Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

Maddə 233‐3. Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata 
keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin 
yaradılmaması 
Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə 
müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması –
 beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
26-cı fəsil 
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR 
Maddə 234. 
Qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya  onların 
prekursorlarını  hazırlama,  istehsal  etmə,  əldə  etmə,  saxlama,  daşıma,  göndərmə  və  ya 
satma 
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri 
şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə 
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz 
olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
234.3. Narkotik_vasitələri,_psixotrop_maddələri_və_ya_onların_prekursorlarını_talama_və_ya_hədə‐qorxu_ilə_tələb_etmə'>Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və 
emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, 
daşıma və ya satma — 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
234.4.2. təkrar törədildikdə; 
234.4.3. külli miqdarda törədildikdə— 


əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi 
nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, habelə narkotik 
vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, 
saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə 
edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi 
qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik 
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya 
qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında 
fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. 
2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və digər 
miqdarları müvafiq qanunla müəyyən edilir. 
Maddə 235. 
Narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya  onların  prekursorlarını 
talama və ya hədə‐qorxu ilə tələb etmə 
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və 
emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
235.3.2. təkrar törədildikdə; 
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
235.4.2. külli miqdarda törədildikdə


235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə; 
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 236. 
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə 
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.2. Eyni hərəkətlər: 
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ; 
236.2.2. təkrar törədildikdə; 
236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə; 
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 237. 
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya 
etmə 
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları 
(onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik 
maddələr olan digər bitkiləri kultivasiya etmə— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
237.2. Eyni hərəkətlər: 
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
237.2.2. təkrar törədildikdə; 
237.2.3. külli miqdarda törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 238. 
Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  istehlakı  üçün 
tiryəkxanalar təşkil etmə və ya saxlama 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə