4
Keçiriləcək tədbirlər:
Bu il martın 28-də 90 illik yubileyi qeyd edilən sevimli şairimiz Teymur
Elçinin yaradıcılığı kitabxanamızda da xüsusi qeyd ediləcək. Yubiley ərəfəsində
şairin kitablarının icmalını, sərgisini, oxucularla şairin kitabları haqqında sərgi
qarşısında söhbətlər təşkil etmək, şairin xatirəsinə “Teymur Elçin - 90”, “Uşaqlar
üçün yazanda”, və s. başlıqlar ilə ədəbi-bədii gecə təşkil etmək olar
Şairin 90 illik yubileyi ilə yanaşı bu il 1959-cu ildə nəşr edilən “Bip-bip”
kitabının 55, 1964-cü ildə nəşr edilən “Din-dan” kitabının isə 50 illik yubileyləridir.
Kitabxanada şairin bu kitabları ilə oxucuları yaxından tanış etmək üçün müxtəlif
kitab təbliği formalarından istifadə edə bilərik. Kitabxanamızın Məlumat –
biblioqrafiya şöbəsi yubiley münasibətilə kitablar haqqında geniş slayd
hazırlamışdır.
Slayd və kitabların tam mətni
www.clb.az
saytında yerləşdirilmişdir. Son
vaxtlar
bu kimi kitablar latın qrafikası ilə nəşr edilmədiyindən kitabxanamızda kiril əlifbası
ilə olan kitabların latın əlifbasına çevrilərək tam mətni hazırlanaraq kitabxananın
saytında oxucuların ixtiyarına verilmişdir.
Şəraitə uyğun olaraq kənd kitabxanaları və digər kitabxana filiallarında bu
yubilyar kitablar haqqında albom hazırlamaq məqsədəuyğun olar.
Albomda şairin həyat və yaradıcılığı haqqında məlumat verib, kitabdakı uşaq
şəkilləri, illüstirasiyalardan istifadə edə bilərik.
Sonda uşaqların yubilyar kitablar haqqında fikirləri, şeir haqqında nə
öyrəndikləri mövzusunda rəy yazması üçün bir neçə səhifə saxlamaq olar. Həmçinin
müəllif haqqında, həmin kitabların illüstrasiyaları haqqında, kitabın tərtibatı
haqqında suallar vermək olar:
5
Şəkillər xoşuna gəldimi?
Bu kitabların yenidən nəşr olunmasını istəyərsinizmi?.
Kitabdakı şeirlərdən ən çox hansını bəyəndin?
Bu sualların cavabları əsasında bu kitabların adlarını nəşrinə ehtiyac olan
kitabların siyahısına əlavə etmək olar.
MKS-lər və digər əsas kitabxana sistemlərində bu işi slayd şəkilində
hazırlamaq daha məqsədə uyğundur.
Yubiley münasibətilə kiçikyaşlı oxucularla Bip-Bip şeirinin ucadan oxusunu
təşkil edə bilərik. Ucadan oxunu daha maraqlı etmək üçün aşağdakı suallarla
başlayırıq.
Deyin görüm “ Bip-Bip kimdir?”
Onunla tanış olmaq istərdinizmi?
Bu sözlərə yazılmış mahnını eşitmisinizmi?
Ümumiyyətlə uşaq ədəbiyyatı nümayəndələri uşaq ədəbiyyatını bir növ əlifbaya
bənzətmişlər. Əlifba ilə uşaqlar hərfləri yazmağı öyrənir. Ədəbiyyat isə həyatda
onlara əlifbanın sehirli həriflərindən istifadə edərək sənət aləminə yol açır, lazım
olacaq həyat hadisələrini öyrədir. Onların dünyagörüşünün formalaşması, estetik
fikirlərin yaranmasında uşaq ədəbiyyatı məhz əlifba rolunu oynayır.
Şair əsərlərində Azərbaycan dilinin zənginliyini də nümayiş etdirir, sözləri
çoxmənalı şəkildə uşaqlara izah edir.
Səhərin də gözü var
Günəşlə bir açılar.
Bulağın da,
Quyunun da gözü var, -
Tutulsa o quruyar,
...Şkafın da mənzilin də gözü var
Kimin belə sözü var?
Kiçik yaşlı uşaqlarla bu şeir ətrafında sual-cavab keçirmək daha yaxşı olar.
Uşaqlarla şeiri ucadan oxuduqdan sonra onlara çoxmənalı sözlər haqqında
məlumat verib, şeiri necə qavradıqlarını bilmək üçün şeirə aid suallar verə bilərik.
- Sual 1. Şeirdə Səhərin gözü dedikdə nə başa düşürsünüz?
6
- Sual 2. Niyə şair “ günəşi ” səhərin gözü adlandırıb?
- Sual 3. “ Göz ” sözünü şair daha hansı mənalarda vermişdir?
- Sual 4. Bu şeirdə bulağın, quyunun gözü dedikdə nə başa
düşürsünüz ?
İlk növbədə Teymur Elçinin kitablarının təbliği üçün sərgilərin təşkili vacibdir.
Sərgiləri
“Teymur Elçin – 90”, “Fəsillər”, “Balaca ulduzlar” başlıqları altında
təşkil edə bilərik. Dörd fəsli tərənnüm edən “Fəsillər” başlıqlı sərgini şairin
“Mənim kiçik ulduzlarım” adlı kitabındakı fəsillərə aid şeirlərindən istifadə edərək
hər fəslə uyğun təşkil etsək maraqlı olar.
Sitatlar
Hər şeirində, nəğməsində, tərcümə əsərlərində xalqımızın ruhu döyünən
Teymur Elçin görkəmli bir söz adamı kimi hələ çox nəsillərin yol yoldaşı olacaqdır.
Zahid Xəlil.
Filologiya elimləri doktoru, professor
Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindəndir
N. Süleymanov.
Teymur Elçin bütün varlığı ilə, bütün istedadı ilə uşaq ədəbiyyatına bağlı bir insandır
Qulu Xəlilov.
Filologiya elimləri doktoru, professor
Teymur müəllim uşaqlarla nəfəs almış, onların qəribə hərəkətlərini, arzu və
düşüncələrini əks etdirən coxsaylı şeirlər, poemalar, mənzum nağıllar, səhnə
əsərləri yazıb yaratmışdır.
Rafiq Yusifoğlu
Filologiya elimləri doktoru, professor