5
İctimai vəziyyətinə görə Həsən bəy Rumlu yüksək feodal təbəqəsinə
mənsub olmuşdur. Buna görə də, təbiidir ki, ―Əhsənüt-təvarix‖ əsərində, əsasən,
feodal sinfinin mənafeyi müdafiə edilmiş, xalq kütlələrinin apardığı mübarizəyə
mənfi münasibət bəslənilmişdir. Müəllif buna görə də,
mənbənin tədqiq edilməsinə
sinfi baxımdan yanaşmağı qarşısında duran əsas məsələlərdən biri hesab etmişdir.
Monoqrafiya üzərində işlənərkən Azərbaycanın XV – XVI əsrlər tarixinə
aid əksər tarixi mənbələrdən də səmərəli şəkildə istifadə edilmişdir. Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvi, Şirvan və Şəki hökmdarlarının şəcərə cədvəlləri, müxtəlif tayfa
və qəbilə adları, bir çox islahatlar və Həsən bəy Rumlunun işlətdiyi Azərbaycan
sözlərinin siyahısı kitabın sonuna əlavə edilmişdir.
Əsərin yazılması və çapa hazırlanmasında Azərbaycan SSR-in əməkdar
elm xadimi, Azərbaycan SSR EA-nın akademiki Ə.Ə. Əlizadənin, prof. İ.P.
Petruşevskinin, tarix elmləri namizədi O.F. Akimuşkinin, Azərbaycanın XIII –
XVIII əsrlər tarixi‖ şöbəsinin əməkdaşlarından tarix elmləri doktorları O.Ə
Əfəndiyevin, Ə.Ə. Rəhmaninin, M.X. Heydərovun, tarix elmləri namizədləri S.M.
Onullahinin və V.Z. Piriyevin bir sıra qeyd və arzuları nəzərə alınmışdır. Müəllif
onlara öz dərin minnətdarlığını bildirir.
I FƏSİL
HƏSƏN BƏY RUMLUNUN HƏYATI VƏ
ONUN “ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ
Azərbaycanın tarixçisi Həsən bəy Rumlunun həyatı haqqında məlumat
olduqca azdır. ―Əhsənüt-təvarix‖ və onun müəllifinin fəaliyyəti ilə B.A. Dorn [105,
227 - 278], V.Xanıkov [104, 26], Ç.Riyö [117, 36 - 37], Ç.N. Seddon [120, 307 -
313], V.Minorski [111, 449 - 455], Ç.A. Stori [121, 306 - 308], Məhəmməd
Möhsün [100, 287], A.A. Romaskeviç [42, 8 - 10], İ.P. Petruşevski [39, 27 – 30;
40, 249], M. Abidova [25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17 -
18], C. İbrahimov [30, 9], S. Nəfisi [85, 223 - 224], Ə. Hayeri [86, 1069] kimi
onlarca şərqşünas alim maraqlanmış və fikirlər söyləməyə çalışmışlarsa da, özü
barədə müəllifin yazdıqlarından əlavə bir şey əldə edə bilməmişlər. Lakin Həsən
bəy Rumlunun tərcümeyi-halını ətraflı işıqlandırmağa səy edən İran tədqiqatçısı
Ə.H. Nəvayinin ―Əhsənüt-təvarix‖in Tehran nəşrinə yazdığı ―Müqəddimə‖
xüsusilə qeyd olunmalıdır [66, 13 - 32].
İstər Həsən bəy Rumludan əvvəl, istərsədə sonra yaşamış bir sıra orta əsr
tarixçiləri, o cümlədən də ―Əhsənüt-təvarix‖ əsərinin müəllifi barədə ətraflı
məlumatın olmaması heç də təəccüb doğurmamalıdır, çünki o dövrün
ədəbiyyatında əsasən hökmdarların həyatı qələmə alınır, fəaliyyəti hərtərəfli
işıqlandırılırdı. Məhz bu səbəbdən də, başqaları haqqında cildlərlə əsər yaradan bir