48.1.
Hüquqi şəxs
müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatına alınmalıdır.
Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı
ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə «Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan hallarda yol verilir. Hüquqi şəxsin yaradılmasının
məqsədəuyğun olmaması mülahizələrinə görə qeydiyyatdan imtinaya yol verilmir. Dövlət
qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan
məhkəməyə şikayət verilə bilər.
48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.
(
10
)
Maddə 49. Hüquqi şəxsin orqanları
49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz
orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə
müəyyənləşdirilir.
49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə
bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə
orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs
təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla,
peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının
maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq
və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına
uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının
tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin
əvəzini ödəməlidir. (
29
)
Maddə 50. Hüquqi şəxsin adı
50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya
təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.
50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət
orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından
(onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.
50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla
müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə
müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası
qanunvericiliklə müəyyənləşdirilir.
50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir.
Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ
olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. (
38
)
Maddə 51. Hüquqi şəxsin olduğu yer
Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının
qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. (
48
)
Maddə 52. Hüquqi şəxsin məsuliyyəti
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna
olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs
isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
Maddə 53. Nümayəndəliklər və filiallar
53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil
və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.
53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və
ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi
filial sayılır.
53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi
əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi
şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının
vətəndaşları olmalıdır. (
38
)
Maddə 54. İdarə
54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli
funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət
göstərir.
54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz
fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun
sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.
54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin
xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 55. Hüquqi şəxsin yenidən təşkili
55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə)
onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə həyata keçirilə bilər.
55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir
və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə
həyata keçirilir.
55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən
təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə
etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış
edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan
hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi
şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.
55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan
hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən
qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin
dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
(
10
)
Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi
56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına
uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və
vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq
yeni yaranmış hüquqi şəxslərə keçir.