Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
42 
“Birgə  müəlliflərin  əlifba  göstəricisi”  adlanan 
digər  köməkçi  aparat  görkəmli  memarın  başqa 
müəlliflərlə  birgə  yazdığı  əsərlər  haqqında  informasiya 
almağa imkan verir və həmin mənbənin tez tapılmasına 
kömək edir. 
“Müəlliflərin  əlifba  göstəricisi”  adlı  köməkçi 
aparat  vasitəsi  ilə  akademik  M.Hüseynov  haqqında 
yazan müəlliflər haqqında informasiya almaq olar və bu 
köməkçi  aparat  onların  əsərlərinin  tez  tapılmasına 
xidmət edir. 
Biblioqrafik  göstəricinin  Azərbaycan  və  rus 
dillərində  tərtib  olunması  onun  oxucu  dairəsini 
genişləndirir. Həyatının böyük bir hissəsini Azərbaycan 
memarlığının  inkişafına  həsr  etmiş,  öz  dəst-xətti  ilə  bu 
sənətdə  tanınan  görkəmli  memar  Mikayıl  Hüseynova 
həsr  olunmuş  121  səhifədən  ibarət  olan    biblioqrafik 
göstərici  onun  haqqında  mükəmməl  biblioqrafik 
informasiya verir və sahə mütəxəssislərinin biblioqrafik 
informasiya təminatında mühüm rol oynayır. 
 
d) Məlumat xarakterli sənədlər 
 
Məlumat  xarakteri  daşıyan  sənədlər  dedikdə, 
özündə bu və ya digər elm, bilik sahəsi və şəxslərə dair 
elmi, elmi-
kütləvi,  faktoqrafik  və  s.  məlumatları  əks 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
43 
etdirən  sənədlər  (ensiklopediyalar,  lüğətlər,  məlumat 
kitabları və s.) nəzərdə tutulur. 
Bütün    sahələrdə    olduğu    kimi  memarlıq 
sferasında  da  elmi-praktik  fəaliyyətin  səmərəsi 
informasiya  təminatından  asılıdır.  Memarlıq  üzrə  sənəd 
axının  həcminin  artması,  kitabxana-informasiya 
tələbatının  intensivləşməsi  bu  sahə  üzrə  biblioqrafik 
fəaliyyətin,  o  cümlədən  biblioqrafik  təminatın  yeni 
metod  və  texnologiyalarının  yaradılmasını    zəruri  
etmişdir. 
Memarlıq  üzrə  biblioqrafik  verilənlər  bazasının 
yaradılması  sahəsində  respublikamızda  ilk  təcrübə 
Azərbaycan  EA  Əsaslı  Elmi  Kitabxanasına  məxsus 
olm
uşdur.  Qeyd  edək  ki,  XX  əsrin  70-80-ci  illərində 
SSRİ-də  sənəd-informasiya  proseslərinin  müasir 
texnologiyalar əsasında yenidən qurulması prosesi SSRİ 
Elmlər  Akademiyasından  da  yan  keçməmişdir.  Bu 
sahədə  işlərin  müzakirə  və  diskussiyalardan  praktiki 
müstəviyə  keçməsində  və  sürətləndirilməsində  Sov.İKP 
MK-
nın kitabxanaların fəaliyyətinin keyfiyyətcə yenidən 
qurulmasına  yönəlmiş  məlum  qərarının  mühüm  rolu 
olmuşdur.  Məhz  bu  sənədə  əsasən  1974-cü  ildə 
Azərbaycan  EA  Rəyasət  Heyəti  xüsusi  qərar  qəbul 
edərək 
Əsaslı 
Elmi 
Kitabxananın 
işinin 
təkmilləşdirilməsi 
üzrə 
tədbirlər 
planı 
müəyyənləşdirmişdir. 
Bu 
tədbirlərin 
sırasında 


Günel  Nazim  qızı  Hacıyeva 
 
44 
kitabxanada Elmi-
Texniki  İnformasiya  şöbəsinin 
yaradılması da var idi. 
Qərara  uyğun  olaraq,  Əsaslı  Elmi  Kitabxananın 
Elmi-
texniki  İnformasiya  şöbəsində  elmin  müxtəlif 
istiqamətləri  üzrə  informasiya  tələbatçılarına,  eləcə  də 
Akademiyanın memarlıq sahəsinin alimlərinə kitabxana-
informasiya  xidmətinin  yaxşılaşdırılması  məqsədilə 
informasiyanın  seçilmiş  yayılmış  (İSY)  sistemi  üzrə 
xidmət  təşkil  etdi.  Yeni üsul kimi bu  xidmət  alimlər 
tərəfindən yüksək qiymətləndirildi.  
Lakin tezliklə aydın oldu ki, İSY sisteminin işinin 
artan  həcmini  ənənəvi  üsulla  yerinə  yetirmək    çətinlik 
törədir 
və 
bu 
sahədə 
müasir 
informasiya 
texnologiyalarının  tətbiqinə  zəruri  ehtiyac  vardır.   
Beləliklə  də  avtomatlaşdırma  metodu  və  proseslərinin 
Azərbaycan  EA  Əsaslı  Elmi  Kitabxanasında  da  tətbiq 
edilməsi  mərhələsi  başlamış  oldu.  Bu  məsələdə 
Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə 1975-ci ildə 
Əsaslı  Elmi  Kitabxanada  SSRİ  EA  Tətbiqi Riyaziyyat 
İnstitutunun  yaratdığı  və  başçılıq  etdiyi  «Koopinform» 
təşkilatının 
Tədqiqatların 
Avtomatlaşdırılmış 
İnformasiya  Xidmətinin  (ASİOR)  böyük  əhəmiyyəti 
oldu.  Sistemin  təşkil  edilməsi  üçün  həmin  institutdan 
lazımi metodiki sənədlər, təlimatlar və EHM üzrə xüsusi 
proqram  təminatı  və  maqnit  lentlərinə  yazılmış 
biblioqrafik  informasiya  massivi  alındı.  Hazırlıq  işləri 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
45 
çərçivəsində  Əsaslı  Elmi  Kitabxananın  bir  qrup 
əməkdaşı  Moskvada,  Tətbiqi  Riyaziyyat  İnstitutunda 
olaraq işin praktiki aspektlərini öyrəndilər.  
      
ASİOR  sistemi  Akademiyanın  mütəxəssislərinin 
informasiya  tələbatının  təhlilini  həyata  keçirərək  maşın 
vasitəsilə  sorğuları  təhlil  etməyə,  eləcə  də  biblioqrafik 
verilənlər bazasının retrospektiv təhlilini aparmağa, yeni 
ədəbiyyat  bülletenləri  tərtib  etməyə  imkan  verirdi. 
Təhlillər  göstərirdi  ki,  ASİOR  sistemi  İSY  rejimində 
aparılan  işi  ənənəvi  üsula  nisbətən  100  dəfə  sürətlə 
aparmağa imkan verirdi. Sorğunun qəbul edildiyi günün 
ertəsi artıq onun cavabını hazırlamaq mümkün olurdu. 
Məlum  olduğu  kimi,  həmin  dövrdə  Azərbaycan 
Elmlər Akademiyasının tərkibində Memarlıq üzrə elmi-
tədqiqatlar  aparan  Memarlıq  və  İncəsənət  İnstitutu 
fəaliyyət 
göstərirdi. 
Azərbaycan 
EA 
Əsaslı 
Kitabxanasında ASİOR sistemi bu institutun biblioqrafik 
informasiya təminatında da mühüm rol oynayırdı. 
Azərbaycan  EA  Əsaslı  Kitabxanasında  ASİOR 
sistemi ilə biblioqrafik informasiya xidməti 10 ilə yaxın 
davam  etdikdən  sonra,  80-ci  illərin  sonlarına  yaxın  bir 
sıra  subyektiv  səbəblərdən  zəifləmiş  və  nəhayət 
tamamilə dayandırılmışdır.  
          
Azərbaycanda  sənəd-komunikasiya  sistemlərində 
və  onun  tərkib  hissəsi  olan  kitabxana-biblioqrafiya 
fəaliyyətində  informasiya  texnologiyalarının  tətbiqinin 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə