Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə25/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   21   22   23   24   25   26   27   28   ...   189

Cü ly e t t a .  

Ah, üzü qızılgül, ürəyi ilan! 

Gözəl mağarada çirkin əjdaha! 

İlahə zülmkar! Məleykə iblis! 

Göyərçin lələkli leşyeyən qarğa! 

Quzu dərisində acgöz canavar! 

Allah görkəmində ən rəzil məxluq! 

Zahiri, daxili iyrənc ziddiyyət! 

Müqəddəs bir məlun, vicdanlı alçaq! 

Ah, təbiət! Bu cür cənnət dünyada 

Gözəl bədəninə bu insanın sən 

Belə ki, salmısan şeytan ruhunu, 

Sənin cəhənnəmlə nə işin vardır? 

Məzmunu, mənası iyrənc bir kitab 

Heç belə də qəşəng cildlənərmi? 

Ah, bu cazibədar, gözəl sarayda 

Saxtalıq yaşayır, yalan yaşayır! 

Da y ə .  

Yoxdur kişilərdə inam, etibar; 

Hamısı vicdansız, hamısı dönük, 

Hamısı riyakar, bomboş yalandır. 

Ah, hanı xidmətçim? Mənə tez cövhər, 

Məni məhv edəcək bu qəm, bu kədər. 

Sənin Romeona görüm ar olsun. 

Cü ly e t t a .  

Bunu necə dedin, dilin qurusun. 

Romeo ar üçün doğulmayıbdır, 

Ar özü ar edər ar olduğundan

Onun pak alnına qonmaz heç zaman. 

Onun alnı elə bakir təxtdir ki, 

Dünyada ismətin tək malikəsi 

Burda öz başına tac qoya bilər. 

Da y ə .  

Ah, necə heyvanam, söydüm mən onu! 

Qardaş qatilini mədh edəcəkdin? 

Cü ly e t t a .  

Bəs mən öz ərimi pisləyəcəkdim? 

Ah, binəva ərim, zavallı insan, 



93 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNY

A ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Sənin üçsaatlıq bu arvadın da Əgər 

oxşamasa şirin sözlərlə, 

Kim sənin könlünü oxşayacaqdı? 

Zalım, qardaşımı niyə öldürdün? 

O zalım istədi öldürsün səni. 

Ey möhnət xəracı, odlu göz yaşı, 

Qayıt öz yerinə, öz qaynağına. 

Sən bac-xərac ikən fəlakət üçün, 

Səhvən səadətə qurban gedirsən. 

Mənim ərim sağdır, Tibalt can atdı Onu 

qətl eləsin. Tibalt ölübdür. 

Ərimi öldürmək istəyirdi o. 

Bax, bu mənim üçün bir təsəllidir. 

Onda nəyə görə ağlayıram ki? 

Mən bir söz eşitdim, o söz Tibaltın Yaman 

ölümündən daha yamandır. Ömrümü puç 

edən o qorxunc sözü Böyük bir həvəslə 

unudardım mən. 

Fəqət canilərin müdhiş günahı 

Yaddaşlanna həkk olunduğutək, 

Mənim yaddaşıma həkk olur bu söz. “Öldü 

Tibalt, sürgün oldu Romeo!” “Sürgün 

oldu” - bu söz, yalnız tək bu söz Minlərcə 

Tibaltı öldürdü birdən! Bədbəxtlik qurtarsa 

bununla əgər, 

Tibaltın ölümü kifayət idi. 

Deyirlər, dərd gəlmir heç vədə yalqız. Əgər 

dərd özüylə dərd gətirirsə, 

Niyə “Öldü Tibalt” deyəndə mənə O 

demədi öldü atan, ya anan, 

Ya da ki, onların hər ikisi də. 

Onlara yas tutub ağlayardım mən. 

Ancaq “Tibalt öldü” sözündən sonra Gələn 

söz “Romeo sürgün oldu”, bu, Atamı, 

anamı, Tibaltı, hətta Bədbəxt Romeonu, 

Cülyettanı da, 

Hamını öldürdü, hamını qırdı. 

 

94 

downloaded from KitabYurdu.org




Bu sözün - “Romeo sürgün oldu” - ah. 

Nə sonu, nə həddi, nə ölçüsü var. 

Bu qəmi nə ilə bildirmək olar? 

Dayə, hanı atam, anam? 

Da y ə .  

Bu yasda 

İndi ağlaşırlar Tibaltın üstdə. 

Getmək istəyirsən, aparım səni. 

Cü ly e t t a .  

Onlar ona görə göz yaşı töksün, 

Mən isə ağlayım Romeo üçün. 

Götür nərdivanı. Yazıq nərdivan, 

Sən də aldadıldın mənimtək yaman. Səni 

düzəltmişdi o eşqin oğlu

Sənə yar olmadı ülviyyət yolu. 

Soldu taleyimiz qönçə gül kimi, 

Qız ikən ölürəm mən bir dul kimi. 

Götür nərdivanı, dayə, gəl gedək, 

Gəlinlik yatağım açılsın gərək. 

Romeo görmədi səadətimi, 

Ölüm, ölüm alsın bəkarətimi. 

Da y ə .  

Sən get, gətirərəm mən Romeonu, 

O sənə təsəlli, təskinlik verər. 

Hücrədə gizlənib, taparam amma, 

Çalışaram Günəş Ayla dincəlsin. 

Cü ly e t t a .  

Apar, bu üzüyü ver tərlanıma, 

De ki, vida üçün yanıma gəlsin. 

Gedirlər. 

95 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ÜÇÜNCÜ SƏHNƏ

 

Rahib Lorensonun hücrəsi. 

Lorenso gəlir. 

Qəl bəri, gəl bəri, bədbəxt Romeo, Kədər-

qüssə sənə aşiq olubdur. Oğlum, evlənmisən 

müsibət ilə. 



Romeo daxil olur. 

R om e o.  

Təzə nə xəbər var, müqəddəs ata? 

Hökm necə oldu, cəzam nə oldu? 

Hansı yeni bir dərd gözləyir məni? 

Lo re ns o.  

Möhkəm dost olmusan bütün dərdlərlə. 

Xəbər gətirmişəm hökm barədə. 

R om e o.  Məhşərdən qorxuncdur Hersoqun hökmü. Lo r e n so.  

Yüngül qərar verdi sənin haqqında, 

Sənə ölüm deyil, sürgün buyurdu. 

R om e o.  

Necə? Sürgün? Rəhm et, sən “ölüm” söylə. Qat-qat 

dəhşətlidir sürgün ölümdən, 

Dilinə gətirmə “sürgün” sözünü. 

Lo re ns o.  

Yalnız Veronadan sürgün olursan. 

Səbir elə, oğlum, dünya genişdir. 

R om e o.  

Veronadan kənar bir dünya yoxdur

Ancaq məhşər, əzab, cəhənnəm vardır. 

Dünyadan sürgündür buradan sürgün. 

Dünyadan sürgünsə ölüm deməkdir, Səhvən 

ölümə də sürgün deyirlər. 

Sürgün adlandırıb mənfur ölümü, 

96 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə