51
edilməsi, alınan biliyin kifayətlilik həddinin müəyyənləşdirilməsi
üçün müəyyən vahidlərdən istifadə etmişlər. Sovet ali təhsil
sistemində bunun üçün müvəffəqiyyət (zaçot) vahidlərindən
istifadə olunurdu. Lakin bu müxtəlif vahidlər eyni məsələnin
həllinə xidmət etsələr də, onlarda məsələyə yanaşma, ölçü
mexanizmləri, son nəticəyə aparan yolların fərqli olmasından
onlar bir-birindən xeyli fərqli olmuşdurlar. Əvvəla, Sovet təhsil
sistemi, o cümlədən ali təhsil sistemi mərkəzləşdirilmiş və sərt
idarəetmə qaydasında mövcud olan bir ictimai-iqtisadi mühitin
tələblərinə uyğun şəkildə fəaliyyət göstərirdi. Azad bazar
iqtisadiyyatına əsaslanan qərb ictimai mühiti hər bir sahədə
olduğu kimi təhsildə də rəqabət mühitinin qanunları əsasında
fəaliyyət göstərirdi və onların başlanğıc tələbləri bir birinə
bənzəsə də, fərqli mühitin tələblərinə uyğun qurularaq, ona xidmət
edirdilər. Buna görə də Sovet təhsil sistemi təkcə strukturuna görə
deyil, mahiyyətcə də azad dünyanın təhsil sistemindən fərqlənirdi.
Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali
təhsil məkanında Avropa Kredit Transfer Sistemi (AKTS)
əsasında kredit vahidlərinin tətbiq edilməsidir. Tədrisin nəticə-
lərinin asan başa düşülən və müqayisə olunan olması üçün onların
vahid sistem çərçivəsində qiymətləndirilməsi lazımdır. Kredit
vahidləri sistemi iki başlıca funksiyanı yerinə yetirir. Birincisi
funksiya alınan kursun qiymətləndirilməsidir (dərs yükünün
ölçülməsidir). Bu, tələbənin aldığı dərs yükünün onun digər ali
təhsil müəssisəsi tərəfindən müqayisə edilə və tanına bilməsi üçün
vacibdir. Kredit sistemi Avropanın özü üçün yeni deyildir. Lakin
o bu regionun müxtəlif ölkələrində fərqli xüsusiyyətlərə malik
olmuşdur. Dünyada gedən iqtisadi inteqrasiya prosesi nəticəsində
vahid sosial-iqtisadi məkanın formalaşması əmək bazarını da
ümumiləşdirmiş və həmin bazarın tələblərinə uyğun kadrlarının
hazırlanmasına ehtiyac artmışdır. Belə bir şəraitdə yaxınlaşan,
bütövləşən Avropa təhsil sistemində hamının asan başa düşdüyü
və müqayisə oluna bilən standartlara ehtiyac yaradır. Buna görə
də vahid kredit-transfer sisteminin tətbiqi bu problemi qismən həll
52
edirdi. Bu, vahid əmək bazarında mütəxəssislərin ixtisasının
tanınması, tələbə mübadiləsi zamanı müxtəlif yerlərdə alınmış
kreditlərin təsdiqi, diplomların tanınması məsələlərində mühüm
əhəmiyyət kəsb edir.
Đkinci funksiya yığım funksiyasıdır. Tələbənin ali məktəbi
bitirərək hər hansı ali təhsil ixtisasını almaq üçün müəyyən
olunmuş miqdarda kreditləri toplayır. O, müxtəlif səbəblər
üzündən təhsili hissələrlə və ayrı-ayrı təhsil müəssisələrində ala
bilər. Əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım olan
miqdar olana qədər yığıla bilir və nəticədə tələbə həmin akademik
dərəcəni (bakalavr, magistr) alır bilir. Lakin bu zaman ayrı-ayrı
ali məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali
məktəblər arasındakı qarşılıqlı inama, akademik dərəcələrin
düzəliş əmsalı tətbiq etməklə, mühazirələrin, seminarların,
laboratoriya işlərinin, tələbənin sərbəst işinin xüsusi çəkisini
nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına söykənir.
Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun
həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb
edir. Lakin bu anda da ümumi ali təhsil məkanında onun
razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.
Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında
deyil, mahiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd
edir. Tələbələrin rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır.
Bütövlükdə isə təhsilin fəlsəfəsi tamamilə dəyişərək əsasən son
məhsula istiqamətlənir. Bu isə təhsilin keyfiyyətinin yüksəldil-
məsini, onun daha məqsədyönlü olmasını stimullaşdırır. Seçim
imkanı genişlənmiş tələbə özü seçdiyi ixtisas üzrə fənlərin, dərs
deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni
zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin
yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses
tam kortəbii şəkildə davam edir. Hər bir ixtisas üzrə qəbul olmuş
tələbəyə həmin ixtisası qazanması və son nəticədə diplom alması
üçün tədris proqramı – kurikulum təqdim edilir. Həmin sənəddə
məcburi, məcburi-seçmə və seçmə fənlərin tam siyahısı, onların
53
hər birinin verdiyi kreditin miqdarı, habelə onların məcburi
ardıcıllığı və bir birindən asılılıq xüsusiyyətləri əks olunur. Bu
məlumatı alan tələbə onlar üçün ayrılmış məsul şəxs olan tütorun
məsləhəti ilə hər bir semestr dövründə 30 kredit həcmində fənləri
seçərək dərslərə davam edir və semestrin sonunda imtahan
verərək bal toplayır. Bu bal bir tərədən toplanmış krediti təsdiq
edir, digər tərəfdən isə alınmış biliyin qazanılma səviyyəsini
təsdiq edir. Ümumi qəbul olunmuş qaydaya görə 100 ballıq
qiymətləndirmə sistemində minimum müvəffəqiyyət həddi 61 bal
hesab edilir. Ondan aşağı bal toplamış tələbənin krediti qəbul
olunmuş sayılmır və tələbə həmin fəndən kəsilmiş hesab edilir.
61-100 bal arasında isə toplanan ballar qiymətin keyfiyyət
yüksəkliyinə görə bölünür.
Bakalavr dərəcəli ixtisası almaq üçün tələbə 4 il müddətində
təhsil alır. Hər semestr üzrə 30 kredit toplamaqla lazım olan
minimum 240 krediti əldə etmiş olur və bakalavr diplomu alır.
Lakin qəbul edilmiş 4 il (8 semestr) müddəti mütləq deyildir.
Daha qabiliyyətli tələbələr yuxarıdan fənn götürmək yolu ilə
lazım olan krediti daha az müddətə toplayaraq bakalavr təhsilini 3
ilə, 3 il yarıma başa vura bilərlər. Bunun üçün tələbə bir semestr
ərzində 30 kredit həcmində fənn seçməyə əlavə olaraq sonrakı
semestrlərin yükündən 6-8 kredit həcmində fənn seçə bilir.
Bunun üçün tələbənin kəsiri olmamalı, fənlər üzrə aldığı qiymət
71 baldan aşağı olmamalıdır. Tələbə təhsili vaxtından əvvəl
bitirməyə imkan verən əlavə krediti yay semestrində də toplaya
bilər. Əlavə fənlər seçilərkən fənlərin seçiminin məcburi
ardıcıllığı
və
məqsədəuyğunluğu
nəzərə
alınmalı
və
razılaşdırılmalıdır.
Tələbənin aşağıdan fənn seçməsi onun akademik borcu ilə
bağlıdır. O, müxtəlif səbəblər üzündən əvvəlki semestrlərdə ala
bilmədiyi krediti toplamaq üçün həmin fənləri seçməli və ilk
növbədə o fənləri semestr üzrə tədris planına daxil etməlidir. Əks
halda, ona növbəti semestrin fənlərini seçməyə icazə veril-
məməlidir.
Dostları ilə paylaş: |