Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 
Maddə 100. 
Təcavüzkar_müharibəni_planlaşdırma,_hazırlama,_başlama_və_ya_aparma'>Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma 
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama— 
səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
100.2. Təcavüzkar müharibəni aparma— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 101. 
Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar 
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən 
törədildikdə— 
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 102. 
Beynəlxalq  müdafiədən  istifadə  edən  şəxslərə  və  ya  təşkilatlara  hücum 
etmə 
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın 
əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat 
vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin 
gərginləşməsi məqsədi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 103. 
Soyqırım 
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv 
etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya 
onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə 
yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş 
tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 104. 
Soyqırımın törədilməsinə təhrik etmə 
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə 
bilavasitə və açıq təhrik etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 105.
 Əhalini məhv etmə 
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə 
qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər 
hesab edilir. 
Maddə 106. 
Köləlik 
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya 
qismən həyata keçirmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq 
məqsədi ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və 
ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və 
kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında 
cinsi azadlığa qəsd edən əməl— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 107.
 Əhalini deportasiya etmə və ya məcburi köçürmə 
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş 
əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər 
məcburi hərəkətlərlə didərgin salma— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 108. 
Cinsi zorakılıq 
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla 
əlaqədar digər hərəkətləri etmə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 108
‐1. Məcburi hamiləlik 
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi 
pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum 
etmə -


on ildən on beş ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 109. 
Təqib 
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan 
edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, 
yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına 
məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 110.
 İnsanları zorakılıqla yoxa çıxarma 
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni 
müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan 
şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat 
verməkdən imtina etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 111.
 İrqi ayrıseçkilik (aparteid) 
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən 
üstünlüyü təşkil və təmin etmək məqsədilə: 
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar 
etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır 
zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani 
və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz 
olaraq azadlıqdan məhrum etmə
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə 
biləcək yaşayış şəraiti yaratma; 
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında 
iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, 
həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, 
vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və 
birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam 
inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar 
arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə 
mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər 
daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə; 
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum 
etmə vasitəsilə təqib etmə— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə