Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
38 
Biblioqrafik  göstəriciyə  köməkçi  aparat  da  tərtib 
olunmuşdur.  “Əsərlərinin  əlifba  göstəricisi”, “Ortaq 
müəlliflərin  əlifba  göstəricisi”,  “Haqqında  yazan 
müəlliflərin əlifba göstəricisi” adlanan köməkçi aparatlar 
vəsaitin  axtarış  imkanlarını  artırır  və  ondan  istifadəni 
asanlaşdırır. 
AMEA-
nın  müxbir  üzvü,  memarlıq  doktoru, 
professor  Cəfər  Qiyasiyə  həsr  olunmuş  biblioqrafik 
göstərici memarlıq sahəsində mühüm mənbədir və sahə 
mütəxəssislərinin  biblioqrafik  informasiya  təminatında 
m
üstəsna rol oynayır. 
Azərbaycanın    görkəmli  memarlarına  həsr 
o
lunmuş şəxsi biblioqrafik göstəricilərdən biri də AMEA 
Mərkəzi  Elmi  Kitabxanasında  hazırlanmış  və  “Elm” 
nəşriyyatında  çapdan  çıxmış    akademik  Mikayıl 

seynova həsr olunmuşdur (12, s.1 ). AMEA Mərkəzi 
Elmi  Kitabxanasında  və  Memarlıq  və  İncəsənət 
İnstitutunda  hazırlanmış,  N.A.Bağırbəyova  tərəfindən 
tərtib olunmuş, Dövlət  mükafatı laureatı, xalq memarı, 
AMEA-
nın  həqiqi  üzvü,  memarlıq  doktoru,  30  ildən 
artıq AMEA Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik 
etmiş,  professor  Mikayıl  Ələsgər  oğlu  Hüseynovun 
əsərlərinin  biblioqrafik  göstəricisi  1926-1978-ci  illəri 
əhatə  edir  və  1979-cu  ildə  “Azərbaycanın  elm  və 
mədəniyyət  xadimləri”  seriyasında  çap  olunmuşdur. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
39 
Biblioqrafik  göstərici  görkəmli  memarın  50  ildən  artıq 
bir dövr ərzindəki yaradıcılığını əhatə edir. 
Bibl
ioqrafik  vəsaitdə  Azərbaycan  və  rus 
dillərində olan materiallar 7 bölmədə - 1. Həyatının, elmi 
və ictimai fəaliyyətinin əsas tarixləri; 2. Mikayıl Ələsgər 
oğlu  Hüseynovun  yaradıcılıq,  elmi-pedaqoji  və  ictimai 
fəaliyyəti  haqqında  qısa  oçerk;  3.Rus,  Azərbaycan  və 
xarici  dillərdə  nəşr  olunmuş  əsərləri;  4.  Layihələrinin 
annotasiyalı  siyahısı;  5.  Redaktə  etdiyi  əsərlər;  6. 
Diss
ertantlara  elmi  rəhbərlik;  7.  Mikayıl  Ələsgər 
Hüseynovun  həyatı  və  fəaliyyəti  haqqında  ədəbiyyat 
bölmələrində qruplaşdırılmışdır. 
Göstəricidə  materiallar  xronoloji  qaydada 
yerləşdirilmişdir.  İllər  daxilində  əvvəl  monoqrafiya  və 
kitabları, sonra isə jurnal və qəzet məqalələri əlifba sırası 
ilə verilmişdir. 
“Həyatının,  elmi  və  ictimai  fəaliyyətinin  əsas 
tarixləri” adlanan birinci bölmə görkəmli memarın həyat 
güzgüsüdür.  Bölmə  vasitəsi  ilə  biz  görkəmli  memarın 
maraqlı həyatı haqqında zəngin informasiya ala bilərik. 
Biblioqrafik  vəsaitdə  “SSRİ  xalq  memarı, 
akademik  Mikayıl  Ələsgər  oğlu  Hüseynovun 
yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında 
qısa  oçerk”  adlanan  ikinci  bölməni  sənətşünaslıq 
doktoru, AMEA-
nın  müxbir  üzvü,  professor 
Ə.V.Salamzadə  yazmışdır.  Oçerk  görkəmli  memarın 


Günel  Nazim  qızı  Hacıyeva 
 
40 
yaradıcılıq  yolunu,  onun  çoxşaxəli  yaradıcılığını, 
memarlıq  sənətində  dəst-xəttini  izləməyə  imkan  verir. 
Oçe
rkdən  məlum  olur  ki,  M.Hüseynovun  yaradıcılığı 
özünün  bütün  mərhələlərində  elmi  fəaliyyətlə  sıx 
əlaqədardır. Onun Azərbaycan memarlıq tarixi sahəsində 
apardığı  tədqiqat  işləri  Azərbaycan  memarlıq 
təcrübəsinin  ümumiləşdirilməsi,  respublikada  elmi 
memarlıq fikrinin inkişafı prosesində böyük əhəmiyyətə 
malikdir. 
Görkəmli  memarın  rus  və  Azərbaycan 
dillərində  çap  olunmuş  əsərləri  geniş  xalq  kütlələrini 
Azərbaycan  memarlığının  şah  əsərləri  ilə  tanış  etmək 
imkanı verir.  
“Rus, Azərbaycan və xarici dillərdə nəşr olunmuş 
əsərləri”  adlanan  üçüncü  bölmədən  görkəmli  memarın 
1935-
ci  ildən  başlayaraq  1978-ci  ilə  qədər  müxtəlif 
dillərdə  nəşr  olunmuş  əsərləri  haqqında  biblioqrafik 
informasiya  alırıq.  Bölmədən  aydın  olur  ki, 
M.Hüseynovun  ilk  elmi  əsəri  1935-ci  ildə  26  yanvar 
tarixli  “Zarə  Vostoka”  qəzetində  rus  dilində  dərc 
olunmuşdur.  Ümumilikdə  bu  bölmədə  görkəmli 
memarın  müxtəlif  illərdə  nəşr  olunmuş  94  elmi  əsəri 
haqqında biblioqrafik informasiya toplanmışdır. 
“Layihələrinin  annotasiyalı  siyahısı”  adlanan 
dördüncü  bölmədə  akademikin  işlədiyi  141  layihə 
haqqında  məlumat  verilir  və  hər  layihə  barədə  geniş 
annotasiya  ilə  onların  məzmunu  açılır.  Akademikin  ilk 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
41 
layihəsi institutda oxuduğu illərdə 1926-cı ildə yaratdığı 
“Klub”  adlı  layihədir.  Bölmədə  layihələrin  xronoloji 
illər  üzrə  verilməsi  görkəmli  alimin  müxtəlif    illərdə 
yaratdığı  layihələr  haqqında  biblioqrafik  informasiya 
almağa imkan verir. 
“Redaktə etdiyi əsərlər” adlanan beşinci bölmədə 
görkəmli  memarın  redaktə  etdiyi  17  əsər  haqqında 
biblioqrafik informasiya verilir. 
“Dissertantlara  elmi  rəhbərlik”  adlanan  altıncı 
bölmədə  M.Hüseynovun  rəhbərlik  etdiyi  namizədlik  və 
doktorluq  işləri  haqqında  biblioqrafik  informasiya  ala 
bilərik. M.Hüseynov 1978-ci ilə qədər 16 namizədlik və 
3 doktorluk işinə rəhbərlik etmişdir. 
“Mikayıl  Ələsgər  oğlu  Hüseynovun  həyatı  və 
fəaliyyəti  haqqında  ədəbiyyat”  adlanan yeddinci 
bölmədə  görkəmli  memar  haqqında  Azərbaycan  və  rus 
dillərində  yazılmış  211  mənbə  haqqında  biblioqrafik 
informasiya  almaq  olar.  Biblioqrafik  təsvirlərin  hər 
birinə  annotasiyanın  verilməsi  mənbələr  haqqında  daha 
mükəmməl informasiya almağa imkan verir. 
Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq 
məqsədilə vəsaitdə 3 köməkçi aparat tərtib olunmuşdur. 
Onlardan birincisi “Azərbaycan, rus və xarici dillərdəki 
əsərlərin əlifba göstəricisi” adlı köməkçi aparat müvafiq 
dillərdə  çap  olunmuş  mənbələr  haqqında  daha  operativ 
informasiya almağa imkan yaradır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə