Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
182.2.2. təkrar törədildikdə; 
182.2.3. zor tətbiq etmə ilə törədildikdə; 
182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər: 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 183. 
Xüsusi dəyəri olan əşyaları talama 
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan 
asılı olmayaraq talama— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər: 
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
183.2.2. təkrar törədildikdə; 
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv 
olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 184. 
Aldatma və ya etibardan sui‐istifadə etmə yolu ilə əmlak ziyanı vurma 
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin 
əmlakına talama əlamətləri olmadan ziyan vurma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.2. Eyni əməllər: 
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
184.2.2. təkrar törədildikdə; 


184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.3. Eyni əməllər: 
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan 
sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş 
şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 185. 
Talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya  başqa 
nəqliyyat vasitəsi ələ keçirmə 
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ 
keçirmə (qaçırma)— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.2. Eyni əməllər: 
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
185.2.2. təkrar törədildikdə; 
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə 
törədildikdə; 
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə 
törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 186.
 Əmlakı qəsdən məhv etmə və ya zədələmə 
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda 
ziyan vurmaqla törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 


186.2. Eyni əməllər: 
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır 
nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 187.
 Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə 
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma 
üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb 
olduqda— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
Maddə 188. 
Torpaq üzərində mülkiyyət hüququnu pozma 
Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini 
özbaşına tutma, dəyişdirmə və ya becərmə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 189. 
Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma 
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla 
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz saatadək ictimai işlər və ya bir 
ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə