Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar
həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər 
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya 
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma — 
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə 
cəzalandırılır. 
200.2. Eyni əməllər: 
200.2.1. təkrar törədildikdə; 
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki 
ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların 
satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və 
ya ağır zərər vurulmasına səbəb olduqda — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda — 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa 
düşülür. 
Maddə 200‐1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi 
200‐1.1.  Bilə‐bilə  keyfiyyətsiz,  normativ‐texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı,  satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  bu  əməllər  xeyli  miqdarda 
törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə 
üç  min  manatdan  beş  min 
manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
200‐1.2. Eyni əməllər: 


200‐1.2.1. təkrar törədildikdə; 
200‐1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
200‐1.2.3. külli miqdarda törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200‐1.3.  Bilə‐bilə  keyfiyyətsiz,  normativ‐texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı,  satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı  zərərçəkmiş  şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200‐1.4. Bu Məcəllənin 200‐1.3‐cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə 
min manatdan iki min manatadək olan məbləğ
200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür 
Maddə 201.
 Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə 
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv 
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə 
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun 
bağlanmasından imtinaya məcbur etmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
201.2. Eyni əməllər: 
201.2.1. təkrar törədildikdə; 
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 202. 
Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və 
ya yayma 
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin 
məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri 
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və 
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan 
vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
Maddə 202‐1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma 
202‐1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti‐nə aid sənəd və məlumatların 
və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
202‐1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
ʺMaddə 202‐2.  İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə 
202‐2.1.  İnsayder  tərəfindən  ona  etibar  edilmiş  və  ya  xidməti  vəzifəsinə  və  yaxud 
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya 
başqa  şəxsi  niyyətlə  qanunsuz  olaraq  istifadə  edilməsi  və  ya  əqdlərin  bağlanması  üçün 
üçüncü  şəxslərə  verilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə 
və  ya  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə, 
əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202‐2.2. Eyni əməllər: 
202‐2.2.1. təkrar törədildikdə; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə