144
Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti müəyyənləş-
dirilərkən aşağıdakılar nəzərə alınır:
- elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və
mütəxəssis hazırlığının profilinə uyğunluğu;
- elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində
tətbiqi;
- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;
- təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin
vəziyyəti;
- aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris
ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması,
doktoranturanın, ixtisaslaşmıs şuraların işi);
- müəllimlərin və təhsilalanların elmi tədqiqat işlərində
iştirakı;
- elmi-metodik və praktik konfransların keçirilməsi;
-
təhsil
müəssisəsinin
beynəlxalq
və
respublika
müsabiqələrində, sərgilərində iştirakı.
3.3.8. Beynəlxalq əməkdaşlıq
Beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakılarla qiymət-
ləndirilir:
- beynəlxalq əlaqələrin yaradılması;
- təhsil müəssisəsinin verdiyi diplomların başqa ölkələrdə
tanınması;
- beynəlxalq proqramlarda iştirak;
- təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının təhsil
alması;
- təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil
alması;
- elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını
artırması;
- müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat
fəaliyyətləri;
- müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat
işləri.
145
3.3.9. Maddi-texniki baza
Ayrı-ayrı təhsil proqramları üzrə lazım olan maddi-texniki
bazanın qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:
- təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları üzrə və
bütövlükdə maddi-texniki bazasının vəziyyəti;
- tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla
təchizatının vəziyyəti.
3.3.10. Sosial-məişət şəraiti
Sosial-məişət şəraitinin qiymətləndirilməsində aşağıdakılar
nəzərə alınır:
- yataqxana təminatı;
- tibbi xidmət;
- iaşə xidməti;
- istirahətin təşkili.
3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı
Təhsil müəssisəsinin maliyyə təminatı aşağıdakılarla
müəyyən olunur:
- büdcədən maliyyələşdirmə;
- müxtəlif növ fəaliyyətdən (elmi, pedaqoji, müqavilə
əsasında həyata keçirilən digər fəaliyyətlərdən) əldə olunan
gəlirlər.
Özünütəhlil hesabatına əvvəlki akkreditasiya zamanı aşkar
olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar
əlavə olunur.
4. Akkreditasiya Komissiyasının apardığı təhlil
4.1. Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil
sənədlərində göstərilənləri təhlil etmək, yerlərdə dəqiqləşdirmə
aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik
səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və
mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının
tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.
146
Akkreditasiya Komissiyası təhlili bu Qaydaların 2.4-cü
bəndinə uyğun təqdim edilmiş sənədlər əsasında aparır.
Təhsilalanların biliyinin ayrı-ayrı təhsil proqramları üzrə
attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən hazırlanan yoxlama tapşırıqları əsasında Akkreditasiya
Komissiyası tərəfindən yazılı formada keçirilir. Həmin tapşırıqlar
təhsil müəssisəsinin təqdim etdiyi müvafiq fənn proqramlarına
uyğun
şəkildə
hazırlanmış
suallar
üzrə
tərtib
olunur.
Təhsilalanların müvafiq proqram üzrə bilik səviyyəsi bu
tapşırıqlar əsasında müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni əhatə
etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi prinsipi əsasında
hazırlanmış 60 sualdan, ali təhsil pilləsinin magistratura
səviyyəsində isə 4 fənni əhatə etməklə 40 sualdan ibarət olur.
Suallara düzgün cavabların sayı 50 faizdən az (50 faiz də daxil
olmaqla) olduqda, təhsilalanların mənimsəmə səviyyəsi "qeyri-
kafi", 51-70 faiz olduqda "kafi", 71-90 faiz olduqda "yaxşı", 91-
100 faiz olduqda "əla" qiymətləndirilir.
Yoxlamanın aparılmasına 2 akademik saat vaxt ayrılır.
Yoxlama işləri şifrlənir və müvafiq fənlər üzrə Akkreditasiya
Komissiyasının üzvləri tərəfindən qiymətləndirilir.
Buraxılış qruplarında (siniflərində) təhsil alanlar təhsil
proqramları üzrə yoxlamadan keçməlidirlər. Yoxlamada qruplarda
təhsilalanların 90 faizinin iştirakı vacibdir.
Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin,
ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan keçməsinin əsas
şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların
yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.
4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil
müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.
Yekun
arayış
təhsil
müəssisəsinin
özünütəhlilinin
nəticələrinə dair hesabatının strukturuna uyğun tərtib olunur.
Arayışda təhsil müəssisəsinin idarə olunması, mütəxəssis
hazırlığının məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı,
beynəlxalq əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti, maddi-texniki
147
bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, bütövlükdə və ayrı-
ayrı təhsil proqramları üzrə hazırlığın məzmunu, strukturu və
keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir.
Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına
təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış
təhlilin, eləcə də təhsilalanların biliyinin yoxlanmasının nəticəsi
əsasında həyata keçirilir.
Yekun arayışa əvvəlki akkreditasiya zamanı aşkar olunmuş
çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar da daxil
edilir.
Yekun arayış təhsil müəssisəsinin nəzərdə tutulmuş
akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının
iclasında müzakirə edilir və Komissiyanın üzvləri tərəfindən
imzalanır. Əlavə araşdırmaların aparılması zərurəti yarandığı
halda, bu müddət bir aya qədər uzadıla bilər.
Yekun arayış tanış olmaq üçün təhsil müəssisəsinin
rəhbərinə təqdim edilir.
Arayış təhsil müəssisəsinin rəhbərinə təqdim edildikdən bir
həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq
şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və
Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə müzakirə edilir.
Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla,
yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
ilə yaradılan və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının
müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır.
5. Təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi
5.1. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının
təhsil naziri rəhbərlik edir. Şuranın tərkibinə akkreditasiya
şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil
sahəsində müstəqil ekspertlər daxil edilirlər. Şuranın tərkibinə
qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan
Dostları ilə paylaş: |