54
Kredit sisteminin tətbiqi şəraitində bu vaxta qədər mövcud
olan kurs anlayışı öz məzmunu xeyli dəyişir. Belə ki, tələbənin
sərbəst fənn seçimi onların keçilməsində ardıcıllığın nisbətən
sərbəst müəyyən edilməsi kursların mahiyyətində dəyişiklik
etməyi zəruri edir. Kredit sistemi şəraitində kursun davamlılığı
zamanla və bu zamanda keçilən fənlərin sayı ilə deyil toplanmış
kreditin minimum və maksimum çərçivəsi ilə ölçülür. Məsələn,
hər bir kurs tələbə ortaq olaraq 60 (30+30) kredit toplamalıdır. Bu
halda kreditin kurs üçün minimum həddi müəyyənləşdirilir, bu
həddi toplamayan tələbə növbəti kursun tələbəsi hesab edilə
bilmir.
Kredit
sisteminin
tətbiq
edilməsi
birinci
növbədə
Ümumavropa ali təhsil məkanında vahid standartların işləməsi
ehtiyacından irəli gəlməklə Boloniya prosesinin bir sıra cəhətlərini
təmin edir:
- tələbələrin mobilliyini asanlaşdırır;
- asan başa düşülən və müqayisə oluna bilən dərəcələr
sisteminin formalaşmasına kömək edir;
- keçilən fənlərin və proqramların unifikasiyasını təmin edir;
- alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır
- diplomların tanınması üçün real zəmin yaradır.
Tələbənin topladığı kreditlərin təsdiq edilməsi onun hər bir
fənn üzrə 100 ballıq qiymətləndirmə sistemi əsasında aldığı
qiymət vasitəsilə edilir. 61 baldan yuxarı bal kreditin məqbul-
luğunu təsdiq etmiş olur. Qeyd etmək lazımdır ki, 100 balın
toplanma qaydası və onun məqbulluq hədlərinin vahid bölgüsü
Avropanın özündə də hələ tam dəqiqləşdirilməmişdir. Azərbay-
canın müxtəlif ali məktəblərində də bu məsələdə ümumi standart
qəti olaraq formalaşmamışdır. Azərbaycan Turizm institutunda
tətbiq edilən bölgüyə görə 100 balın 30 balını aralıq imtahanı, 10
balı gündəlik fəaliyyətə görə dərs deyən müəllim tərəfindən
verilir, 60 bal yekun imtahanının nəticələri əsasında formalaşır.
Azərbaycanın digər ali məktəblərində 100 balın bir qədər fərqli
bölgüsü tətbiq edilir. Lakin bu bölgü mütləq deyildir o dəyişə
55
bilər. Hər bir halda, zənnimizcə, başlıca hədəf lazım olan
keyfiyyətin təmin olunması və ümumi qəbul olunmuş məqbul
həddinin gözlənilməsidir.
Təhsilin müxtəlif cəhətlərinə kredit sisteminin tətbiqinin
əhəmiyyəti. Bütövlükdə Azərbaycanda qiymətləndirilmənin
kredit sisteminə keçilməsi və təhsilin onun tələbləri əsasında
qurulması köhnə sovet təhsil sistemindən qopub ayrılmış ali
təhsilin yeniləşməsinə, müasir ictimai-iqtisadi mühitin tələblərinə
uyğunlaşmasına və bütövlükdə təhsilin fəlsəfəsinin dəyişməsinə
təkan verir. Kredit sistemi texniki maneələri aradan qaldırır,
Azərbaycanın hər bir ali təhsil müəssisənin Ümumavropa
məkanında ali təhsilin subyekti kimi çıxış etməsinə şərait yaradır.
Lakin bu işlərin daha uğurla getməsi üçün qanunverici baza yeni
vəziyyətə uyğunlaşdırılmalı, müəssisələrə fəaliyyət və maliyyə
sərbəstliyi verilməli, onlar üçün real rəqabət mühiti təmin
edilməlidir. Kredit sisteminin tətbiqi məqsəd deyildir, daha qlobal
şəkildə qoyulmuş məqsədə aparan vasitələrdən biridir.
AKTS-in tətbiqinin əhəmiyyəti “Diploma Avropa əlavəsi”
adlanan sənədin verilməsi zamanı əyani şəkildə görünür. Diploma
Avropa əlavəsi vahid təhsil məkanının formalaşmasının
məntiqindən doğan amillərdən biridir. Bu sənəd ümumiləşməkdə
və bütövləşməkdə olan Avropa ali təhsilinin yekunu kimi ortaya
şıxır. Əgər tədris prosesinin gedişində proqramların, qiymət-
ləndirmə sisteminin, təhsil müddətinin və onun dövrlərinin,
keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma
və məzmuna gətirilməsindən söhbət gedirsə, Diploma Avropa
əlavəsi bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks
etdirən vahid sənəd kimi çıxış edir.
Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin
qarşılıqlı tanınması və nəhayət məzunların Avropanın ümumi
əmək bazarında işə düzəlməsi məqamlarında daha kəskin şəkildə
hiss olunmağa başlamışdı. Buna görə də vahid formalı sənədlərə
tələbat hələ xeyli əvvəl təkcə Avropada deyil, dünyanın hər
yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədinin qəbul
56
edilməsi və bütün Ümumavropa məkanında tanınması günün
tələbi idi və bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu
səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük
önəm verilmiş, YUNESKO tərəfindən onun vahid forması
hazırlanaraq təqdim edilmişdir.
Diploma əlavə Avropa ali təhsil Zonasına daxil olan
ölkələrin hər birinin ali təhsil müəssisəsinin məzununa diplomla
bir yerdə verilən sənəddir.
Diploma Avropa əlavəsi iki dildə - diplomu verən ölkənin
dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində
(əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət
olması nəzərdə tutulmuşdur.
1. Diplom sahibi haqqında məlumat (adı, familiyası, atasının
adı)
2. Məzunun ixtisası haqqında məlumat.
3. Đxtisas səviyyəsi
4. Tədrisin məzmunu və alınan nəticələr
5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat
6. Əlavənin həmin ölkədə sertifikatlaşdırılması haqqında
məlumat
7. Ölkə ali təhsil sisteminin təsviri
8. Əlavə məlumat
Sonuncu bölmədən başqa qalan bölmələrin doldurulması
məcburidir.
Əlavələrdə qiymətlər haqqında məlumat verilmir. Diploma
əlavənin YUNESKO tərəfindən təsdiq edilmiş vahid formada və
xüsusi çap edilmiş blanklarda verilməsi nəzərdə tutulmuşdur.
Tələbə mobilliyinin təmin edilməsində vahid kredit siste-
minin tətbiqi müstəsna əhəmiyyətə malikdir. Akademik mobil-
lik tələbə, müəllim, tədqiqatçı və inzibati heyətin təcrübə müba-
diləsi etmək, milli qapalılığı dəf edərək Ümumavropa mühitinə
qovuşmaq məqsədi ilə bir ali məktəbdən digərinə keçə bilməsidir.
Birinci növbədə isə tələbə öz ali təhsil müəssisəsində müxtəlif
səbəblər üzündən ala bilmədiyi bilik və bacarıqları əldə etmək
Dostları ilə paylaş: |