Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə17/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   13   14   15   16   17   18   19   20   ...   258

 

35

2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların  ərazilərində müalicə-sağlamlaşdırma 



yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə 

xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin 

və təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir. 

3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması 

nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq 

mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır. 



Maddə 28. Turizm və rekreasiya təyinatlı torpaqlar 

1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə 

edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır. 

2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist 

stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, 

uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. 

3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, 

istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud 

istifadə hüququ) əsasında istifadə olunur. 

4. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı 

fəaliyyət qadağan edilir. 

Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar  

1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, 

məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir. 

2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir. 



Maddə 30. Mühafizə və sanitariya zonaları sərhədlərinin müəyyən edilməsi  

1. Mühafizə  və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış  məntəqələrinin sağlamlaşdırma zonalarının, 

çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və sugötürmə qurğularının, içməli və texniki su təchizatı 

mənbələrinin ətrafında yaradılır. 

2. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların ölçüsü müvafiq normativ-

hüquqi aktlarla müəyyən edilir. 



 

VII fəsil 

MEŞƏ FONDU, SU FONDU VƏ EHTİYAT FONDU TORPAQLARI 

Maddə 31. Meşə fondu torpaqları  

1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün 

nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. 

2. Meşə fondu torpaqları  əsasən meşə  təsərrüfatının aparılması  və genişlənməsi (meşələrin bərpası, meşələr 

salınması və i.a.) məqsədləri üçün istifadə edilir. 

3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə 

fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və 

qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. 

4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə 

materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik 

xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün 

istifadə edilir. 

5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə  gətirən və  gətirə bilən alqı-satqısına, girov qoyulmasına 

(ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. 

6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəllə-

sində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 

7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və 

digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər. 

8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə  və yarğanların böyüməsinin qarşısını 

almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və  sənaye mərkəzlərinin  ətrafında yaşıllıq zonaları yaratmaq 




 

36

məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə 



kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər. 

9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublika-

sının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. 

Maddə 32. Su fondu torpaqları  

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: 

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 

olan bölməsinin altında olan torpaqlar;  

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;  

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.  

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən 

qurğuların tikintisi və istismarı üçün, eləcə  də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı  sənaye, 

energetika, nəqliyyat və digər dövlət, ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir. 

3. Su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. 

4. Su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının 

Su Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. 

 

* * * 



Maddə 40. Torpaqların zonalaşdırılması  

1. Torpaqların zonalaşdırılması – onların müxtəlif təyinatlı və hüquqi rejimli torpaq sahələrinə bölünməsidir. 

2. Torpaqların zonalaşdırılması  ərazinin inkişaf planına uyğun olaraq həyata keçirilir. Torpaqların zonalaşdırıl-

masının ümumi əsaslarını və prinsiplərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

3. Torpaqların zonalaşdırılması planları müvafiq icra hakimiyyəti orqanlarının və  bələdiyyələrin qərarları ilə 

təsdiq edilir. 

4. Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasına dair qərarlarda aşağıdakılara dair 

tələblər müəyyən edilir: 

- tikintinin sıxlığına;  

- mühəndis-nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya-qoruyucu arakəsmələrin 

və daşınmaz əmlakın şəhərsalmada nəzərə alınan digər struktur elementlərinin əsas parametrlərinə;  

- əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə;  

- müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına);  

- yaşayış məntəqələrində torpaqdan istifadənin başqa sahələrinə.  

 Torpaqların zonalaşdırılmasına dair tələblərin icrası mülkiyyət formasından və torpaq sahələrinə digər 

hüquqlardan asılı olmayaraq icra üçün mütləqdir. 

* * * 

Maddə 43. Yerquruluşu  

1. Yerquruluşu – torpaq münasibətlərinin nizama salınması  və torpaqdan səmərəli istifadə olunması 

məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq müna-

sibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə,  əlverişli ekoloji mühitin 

qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə 

də torpaqların mühafizəsinə yönəldilir. 

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: 

mülkiyyət və  təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin 

planlaşdırılmasının təşkili;  

ərazilərin  şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin 

artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu 

sxemlərinin hazırlanması;  

torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması  məqsədilə torpaq 

sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, 

qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə