Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun 
təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə 
törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 138. 
Qanunsuz  olaraq  biotibbi  tədqiqatlar  aparma  və  ya  qadağan  edilmiş 
diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə 
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, 
dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya 
az ağır zərər vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən
habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə 
cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə üsullarından 
istifadə etmə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 139. 
Zöhrəvi xəstəlikləri yayma 
139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə 
yoluxdurması— 


üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə 
qarşı törədildikdə— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 140.
 İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma 
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında 
qoyma— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə 
yoluxdurması— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya 
daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə 
yoluxdurma— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan 
immunçatışmazlığı virusu ilə yoluxdurma— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 141. 
Qanunsuz abort etmə 
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə— 
iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. 
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə 
ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində 
zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda— 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 


üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 142. 
Xəstəyə kömək göstərməmə 
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu 
olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi 
nəticəsində onun sağlamlığına az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir 
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma — 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 143. 
Təhlükədə qoyma 
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək 
imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan 
onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün 
təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda 
bunu etmədikdə— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 
143‐1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
19-cu fəsil 
ŞƏXSIYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 144. 
Adam oğurluğu 
144.1. Adam oğurluğu— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə