138
- Akkreditasiya Komissiyasının təhlil aparması;
- akkreditasiya haqqında yekun arayışın hazırlanması;
- təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və
müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi.
2. Akkreditasiyanın keçirilməsinə hazırlıq
2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnə-
bilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər
tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3
ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış
və aprel ayından gec olmayaraq, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata
keçirilir.
2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəs-
sisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış
olduqdan sonra həyata keçirilir.
2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisə-
sinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış
bildirilir.
2.4. Təhsil müəssisəsi akkreditasiyanın başlanmasına ən azı
bir ay qalmış Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
aşağıdakı sənədləri təqdim edir:
- təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün
verilmiş sənədin (lisenziyanın) surəti;
- bütövlükdə təhsil müəssisəsi və onun filialları üzrə
özünütəhlil haqqında hesabat;
- akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil
olan fənlərin proqramlarının siyahısı və bu proqramlara uyğun
hazırlanmış suallar;
- akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı
və kadr potensialı haqqında məlumat, təhsilalanların qəbulu,
köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti;
139
- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə
proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanmış
müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;
- proqramlar üzrə bütün imtahanların nəticələri haqqında
məlumat.
2.5. Təhsil müəssisəsinin özünütəhlil barədə hesabatı
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunduq-
dan sonra Nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası
yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından
təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını
çağırır,
bütün
zəruri
sənədlərin
Komissiya
üzvlərinə
çatdırılmasını, akkreditasiyanın nəticəsi haqqında yekun arayışın
hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.
2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi üzrə
yaradılan
Akkreditasiya
Komissiyasının
tərkibinə
təhsil
müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi
sahəsində təcrübəsi olan mütəxəssislər (akkreditasiya olunan
təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər.
2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini
Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.
2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq
fəaliyyətinə aid olan sənədləri (kadr təminatı, elmi tədqiqat
fəaliyyəti, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza və sair
haqqında) 1 ay müddətində təhlil edir və buraxılış qruplarında
(siniflərində) təhsil alanların biliyinin attestasiyasını keçirir.
2.9. Təhsil müəssisəsinin rəhbəri Akkreditasiya Komissiya-
sına onun normal fəaliyyəti üçün şərait yaradır, təhlil aparılması
üçün zəruri olan sənədləri təqdim edir.
3. Təhsil müəssisəsinin özünütəhlili
3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır:
- akkreditasiyada təhsil müəssisəsinin bilavasitə iştirakını
təmin etmək;
140
- təhsil proqramları üzrə hazırlığın məzmununa və
keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq;
- təhsil müəssisəsinin özünüqiymətləndirməsini təmin
etmək.
3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi (Pedaqoji) Şuranın
qərarı əsasında özünütəhlilin aparılması və bu proseduru həyata
keçirəcək komissiyanın yaradılması haqqında müvafiq əmr verir.
Təhsil müəssisəsinin rəhbərinin müavinlərindən biri komissiyaya
sədr təyin edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun
təşkil olunur.
Komissiya müvafiq əmrlə müəyyən olunmuş müddətdə
özünütəhlilin nəticəsinə dair hesabat hazırlayır və onu Elmi
(Pedaqoji) Şuranın müzakirəsinə təqdim edir. Həmin hesabat
Şuranın qərarı əsasında müəssisənin rəhbəri tərəfindən təsdiq
edilir.
3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın strukturu
3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı
Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını
müəyyənləşdirmək üçün onun fəaliyyətinin qanunvericiliyin
tələblərinə uyğunluğunun təhlili aparılır.
3.3.2. Təhsil müəssisəsinin idarə olunması
Təhsil müəssisəsinin idarəetmə sisteminin qiymətləndiril-
məsi üçün aşağıdakılar nəzərə alınır:
- idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə
uyğunluğu;
- təhsil müəssisəsində hazırlanmış tədris sənədlərinin
mövcud qanunvericiliyə və bu Qaydaların tələblərinə uyğunluğu;
- təhsil müəssisəsinin struktur bölmələrinin qarşılıqlı
fəaliyyətinin təşkili;
- təhsil müəssisəsinin idarə edilməsinin 4 funksiyasının
(qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət)
həyata keçirilməsinin vəziyyəti.
3.3.3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və
strukturu
Dostları ilə paylaş: |