Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

167‐1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
167‐1.3.2.  qabaqcadan  əlbir  olan  bir  neçə  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
167‐1.3.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməkdə 
törədildikdə ‐
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 162.
 Əmək mühafizəsi qaydalarını pozma 
162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi 
vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan 
insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 163. 
Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma 
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə 
zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar 
etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 164
Hamilə  qadının  və  ya  himayəsində  üç  yaşınadək uşağı  olan  qadının
,  üç 
yaşınadək uşağını təkbaşına böyüdən kişinin
 əmək hüquqlarını pozma 
Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç 
yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır. 


Maddə 165. 
Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma 
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni 
özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin 
müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya 
yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda 
ziyan vurulmuşsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər ilə cəzalandırılır. 
165.2. Eyni əməllər: 
165.2.1. təkrar törədildikdə
165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d  ə   1 6 5 - 1 .
 İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma 
165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının 
orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir 
hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə 
topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış 
üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu 
əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa – 
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər ilə cəzalandırılır. 
165-1.2. Eyni əməllər: 
165-1.2.1. təkrar törədildikdə; 
165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 
-
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 165-2. 
Folklor nümunələrindən istifadə tələblərinin pozulması 
165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində 
xeyli miqdarda ziyan vurulmuşsa əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz 
manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə 
cəzalandırılır. 
165-2.2. Eyni əməllər: 
165-2.2.1. təkrar törədildikdə; 


165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 
-
əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək 
miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür

Maddə 165‐3. Məlumat toplularından qeyri‐qanuni istifadə 
165‐3.1.  Məlumat  toplularından  qeyri‐qanuni  istifadə,  əgər  bu  əməllər nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşsa – 
əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və 
ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlərlə cəzalandırılır. 
165‐3.2. Eyni əməllər: 
165‐3.2.1. təkrar törədildikdə; 
165‐3.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə ‐
əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 
üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 166.
 İxtiraçılıq və patent hüquqlarını pozma 
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən 
qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə 
məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi 
mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda 
ziyan vurulmuşsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər ilə cəzalandırılır. 
166.2. Eyni əməllər: 
166.2.1. təkrar törədildikdə; 
166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya  mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 167. 
Dini ayinləri icra etməyə mane olma 
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə