədqiqatlar  və 
tədris fəaliyyətidir  (1, s.1). 
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası 
və  rekonstruksiyası,  bina  və  qurğuların  memarlığı, 
şəhərsalma,  yaşayış  məntəqələrinin  planlaşdırılması, 
landşaft  memarlığı,  memarlıq  qanunvericiliyi  sahəsində 
praktik  fəaliyyətin  nəzəri  əsasları    memarlıq    elmi  
tərəfindən  öyrənilir.  
Əsrimizin  60-cı  illərindən  etibarən  daha  böyük 
sürətlə  inkişaf  edən  bu  elm  artıq  çox  geniş  tədqiqatları 
ilə  insanın   memarlıq  fəaliyyətinə  yardım  edən  mühüm 
sahəyə  çevrilmişdir.  Memarlıq  elminin  spesifik 
xassələrindən biri onun fəaliyyət göstərməsi üçün böyük 
miqdarda faktoqrafik informasiyaya ehtiyacın olmasıdır. 
Bir qayda olaraq belə informasiya sənədli formada tərtib 
edil
ir  və  tələbatçılara  çatdırılır.  Bu  səbəbdən  də,  həmin 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
27 
sahə 
üzrə 
tədqiqatlarda 
kitabxana-informasiya 
təminatının təşkilinə böyük diqqət yetirilir. Bu fəaliyyət 
sahəsinin  uğurla  həyata  keçirilməsi  üçün  sahənin  ilkin 
sənədlərlə  və  həmin  sənədləri  özündə  əks  etdirən 
biblioqrafi
k informasiya ilə təmin edilməsi zəruridir. 
Memarlıq üzrə kitabxana-informasiya təminatının 
formalaşması  prosesləri  ildən-ilə  sürətlənir.  Eyni 
zamanda  bu  sahədə  tələb  olunan  informasiyanın  həcmi 
artır  və  biblioqrafik-informasiya  təminatında daha 
yüksək  operativlik  tələb  olunur.  Memarlıq  sahəsində 
kitabxana-
informasiya  təminatının  əhəmiyyətini  bu 
sahənin  mütəxəssisləri  də  təsdiqləyir  və  buna  xüsusi 
diqqət yetirirlər.  
Müasir biblioqrafi
yaşünaslıqda    müxtəlif    sahəvi 
biblioqrafiyanın    yaranması  və  genişlənməsi  elmin, 
mədəniyyətin  və  istehsalatın  dinamik  inkişafının 
qanunauyğun  təzahürü  kimi  qəbul  olunur.  Bu cür 
yanaşma 
tərzi, 
memarlıq 
biblioqrafiyasının 
yaranmasında  və  bu  sahənin    kitabxana-informasiya 
təminatı  sisteminin  inkişafında  da  özünü  büruzə 
verməkdədir.  
     
 
Bütün  bu  amillər  memarlıq  üzrə  kitabxana-
informasiya təminatının, eləcə də biblioqrafik təminatın 
qanunauyğunluqlarının  öyrənilməsini tələb edir. 
Memarlıq  biblioqrafiyası  biblioqrafik  elmlər 
kompleksində  baş  verən  şaxələnmə,  diferensiasiya 


Günel  Nazim  qızı  Hacıyeva 
 
28 
prosesinin  nəticəsində  meydana  gəlmişdir. Memarlıq 
biblioqrafiya
sı 
ilk 
növbədə 
ümumi 
biblioqrafi
yaşünaslığın  nəzəri  bazasında  formalaşaraq 
inkişaf 
etməkdədir. 
Bununla 
belə, 
memarlıq 
biblioqrafiya
sı  ona  nisbətən  daha  erkən  zamanlarda 
formalaşmış 
tarix 
elmlərinin 
və 
texnikanın 
biblioqrafiya
sı ilə sıx əlaqələrə malikdir. 
Memarlıq  üzrə  biblioqrafik  fəaliyyət  bu  sahədə 
mövcud  sənədlər  və  informasiya  tələbatçıları  arasında 
uyğunluq  yaratmaq,  müvafiq  sənəd  kommunikasiyası 
sistemində 
informasiya 
maneələrinin 
aradan 
qaldırılmasında  səmərəli  vasitə  olmaqla  informasiya 
təlabatının təminatına xidmət edir. 
Memarlıq  biblioqrafiyasının  əsas  vəzifəsi  həm 
memarlıq  abidələrinin  mühafizəsi  üzrə  fəaliyyətin,  həm 
də  memarlıq  elminin  kitabxana  və  biblioqrafik 
informa
siya tələbatının, sənəd axını və kütləsinin ətraflı 
öyrənilməsindən,  elmi  təhlilindən,  mövcud  vəziyyətin 
qiymətləndirilməsindən  və  bu  sahə  üzrə  proqnozların 
verilməsindən ibarətdir. 
Biblioqrafi
k elmlər kompleksinə daxil olan digər 
sahəvi istiqamətlər kimi, memarlıq biblioqrafiyasının da 
spesifik 
obyekti 
vardır. 
Beləliklə, 
memarlıq 
biblioqrafiya
sının  obyekti  memarlıq  istiqamətli  sənəd-
kommunikasiyalar sistemindən, onun tərkib hissəsi kimi 
bu  mövzulu  sənədlərdən  və  sahə  üzrə  informasiya 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
29 
tələbatçılarından  ibarətdir.  Lakin  nəzərə  alaq  ki, 
memarlıq  biblioqrafiyasının  sənəd-kommunikasiyalar 
sistemi  təkcə  bu  mövzulu  sənədlərdən  və  sahə  üzrə 
informasiya  tələbatçılarından  ibarət  deyildir.  Müasir 
cəmiyyətdə 
ilkin 
sənədlərin 
və 
biblioqrafik 
informasiyanın  tələbatçılara  çatdırılmasına  xidmət  edən 
bir  sıra  ictimai  təsisatlar,  kommunikasiya  vasitələri  və 
kanalları  da  vardır  ki,  bunlar  da  sənəd-
kommunikasiyalar sisteminin tərkib hissələridir. Həm də 
belə  bir  faktı  qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  son 
rübündən etibarən həm memarlıq, həm də bir sıra digər 
sahələr  üzrə  biblioqrafik  informasiya  təminatında 
elektron sənəd-informasiya xidməti göstərən şirkətlərin, 
nəşriyyatların,  redaksiyaların  xüsusi  çəkisi  davamlı 
olaraq artmaqdad
ır.  Bu  proses  daha  çox  informasiya 
kommunikasiya 
texnologiyalarının  inkişafı, informasiya 
tələbatçısının 
fərdi 
kompüterlədən, 
şəbəkə 
texnologiyalarından istifadə etməsi ilə əlaqədardır. 
Uzun  müddət  ərzində  memarlığın  biblioqrafik 
informasiya  təminatına  aid  məsələlər  digər  biblioqrafik 
fənlərin  tərkibində  öyrənilirdi.  Lakin  XX  əsrin  son 
rübündə memarlıq biblioqrafiyasının biblioqrafik elmlər 
sisteminin 
müstəqil  bir  sahəsi  kimi  fərqləndirilməsi 
zərurəti meydana çıxdı və həmin istiqamət formalaşdı. 
Memarlıq  biblioqrafiyası  xidmət  etdiyi  elm  və 
praktiki  fəaliyyət  sahəsi  ilə  sıx  bağlıdır.  Bu  sahədə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə