Azərbaycan Respublikasının Torpaq Məcəlləsi


Maddə 91. Torpaq sahəsinin bağışlanması



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 91. Torpaq sahəsinin bağışlanması  

1. Torpağın mülkiyyətçisi 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində

 müəyyən 

edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun 

bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya 

hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər. 

2. Dövlət və bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Bu torpaqlar üzərində 

istifadə və icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada bağışlana bilər. 

3. Torpaq sahəsinin bağışlanması qaydaları Azərbaycan Respublikasının mülki 

qanunvericiliyi ilə tənzimlənir. 

Maddə 92. Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi  

1. Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi 

üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində

 nəzərdə tutulmuş qaydada və formada 

başqa şəxslərə (vərəsələrə) keçir. 

2. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri 

mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum 

edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, 

əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında 

olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir

3. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə 

keçə bilər. 

4. Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun 

qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə 

verə bilərlər. (

3



Maddə 93. Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi  



1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların 

müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə 

Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinin

 müddəalarına uyğun olaraq həyata keçirilir. 

2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə 

ilə rəsmiləşdirilir. 

3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar 

göstərilməlidir: 

 



müqavilənin tərəfləri;  

 



müqavilənin növü;  

 



müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və 

servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq 

reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə 

məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər);  




 

müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən 



daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya 

digər əsas);  

 

torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması 



(əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər;  

 



torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-

olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və 

digər göstərişlər);  

 



torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi;  

 



əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş 

ərizələri;  

 

tərəflərin öhdəlikləri. (



20



XIX fəsil. Torpağın qiymətləndirilməsi və torpaq 



haqqının müəyyən edilməsinin əsasları 

Maddə 94. Torpağın qiymətləndirilməsi  

1. Təbii resurs kimi torpaqlar torpaq haqqının məbləğini, torpağın dəyərini və rüsumların 

həcmini müəyyən etmək, habelə torpaq dövriyyəsi prosesini tənzimləmək məqsədilə 

qiymətləndirilir. 

2. Torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar 

qiymətindən istifadə olunur. 



Maddə 95. Torpağın normativ qiyməti  

1. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent 

götürülən dəyər göstəricisidir. 

2. Torpağın normativ qiymətindən meyar kimi aşağıdakı hallarda istifadə edilir: 

 

torpaq sahələri mülkiyyətçilərdən geri alındıqda və ya müsadirə edildikdə;  



 

torpaq sahələri alınıb satıldıqda, girov (ipoteka) qoyulduqda, nizamnamə (pay) 



fonduna və icarəyə verildikdə, sığorta edildikdə;  

 



torpaq sahəsi bir kateqoriyadan başqa kateqoriyalara keçirildikdə.  

3. Torpağın normativ qiymətinin hesablanmasında istifadə olunan tariflər inflyasiyanın 

səviyyəsinə uyğun olaraq, indeksləşdirilir və 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən 

təsdiq edilir. 

4. Torpağın normativ qiymətinin müəyyən edilməsi qaydaları Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 



Maddə 96. Torpağın bazar qiymətinin formalaşmasının əsasları  

1. Torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış 

obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ 

qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə