Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin
təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən,
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə‐
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 213‐3. Dövlət əyar damğalarını saxtalaşdırma
213‐3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət
məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar
damğalarını saxtalaşdırma‐
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
213‐3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə‐
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ONUNCU BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 214.
Terrorçuluq
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq,
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul
edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 214-1.
Terrorçuluğu maliyyələşdirmə
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219‐
1, 277, 278, 279, 280 və 282‐ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup
(dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin
maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya
hə‐min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə
olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi
‐
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə cəhddə
faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini
aradan qaldırmır.
2. Bu Məcəllənin 214‐1‐ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 215.
Adamları girov götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi
girov götürmə və ya saxlama—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai
təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 217.
Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak
etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 218.
Cinayətkar birlik (təşkilat) yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat)
yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur
bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün
Dostları ilə paylaş: |