Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
46 
növbəti,  keyfiyyətcə  yeni  mərhələsi  XX  əsrin  sonuna 
təsadüf edir.    
Həmin  dövrdə  ölkəmizin  beynəlxalq,  siyasi, 
iqtisadi  və  mədəni  əlaqələr  sisteminə  daha  intensiv 
inteqrasiyasının  nəticəsi  kimi  kitabxana-biblioqrafiya 
fəaliyyətində  də  dünyada  müvcud  olan  yeni  metod  və 
texnologiyaların  ölkəmizdə  tətbiq  edilməsi  zəruriliyi 
mey
dana  çıxdı.  Kitabxana  işi  sahəsində  qabaqcıl 
təcrübəyə malik bir sıra ölkələrin səfirlikləri, beynəlxalq 
təşkilatları  vasitəsi  ilə  ölkəmizin  mütəxəssislərinə  bu 
texnologiyalar,  biblioqrafik  informasiyanın  emalının 
yeni üsulları barədə məlumatlar verilməyə başlanıldı. Bu 
işin bir tərkib hissəsi kimi bir sıra kitabxanalarda, kitab 
fonduna  malik  olan  təşkilatlarda  biblioqrafik 
informasiyanın  müasir  tipli  texniki  avadanlıqlarla 
işlənərək  biblioqrafik  verilənlər  bazasının  yaradılması 
sahəsində  sınaq  xarakterli    ilkin    işlər    görülməyə  
başlandı. 
Növbəti  illərdə  Azərbaycanda  biblioqrafik 
verilənlər  bazasının  yaradılması  və  istifadəsi  sahəsində 
ali  məktəb  kitabxanalarında  aparılan  işlər  diqqəti  cəlb 
etdi.  Belə  ki,  1999-cu  ildən  etibarən  BDU-nun Elmi 
Kitabxanasında, 
Xəzər 
Universitetinin Elmi 
Kitabxanasında, 
Neft 
Akademiyasının 
Elmi 
Kitabxanasında, 
Qərb 
Univerisetinin 
Elmi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
47 
Kitabxanasında  elektron  kataloqların  yaradılması 
sahəsində işlər görüldü. 
        1999-
cu  ildə  ilk  dəfə  olaraq  BDU-nun Elmi 
Kitabxanasında 
yaradılmış 
Kitabxanaların 
kompüterləşdirilməsi 
laboratoriyası 
kitabxananın 
kompleks  kompüterləşməsini  həyata  keçirməyə  başladı. 
Əməkdar elm xadimi, kitabxanaşünas-alim, tarix elmləri 
doktoru,  professor  Abuzər  Xələfovun  rəhbərliyi  ilə 
fəaliyyət  göstərən  laboratoriya  həmin  ildə  Rusiya 
Federasiyasında  yaradılmış  sistemlərin  bazasında 
«Kitabxana  1.0»  adlı  Avtomatlaşdırılmış  Kitabxana 
İnformasiya Sisteminin tətbiqinə başladı və 2000-ci ildə 
sistemin müəyyən modulları istifadəyə verildi. Bir qədər 
sonra  sistemin  yeni  versiyası  «Kitabxana  2.0»  tətbiq 
edilməyə başlandı.    
        
Hazırda  isə  laboratoriyada  Rusiya  istehsalı  olan 
“ИРБИС-64” 
Avtomatlaşdırılmış 
Kitabxana-
informasiya  Sisteminə  (AKİS)  əsasən  verilənlər 
bazasının  hazırlanmasında  UNİMARK  və  USMARK 
formatlarından  istifadə  edilir  ki,  bu  da  beynəlxalq 
biblioqrafik  məlumat  mübadiləsini  həyata  keçirməyə 
imkan verir.  
Artıq  bu  sistemə  Elmi  Kitabxananın  fondunda 
olan ədəbiyyatı əks etdirən 100 mindən çox biblioqrafik 
yazı  daxil  edilmişdir  ki,  bunun  da  tərkibində  memarlıq 
üzrə  müəyyən  sayda  kitab,  dövri  elmi  nəşr  vardır. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
48 
Elektron  kataloq  üzrə  informasiya  axtarışına  əsasən 
məlum  olur  ki,  daxil  olan  ədəbiyyatın  təxminən  yarısı 
tədris ədəbiyyatı, dərslik  və  dərs  vəsaitləridir. 
        
Respublikamızda memarlığa  dair ədəbiyyatı əks 
etdirən  elektron  biblioqrafik  informasiya  resurslarının 
yaradılması  sahəsində  M.F.Axundov  adına  Azərbaycan 
Milli Kitabxanasında da xeyli işlər həyata keçirilmişdir. 
Milli  Kitabxanada  bu  işə  1999-cu  ildən  başlanmış  və 
2000-
ci  ildə  kitabxanada  İnternet  zalı  istifadəyə 
verilmişdir.  2001-ci  ildə  isə  kitabxanada  tədris 
müəssisəsi yaradılmış, 2003-cü ildən avtomatlaşdırılmış 
idarəetmə  sisteminin  tətbiqinə  başlanılmışdır.  Sistemin 
proqram  təminatı  ABŞ-ın  VTLS  şirkətindən  alınmış 
“VİRTUA” 
adlı 
kitabxanalar 
üçün 
xüsusi 
avto
matlaşdırılmış 
proqramlar 
paketi 
əsasında 
qurulmuşdur. 
Sistemdə 
biblioqrafik 
məlumat 
bazalarının,  elektron  kataloqun  tərtibi  üzrə  də  xüsusi 
modul  vardır.  Avtomatlaşdırma  işinə  kitabxananın  ən 
vacib  sahəsi  olan  elektron  kataloqun  tərtibindən 
başlanılmış,  hazırda  milli  ədəbiyyata  dair  bibloqrafik 
təsvirlər  verilənlər  bazasına  daxil  edilir.  Milli 
Kitabxanada  kitab  fondlarının  rəqəmsallaşdırılması 
prosesi uğurla davam etdirilir.  
Hazırda  Milli  Kitabxananın  AKİS-nin  tərkib 
hissəsi olan biblioqrafik verilənlər bazasında memarlığa 
dair bibloqrafik informasiya çox geniş təmsil olunur. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
49 
Azərbaycanda AKİS-in və onun tərkibində zəngin 
biblioqrafik  verilənlər  bazasının  yaradılması  sahəsində 
ən  qabaqcıl  təcrübə  Azərbaycan  Respublikası 
Prezidentinin İşlər İdarəsinin Kitabxanasına məxsusdur. 
2004-
cü ilindən Kitabxanada tətbiq edilən “ИРБИС-64” 
proqramı  ali  icra  hakimiyəti  orqanına  xidmət  edən 
Kitabxana-
informasiya  sisteminin  tərkib  hissəsidir. 
İndiyə kimi verilənlər bazasına Azərbaycan, rus və digər 
dillərdə olan 200 minə yaxın sənədin biblioqrafik təsviri 
daxil 
edilmişdir. 
Verilənlər 
bazasından 
həm 
kitabxanadakı  avtomatlaşdırılmış  işçi  yerindən,  həm  də 
WEB 
kataloq 
vasitəsilə 
İnternet 
vasitəsilə 
www.preslib.az  s
aytında istifadə etmək olar.  
Azərbaycanın beynəlxalq aləmə get-gedə daha sıx 
inteqrasiya  olunması,  dünyada  kitabxana  işinə, 
biblioqrafik  fəaliyyətə  göstərilən  diqqətin  Azərbaycana 
da sirayət etməsinə səbəb olur. İctimaiyyətin bu sahəyə 
diqqəti və qayğısı tədricən artır. Bu tendensiya elektron 
kitabxana  və  qeyri-kitabxana  biblioqrafik  ehtiyatlarının 
verilənlər  bazasının  yaranmasına  münbit  şərait  yaradır. 
Məhz bu diqqətin nəticəsində yuxarıda adını çəkdiyimiz 
kitabxana  və  təşkilatlarla  yanaşı  bir  sıra  digər 
kitabxanalar  da  biblioqrafik  verilənlər  bazasının 
yaradılması  sahəsində  işlərə  başlamışlar.  Məsələn, 
Memarlıq  və  İnşaat  Universitetində,  Naxçıvan  Dövlət 
Universitetində, 
Qafqaz 
Universitetində, 
Xəzər 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə