24
Monoqrafiyada istifadə edilən digər mənbələrdən biri də xeyli müddət
Ġran və Azərbaycanda olmuĢ katolik missioner Rafael Dümanın (1654-1696)
əsəridir [131]. Bu ilk avropalı müəllifdir ki, 40-a qədər sənətkarlıq növü,
sənətkarlığın texnologiyası haqqında məlumat verir [132].
Xristian dininin təbliğatçısı kimi doqquz il Ġranda fəaliyyət göstərmiĢ
Sanson
(1683-1691)
Təbrizdə
olmamıĢ,
lakin
orada
toxuculuq
emalatxanalarının fəaliyyət göstərdiyini yazmıĢdır [133]. Sanson Səfəvi
dövlətinin tənəzzülündən danıĢarkən pulun dəyərinin aĢağı düĢməsi, vergilər,
gömrük haqqı və idarə quruluĢu barədə də müəyyən məlumat vermiĢdir.
1694-cü ilin iyun-iyul aylarında Təbrizdə olmuĢ italiyalı səyyah
Cemelli Karreri Təbrizin sənətkarlıq, ticarət, memarlıq abidələrindən bəhs
etmiĢdir. O, Ģəhər əhalisinin sürətlə artmasının səbəbini «Gilanın bütün xam
ipək məhsulunun Təbrizə gətirilməsi, ondan ipək saplar hazırlanmasında»
görür [134].
IV. Tədqiqat əsərləri
Müasir dövrdə bilavasitə Təbriz tarixinə həsr olunmuĢ əsərlər barədə
kitabın giriĢ hissəsində müəyyən qədər bəhs etdiyimiz üçün burada geniĢ
danıĢmağı lazım bilmirik. Lakin unutmaq olmaz ki, Azərbaycan tarixinin bu və
ya digər məsələlərindən bəhs edən əsərlərdə Təbriz tarixinə də toxunulmuĢdur.
Ġranda və Cənubi Azərbaycanda fars dilində nəĢr edilmiĢ əsərlər üzərində qısa
da olsa dayanmağı lazım bilirik.
Müasir Ġran alimi ġirin Bəyani «Tarix-i ali Cəlayir» adlı əsərində
[135] Azərbaycanın və yeri gəldikcə Təbrizin ictimai-iqtisadi vəziyyətinə
toxunmuĢdur. Müəllif «Risale-yi Fələkiyyə»yə əsaslanaraq XIV əsrin 40-60-cı
illərində Təbrizin iqtisadi cəhətdən inkiĢaf dövrü keçirdiyini bildirmiĢdir [136].
Lakin əslində bu illərdə Təbrizdə iqtisadi cəhətdən tənəzzül dövrü olmuĢdur.
«Risale-yi Fələkiyyə»də qeyd olunan rəqəmlər, yuxarıda göstərdiyimiz kimi,
Təbrizin gəlir və məxarici olmayıb, çox güman ki, müəllifin hesabdarlıq üçün
yazdığı dərslik vəsaitində özünün quraĢdırdığı təxmini rəqəmlərdən ibarətdir.
Bir sıra Ġran və Qərbi Avropa alimləri Azərbaycan, eləcədə Təbrizin
ictimai-iqtisadi vəziyyətini və mədəni həyatını Ġran çərçivəsi daxilində
götürürlər. Buna görə də onlar «Ġran iqtisadiyyatı», «Ġranın ictimai
məsələləri», «Ġran mədəniyyəti» çərçivəsində Azərbaycan tarixini «tədqiq»
edirlər. Məsələn, alman alimi Bertold ġpulerin «Ġranda monqolların tarixi» adlı
əsərində [137] orta əsr Azərbaycan mədəniyyəti «Ġran mədəniyyəti» içərisində
əridilmiĢdir. Digər tərəfdən, ġpuler Qazan xanın ticarətin inkiĢafı üçün
keçirdiyi islahatları Ģübhə altına almıĢdır. O yazır: «Qazan xan yollarda
təhlükəsizliyi təminetsə də, ticarətin inkiĢafı üçün cəhd göstərmədi». Halbuki
məxəzlərin verdiyi zəngin faktlar tamamilə bunun əksini sübut edir. Müəllif
25
sənətkarlıqdan bəhs edərkən tarixi mənbələrin guya sənətkarlıq istehsalından
lazımi məlumat vermədiyini qeyd etmiĢdir. Əsərində müəyyən nöqsan cəhətlər
olsa da, müasir Ġran burjua müəlliflərinin müddəalarından fərqli olaraq,
ġpuler dil məsələlərindən bəhs edərkən yazır: «Elxanilər dövründə Təbrizdə
türkcə (Azərbaycan dilində - S. O.) danıĢırdılar [138]. Təbrizdə ictimai
münasibətlərin tədqiqi baxımından V. F. Minorskinin «Təzkirət-ül-muluk»a
yazdığı Ģərhlər, Qərbi Almaniya alimi Röhrbornun «Səfəvilər dövründə
əyalətlərin sistemi» adlı əsəri [139] faktiki material cəhətdən olduqca
zəngindir. Lakin hər iki müəllif burjua alimlərinə xas olan bir xasiyyətlə
ictimai münasibətlərin əsas mehvərin təĢkil edən feodalla Ģəhər əhalisi
arasındakı münasibətlərin və ziddiyyətlərin üstündən sərf-nəzər etmiĢlər.
Bundan əlavə, onların əsərində dövlət və idarə quruluĢu məsələləri, dövlətin
mahiyyəti «hakim sinfin məhkum siniflər üzərində ağalığı», Ģəhər idarə
quruluĢunda, inzibati və mülki iĢlərdə feodal sinfinin Ģəhərin ortabab və yoxsul
əhalisi üzərindəki ağalıq və zorakılığı burjua ideologiyası mövqeyindən təhlil
olunmuĢdur. Xalq kütlələrinin tarixi rolu, ictimai inkiĢafda iqtisadi amillərin
əsas və həlledici yeri və bir sıra digər məsələlər təhrif olunmuĢ Ģəkildə izah
edilmiĢdir. Məhz buna görə həmin ədəbiyyatlardan istifadə edərkən onlara
tənqidi yanaĢmıĢıq.
Mədəniyyət məsələlərindən bəhs olunarkən burjua alimləri öz
əsərlərində bu məsələyə tendensiyalı yanaĢmıĢlar. Məsələn, Ġraq alimi Zəki
Məhəmməd Həsən ərəb istilasının Azərbaycan mədəniyyətinə vurduğu ağır
zərbəni inkar edərək yazır: «Ġslamiyyətin qələbəsi Ġrana yaxĢı təsir etmiĢ,
ölkəni həqiqi tənəzzüldən xilas etmiĢdi. Onun sənətkarlıq və mədəniyyətinə
müsbət təsir göstərmiĢdir» [140].
Göründüyü kimi, Zəki Məhəmməd Həsən Azərbaycan mədəniyyətini
Ġran mədəniyyəti içərisində əritməklə bərabər, həm də ərəb istilasının
Azərbaycan, eləcə də Ġran mədəniyyətinə vurduğu zərbəni ört-basdır etməyə
cəhd göstərmiĢdir.
Avstriyalı alim Karl Yan isə 1971-ci ildə Ġstambulda nəĢr etdirdiyi
məqaləsində [141] Azərbaycan mədəniyyətinin inkiĢafında Elxanilər dövründə
Azərbaycana, o cümlədən Təbrizə gəlmiĢ avropalı diplomatların və katoliklərin
rolunu əsas götürərək yazır: «O zaman Təbrizdə yaĢamıĢ və çoxlu ruhani
təbəqəsinə mənsub olan dünyanın hər yerindən gəlmiĢ müxtəlif diplomatik
nümayəndələr arasında yüksək mədəniyyətə malik adamlar var idi. Təbrizin,
hətta bütün islam dünyasının mədəni həyatı bu Ģəxslərə borcludur. Ġlk dəfə
dünya tarixinin yazılmasını bu adamlar təĢkil etmiĢlər» [142].
Karl Yan da öz burjua həmkarları kimi Azərbaycan mədəniyyətinin
inkiĢafında daxili ictimai-iqtisadi amilləri inkar edərək onu bir neçə yadelli
avropalı dindarın fəaliyyəti ilə bağlayır.
Dostları ilə paylaş: |