Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 255. 
Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma 
Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi 
olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı 
zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı 
qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 256. 
Balıqları_və_başqa_su_heyvanlarını_qanunsuz_tutma'>Balıqları və başqa su heyvanlarını qanunsuz tutma 
256.1. Balıqların və ya başqa su heyvanlarının qanunsuz tutulması xeyli miqdarda ziyan 
vurduqda — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatadək ictimai işlər və 
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
256.2. Eyni əməllər: 
256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə
256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi 
maddələrdən və ya balıqların, yaxud başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan 
vasitələrdən istifadə etməklə törədildikdə
256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında 
törədildikdə— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs 
yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ
256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ  başa düşülür. 
Maddə 257. 
Balıq ehtiyatlarının qorunması qaydalarını pozma 
Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə 
suburaxıcı qurğuların istismarı balıq ehtiyatlarının qorunması qaydalarını pozmaqla 


törədildikdə və bu əməllər balıqların və ya digər su heyvanlarının kütləvi məhvinə səbəb 
olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 258. 
Qanunsuz_ov_etmə'>Qanunsuz ov etmə 
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, 
qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatadək ictimai işlər və 
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
258.2. Eyni əməllər: 
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 
258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan 
başqa üsullardan istifadə etməklə törədildikdə; 
258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə; 
258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında 
törədildikdə— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər: 
258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
altı yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 
258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ  başa düşülür. 
Maddə 259. Qanunsuz ağac kəsmə 
259.1. Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, 
eləcə  də  meşə  fonduna  aid  olmayan  ağacların  və  ya  kolların  qanunsuz  kəsilməsi  xeyli 
miqdarda ziyan vurduqda ‐
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
259.2. Eyni əməllər: 


259.2.1. təkrar törədildikdə; 
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
259.2.3.  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə ‐
üç  min  beş  yüz  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 259.1-ci maddəsində "xeyli miqdar" dedikdə, üç yüz manatdan min manatadək olan məbləğ, 259.2.4­
cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 260. 
Meşələri məhv etmə və ya korlama 
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri 
və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla 
çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri 
məhv etmə və ya korlama— 
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 261. 
Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  təbiət  obyektlərinin 
mühafizə rejimini pozma 
Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan 
təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb 
olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 261-ci maddəsində "əhəmiyyətli zərər" dedikdə iki yüz manatdan artıq olan məbləğ başa düşülür. 
29-cu fəsil 
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI 
QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR 
Maddə 262. 
Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı 
qaydalarını pozma 
262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava 
nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə