Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2005-ci il
№ 187
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
ƏSASNAMƏ
[1]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi
köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad
olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsindədövlət
siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
[2]
1.2.
Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman vəsərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3.
Komitə bu Əsasnamədə nəzərdə tutulan
vəzifə və funksiyaları
yerinə yetirərkən
Azərbaycan
Respublikasının
mərkəzi
və yerli
icra
hakimiyyəti
orqanları,
yerli
özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla vədigər hüquqi şəxslərlə qarşılıqlı
fəaliyyət göstərir.
1.4.
1.4.
Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi
və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
[3]
1.5.
Komitə müstəqil balansa, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət
gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.6.
Komitə Bakı şəhərində yerləşir.
2. KOMİTƏNİN ƏSAS VƏZİFƏLƏRİ
Komitənin əsas vəzifələri aşağıdakılardır:
2.1.
qaçqınların
və məcburi
köçkünlərin
məşğulluğunun
artırılması,
yoxsulluğunun
azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak
etmək və onun həyata keçirilməsini təmin etmək;
2.2.
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq
dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək;
2.3.
qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin
aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək;
2.4.
qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək;
2.5.
qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili
miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq;
2.6.
qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına
şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan
ilə məqsədyönlü iş aparmaq;
2.7.
qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin
etmək;
2.8.
məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal
xidmətlərin yaxşılaşdırılmasını təmin etmək;
2.9. qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi
köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək;
2.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını,
malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini
təmin etmək;
2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və
əlavə təhsili üçün tədbirlər görmək;
[4]
2.10. Azərbaycan
Respublikasının
qanunvericiliyinə uyğun
olaraq
Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.
3. KOMİTƏNİN ƏSAS FUNKSİYALARI
Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları
həyata keçirir:
3.1.
Azərbaycan
Respublikasının
qanunvericiliyi
ilə müəyyən
edilmiş
qaydada
və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə)
verir və bu statusdan məhrum edir;
[5]
3.2.
qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması
faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları
vasitəsilə həyata keçirir;
3.3.
qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ hüquqi
aktların təkmilləşdirilməsi üzrə təkliflər verir;
3.4. qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin
tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir;
3.5.
qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam
yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin
açılması
məqsədilə istehsal
infrastrukturunun
yaradılmasında
müvafiq
qurumlarla
qarşılıqlı əlaqədə fəaliyyət göstərir;
3.6.
məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını,
onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir;
3.7.
müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin
işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların kiçik sahibkarlıqla məşğul olmaları
üzrə tədbirlər görür;
3.8.
qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya
dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir;
3.9.
işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin
işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin,
ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti
icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür;
3.10. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun
tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;
3.11.
müvafiq
icra
hakimiyyəti
orqanları
ilə birlikdə qaçqınların və
məcburi
köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;
3.12.
"qaçqın" statusu alan şəxslərin yerli şəraitə uyğunlaşması və onların sosial problemlərinin
həlli üzrə zəruri tədbirlər görür;
[6]
3.13.
qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi
ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir;
3.14.
beynəlxalq
qeyri-hökumət
təşkilatları
ilə birlikdə qaçqınların və
məcburi
köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada
məsləhətləşmələr və danışıqlar aparır;
3.15.
əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrı-ayrı
şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif
növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini
müəyyən
edilmiş
qaydalara
uyğun
olaraq
müvafiq
icra
hakimiyyəti
orqanları
ilə qarşılıqlı əlaqədə təmin edir;
3.16.
qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir,
analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlər, sorğu-məlumat bülletenləri və s. nəşr
etdirir;
[7]
3.17.
məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına
götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir;
3.18.
qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin
və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini
müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin
layihələndirilməsi tapşırığını yerinə yetirir;
3.19.
öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi,
qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq
sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır;
3.20.
qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri
ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası,
kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin,
istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra
hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumlan
ilə qarşılıqlı əlaqədə həyata keçirir;
3.21.
qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət
büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət
orqanlarına təqdim edir;
3.22.
qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini
və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri
üzrə layihələrə müvafiq dövlət orqanları iləbirlikdə baxılmasını təşkil edir;
3.23.
qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun
azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları
və beynəlxalq
təşkilatlar
tərəfindən
keçirilən
konfranslarda,
seminarlarda
və başqa
tədbirlərdə müzakirə edir;
3.24.
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin
xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir;
3.25.
səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq
müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların
və s. tədbirlərin keçirilməsini təşkil edir;
3.26.
qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar
hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir;
[8]
3.27.
qaçqınların və
məcburi
köçkünlərin ərizə və şikayətlərinə baxır
və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür;
3.28.
qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
4. KOMİTƏNİN HÜQUQLARI
Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün Komitənin aşağıdakı hüquqları vardır:
4.1.
qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına
təkliflər vermək;
4.2.
Komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini
hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək;
4.3.
qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı müvafiq dövlət orqanları
qarşısında məsələ qaldırmaq;
4.4.
Komitənin səlahiyyətlərinə dair məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;
4.5.
məcburi köçkünlərin aylıq yemək xərcləri üçün nəzərdə tutulmuş müavinətin və yardımın
ünvanlı çatdırılmasına nəzarət etmək, bu sahədə qanun pozuntuları aşkar edildikdə onların
aradam qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və zəruri hallarda müvafiq
orqanlara müraciət etmək;
4.6.
qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət
təşkilatlan ilə qarşılıqlı əlaqədə tədbirlər görmək;
4.7.
qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı
təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlamaq, onları müvafiq dövlət orqanları
ilə razılaşdıraraq təsdiq etmək;
4.8.
xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;
4.9.
qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
5.1.
Komitənin mərkəzi aparatı, onun strukturunda olan regional şöbələr və digər qurumlar
Komitənin vahid sistemini təşkil edir.
5.2.
Komitənin ştat sayının həddi və onun strukturuna daxil olmayan tabeliyindəki qurumların
(hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilir.
[9]
5.3.
Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən
və vəzifədən azad olunan sədr rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin,
funksiyaların və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4.
Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan
və vəzifədən azad edilən bir müavini vardır.
5.5.
Komitənin sədri:
5.5.1.
Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların
əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi
üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin
aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların xərclər smetasını təsdiq edir;
[10]
5.5.4. Komitənin mərkəzi aparatının işçilərini, tabeliyində olan qurumların rəhbər işçilərini
vəzifəyə təyin edir və vəzifədən azad edir. Onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür;
[11]
5.5.5. qüvvədə olan qanunvericilik əsasında icrası məcburi olan əmr və sərəncamlar verir.
5.6.
Komitədə sədrdən, onun müavinindən, Komitənin rəhbər işçilərindən ibarət kollegiya
fəaliyyət göstərir.
5.7.
Komitənin kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
5.8.
Kollegiyada Komitənin əsas fəaliyyəti və işinin təkmilləşdirilməsi məsələlərinə baxılır,
qaçqın, məcburi köçkün və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran)
şəxslərlə bağlı siyasətin həyata keçirilməsi, çıxarılmış qərarların icrası, kadrların seçilməsi,
yerləşdirilməsi, tabeliyində olan qurumların fəaliyyəti müzakirə edilir və müvafiq qərarlar qəbul
olunur.
[12]
5.9. Kollegiya öz iclaslarında səlahiyyətləri daxilində digər məsələlərə də baxır.
5.10.
Komitənin kollegiya iclasları üzvlərinin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Kollegiyanın qərarları bir
qayda olaraq sədrin əmri ilə həyata keçirilir.
5.11.
Kollegiya qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici
hesab edilir.
5.12.
Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda, iştirak etmək üçün digər icra
hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların
nümayəndələri dəvət edilə bilər.
[13]
64 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının həyata keçirilməsinin təmin
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılmasının sürətləndirilməsini, bu
sahədə mövcud olan təcrübənin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət
Reyestri
Xidmətinin əsasında
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidməti haqqında Əsasnamənin layihəsini və həmin Xidmətin işçilərinin ümumi say tərkibi
barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386
nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (3
kitabda), III kitab, maddə 609; 2003-cü il, № 8, maddə 435, № 10, maddə522; 2004-cü il, № 6,
maddə 435) 3-cü bəndin səkkizinci, onuncu və on ikinci abzaslarında "İqtisadi İnkişaf Nazirliyinin
nəzdində" sözləri "Nazirlər Kabinetinin yanında" sözləri ilə əvəz edilsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə
168)
2.
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
( “Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, № 11, maddə 970)
3.
21
dekabr
2009-cu
il
tarixli 195 nömrəli
Azərbaycan
Respublikasının
Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
4.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 2.4-cü, 3.3-cü, 3.10-cu, 3.11-ci, 3.13-cü, 3.14-cü, 3.20-ci, 3.27-ci, 4.1-ci, 4.3-cü və 4.6-cı bəndlərdə
", məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin" sözləri "və
məcburi köçkünlərin" sözləri ilə əvəz edilmişdir.
[2]
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 1.1-ci bənddə "qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi" sözləri "Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan
sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi" sözləri ilə əvəz edilmişdir.
[3]
21
dekabr
2009-cu
il
tarixli 195 nömrəli
Azərbaycan
Respublikasının
Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 1.4-cü bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Komitənin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd
olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
[4]
21
dekabr
2009-cu
il
tarixli 195 nömrəli
Azərbaycan
Respublikasının
Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə
edilmişdir.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 2.9-2-ci bəndində “ ixtisasının
artırılması” sözləri “ əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
[5]
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 3.1-ci bənddən “qaçqın” və ya” sözləri çıxarılmışdır.
[6]
6
mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 3.12-ci bənd çıxarılmışdır.
[7]
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 3.16-cı bənddə ", məcburi köçkünlər və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq
axtaran) şəxslərlə" sözləri "və məcburi köçkünlərlə" sözləri ilə əvəz edilmişdir.
[8]
6 mart 2008-ci il tarixli 719
nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)
ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə"nin 3.26-cı bənddə ", məcburi köçkünlərə və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq
axtaran) şəxslərə" sözləri " və məcburi köçkünlərə" sözləri ilə əvəz edilmişdir.
[9]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, № 11, maddə 970) ilə 5.2-ci bənddə«Komitə sisteminə daxil olan təşkilatların» sözləri «onun
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri ilə
əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[10]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, № 11, maddə 970) ilə 5.5.2-ci bənddə «onun tabeliyində olan təşkilatların
əsasnamələrini» sözləri «qurumlarının əsasnamələrini (nizamnamələrini)» sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.5.2-ci və 5.5.3-cü bəndlər
aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.5.2. Komitənin mərkəzi aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini
(nizamnamələrini) təsdiq edir;
5.5.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin mərkəzi
aparatının və onun büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
[11]
21
dekabr
2009-cu
il
tarixli 195 nömrəli
Azərbaycan
Respublikasının
Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.1-ci və 5.5.4-cü bəndlərdən
«mərkəzi» sözü çıxarılmışdır.
[12]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci
il,
№
11,
maddə
970)
ilə
5.5.4-cü
və
5.8-ci
bəndlərdə «struktur
bölmələrinin» sözləri «qurumların» sözü ilə əvəz edilmişdir.
[13]
21
dekabr
2009-cu
il
tarixli 195 nömrəli
Azərbaycan
Respublikasının
Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.12-ci bənddən «rəhbərləri»
sözü çıxarılmışdır.
Dostları ilə paylaş: |