Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
155
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: 
- sıra nömrəsi; 
- diplomun seriyası və nömrəsi; 
- diplomalanın soyadı, adı, atasının adı; 
- ixtisasın (ixtisaslaşmanın) adı; 
- alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi; 
-  Dövlət  Attestasiya  Komissiyasının  (ixtisaslaşmış  Elmi 
Şuranın) qərarının nömrəsi və tarixi; 
- diplomun verilmə tarixi; 
- diplomalan və diplomverən şəxslərin imzası. 
Diplomu  itirmiş  şəxslərə  diplomun  və  ona  əlavənin 
dublikatının  verilməsi  eyni  məlumatlar  üzrə  ayrıca  qeydiyyat 
kitabında aparılır. 
4.6. Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil 
müəssisəsinin  rəhbərinə  müraciət  etməlidir.  Ərizəyə  sənədin 
axtarışda  olması  barədə  məlumat  və  "Azərbaycan  müəllimi" 
qəzetində  verilən  elan  əlavə  olunur.  Elanda  şəxsin  soyadı,  adı, 
atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, 
onu verən ali təhsil müəssisəsinin adı və diplomun verilmə tarixi 
göstərilir. 
4.7.  Ali  təhsil  müəssisəsi  həmin  ərizəyə  əsasən  15  gün 
müddətində diplomun və onun əlavəsinin dublikatını verir. 
Ali  təhsil  müəssisələrində  diplomun  və  onun  əlavəsinin 
dublikatı  arxiv  sənədləri  (əmr,  dövlət  imtahan  komissiyasının 
protokolu,  təhsil  sənədlərinin  verilməsinin  qeydiyyat  kitabı) 
əsasında verilir. 
4.8. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ 
səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur. 
4.9.  Đtirilmiş  diplomun  və  onun  əlavəsinin  əvəzinə  arayış 
verilməsi qadağandır. 
4.10.  Diplomun  və  onun  əlavəsinin  və  ya  onların 
dublikatlarının hazırlanması və verilməsinə görə diplomalanlardan 
heç bir ödəniş tələb edilə bilməz. 
 


 
156
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini 
başa vurmayan şəxslərə arayışın verilməsi qaydası 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2010-cu il 21 yanvar tarixli 12 nömrəli 
qərarı ilə təsdiq edilmişdir 
  
1.Ümumi müddəa 
  
Bu  Qayda  "Təhsil  haqqında"  Azərbaycan  Respublikasının 
Qanununa  uyğun  hazırlanmışdır  və  ali  təhsil  pilləsini  müxtəlif 
səbəblərdən  başa  vurmayan  şəxslərə  arayışın  verilməsi  qaydasını 
tənzimləyir.  Həmin  arayış  ali  təhsilin  müvafiq  səviyyələrini 
müxtəlif  səbəblərdən  başa  vurmayan  şəxslərin  (yetkinlik  yaşına 
çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) 
müraciətləri əsasında verilir. 
  
2.  Ali  təhsil  pilləsinin  bakalavr  və  magistr  səviyyələri 
üzrə  müxtəlif  səbəblərdən  təhsilini  başa  vurmayan  şəxslərə 
arayışın verilməsi qaydası 
  
2.1.  Ali  təhsil  pilləsinin  səviyyələri  üzrə  təhsilini  başa 
vurmayan  şəxslərə  onların  müraciətindən  sonra  5  gün  ərzində  bu 
Qaydanın  1  nömrəli  əlavəsində  verilmiş  formaya  uyğun  arayış 
verilir.  Arayışda  hər  bir  semestr  üzrə  tələbənin  dinlədiyi  fənlər 
(kreditin  qazanılıb-qazanılmadığından  asılı  olmayaraq)  barədə 
məlumatlar verilir.  
2.2.  Arayışlar  qoruyucu  nişanı  olan  xüsusi  kağızda  çap 
olunur. 
2.3.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyi  tərəfindən  çap  etdirilir  və  ali  təhsil  müəssisələrinə 
onların müraciəti əsasında verilir. 


 
157
2.4.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində  və  ali  təhsil  müəssisələrində  ciddi  hesabat  sənədi 
kimi saxlanılır. 
2.5. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi 
ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir. 
2.6.  Arayışların  verilməsi  üçün  ali  təhsil  müəssisəsində 
qeydiyyat  kitabı  açılır.  Qeydiyyat  kitabına  aşağıdakı  məlumatlar 
daxil edilir: 
- qeydiyyat nömrəsi; 
- arayış verilən şəxsin soyadı, adı, atasının adı; 
- arayışın seriyası və nömrəsi; 
- arayışın verilmə tarixi; 
- arayışı alan şəxsin imzası. 
2.7.  Arayışlar  əlyazma  və  ya  elektron  formada  qara  şriftlə 
doldurulur. 
  
3.  Orta  ixtisas  təhsili  pilləsini  müxtəlif  səbəblərdən  başa 
vurmayan şəxslərə arayışın verilməsi qaydası 
  
3.1.  Arayış  orta  ixtisas  təhsilini  müxtəlif  səbəblərdən  başa 
vurmayan  şəxslərin  (yetkinlik  yaşına  çatmadıqda,  valideynlərinin 
və  ya  digər  qanuni  nümayəndələrinin)  müraciətləri  əsasında 
verilir. 
Orta  ixtisas  təhsilini  başa  vurmayan  şəxslərə  onların 
müraciətindən  sonra  5  gün  ərzində  bu  Qaydanın  2  nömrəli 
əlavəsində verilmiş formaya uyğun arayış verilir. 
3.2.  Arayışda  təhsilalanın  dinlədiyi  fənlər  (kreditin 
qazanılıb-qazanılmadığından  asılı  olmayaraq)  barədə  məlumatlar 
hər bir semestr üzrə verilir. 
3.3.  Arayışlar  qoruyucu  nişanı  olan  xüsusi  kağızda  çap 
olunur. 
3.4.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyi  tərəfindən  çap  etdirilir  və  orta  ixtisas  təhsili 
müəssisələrinə onların müraciəti əsasında verilir. 


 
158
3.5.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində  və  orta  ixtisas  təhsili  müəssisələrində  ciddi  hesabat 
sənədi kimi saxlanılır. 
3.6.  Korlanmış  arayış  blankları  ciddi  hesabat  sənədi  kimi 
orta-ixtisas  təhsili  müəssisəsi  tərəfindən  müvafiq  qaydada  aktla 
silinir. 
3.7.  Arayışların  verilməsi  üçün  orta  ixtisas  təhsili 
müəssisəsində  qeydiyyat  kitabı  açılır.  Qeydiyyat  kitabına 
aşağıdakı məlumatlar daxil edilir: 
- qeydiyyat nömrəsi; 
- arayış verilən şəxsin soyadı, adı, atasının adı; 
- arayışın seriyası və nömrəsi; 
- arayışın verilmə tarixi; 
- arayışı alan şəxsin imzası. 
3.8.  Arayışlar  əlyazma  və  ya  elektron  formada  qara  şriftlə 
doldurulur. 
  
4.  Đlk  peşə-ixtisas  təhsili  müəssisələrində  müxtəlif 
səbəblərdən  təhsilini  başa  vurmayan  şəxslərə  arayışın 
verilməsi qaydası 
  
4.1.  Arayış  ilk  peşə-ixtisas  təhsili  pilləsini  müxtəlif 
səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda 
valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri 
əsasında verilir. 
Đlk  peşə-ixtisas  təhsili  müəssisələrində  təhsilini  başa 
vurmayan  şəxslərə  onların  müraciətindən  sonra  5  gün  ərzində  bu 
qaydanın  3  nömrəli  əlavəsində  verilmiş  formaya  uyğun  arayış 
verilir. 
4.2.  Arayışda  şəxsin  dinlədiyi  fənlər  barədə  məlumatlar 
verilir. 
4.3.  Arayışlar  qoruyucu  nişanı  olan  xüsusi  kağızda  çap 
olunur. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə