28
Görkəmli rus alimi akad. V. V. Bartold bir sıra əsərlərində Təbrizin
orta əsr siyasi tarixi ilə yanaĢı, ictimai-iqtisadi vəziyyətinə də yer vermiĢdir
[155]. V. V. Bartoldun xidməti ondadır ki, o, Yaxın və Orta ġərq Ģəhərlərinin
inkiĢaf prosesini yazmıĢ, bu sahədə qiymətli elmi nəticə əldə etmiĢdir [156].
V. V. Bartold Təbriz Ģəhərinin IX əsrdə meydana gəldiyini bildirir
[157]. Halbuki Təbriz hələ eramızdan əvvəl VIII əsrdə bir qədim Ģəhər-qala
kimi mövcud olmuĢdur. V. V. Bartold monqolların hakimiyyəti dövrü
ərəfəsində Təbrizi «böyük olmayan Ģəhər» adlandırmıĢdır. Əslində XIII əsrin
əvvəllərində özünün «Möcəm-ül-büldan» əsərini yazmıĢ Yaqut Həməvi Təbrizi
«ən böyük Ģəhər» adlandırmıĢdır. Bu fikri XIII əsrin əvvəllərində yazılmıĢ
«Əcayib-üd-dünya» əsərinin naməlum müəllifi də təsdiq etmiĢdir. Ġran və
Azərbaycan tarixinin tədqiqi ilə əlaqədar olaraq görkəmli Sovet ĢərqĢünası,
prof. Ġ. P. PetruĢevski öz əsərlərində Təbrizin siyasi tarixi ilə yanaĢı, ictimai-
iqtisadi vəziyyəti haqqında da qısaca bəhs etmiĢdir [158].
Ġ. P. PetruĢevski mənbələrə əsaslanaraq belə bir nəticəyə gəlmiĢdir ki,
XIII-XVII əsrlər Təbrizin iqtisadi cəhətdən çiçəklənmə dövrü olmuĢdur [159].
Lakin orta əsr müəlliflərinin verdikləri məlumatları müqayisəli və tənqidi
baxımdan araĢdırdıqda aydın olur ki, Təbrizdə iqtisadi inkiĢaf səviyyəsi XIII-
XVII əsrlərin bütün dövrlərində eyni dərəcədə olmamıĢdır. Tədqiq edilən
əsrlərdə Ģəhər iqtisadi cəhətdən gah tərəqqi, gah da tənəzzül dövrü keçirmiĢdir.
XIII-XIV
əsrlərdə Azərbaycanda aqrar məsələləri, ictimai
münasibətlər, bir sözlə, Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixinin tədqiqi
sahəsində akad. Ə. Ə. Əlizadənin irihəcmli, dərin məzmunlu monoqrafiyasının
[160] mühüm elmi əhəmiyyəti vardır. Ə. Ə. Əlizadə zəngin faktik materiallar
əsasında XIII-XIV əsrlərdə Azərbaycanda iqtisadi həyatın dövrləĢməsini
vermiĢdir ki, [161] bu da təqribən Təbrizin iqtisadi mərhələləri ilə uyğun gəlir.
Əlbəttə, bu da təsadüfi deyildir. Ona görə ki, XIII-XIV əsrlərdə Təbriz nəinki
təkcə Azərbaycan və Ġranın, hətta Elxanilər dövlətinin siyasi və iqtisadi
mərkəzinə çevrilmiĢdir. Akad. Ə. Ə. Əlizadə haqlı olaraq belə bir nəticəyə
gəlmiĢdir ki, Ulcaytu Sultan Məhəmmədin hakimiyyəti dövründə (1304-1316)
paytaxtın Təbrizdən Sultaniyyəyə köçürülməsinə baxmayaraq, Təbriz öz
keçmiĢ əhəmiyyətini itirməmiĢdir [162].
Azərbaycanın orta əsr ictimai-iqtisadi və siyasi tarixinin tədqiqi ilə
əlaqədar olaraq Y. A. Paxomov, Z. M. Bunyadov, M. X. ġərifli, R. Ə.
Hüseynov, C. B. Ġbrahimov, O. Ə. Əfəndiyev, R. Ə. Rəhmani, Ġ. P. Behzadi, V.
Z. Piriyev, ġ. F. Fərzəliyev öz əsərlərində Təbriz tarixinə bu və ya digər
dərəcədə toxunmuĢlar [163].
Monoqrafiyanın yazılması prosesində orta əsr Ģəhər tarixinin bir sıra
problemlərini tədqiq etmiĢ görkəmli Sovet alimləri V. A. Qordlevski, B. N.
Zaxoder, E. S. Zevagin, Y. A. Manandyan, V. A. Abramyan və ġ. A.
Mesxianın əsərlərindən istifadə edilmiĢdir [164].
29
Bilavasitə Azərbaycan Ģəhərlərinin tarixinə həsr edilmiĢ əsərlərdə yeri
gəldikcə Təbrizin ictimai-iqtisadi vəziyyətindən də bəhs olunmuĢdur. A. P.
Novoseltsev «XVII-XVIII əsrlərdə Azərbaycan və ġərqi Ermənistan Ģəhərləri»
adlı məqaləsində XVII əsrdə Təbrizin iqtisadi-ictimai məsələlərinə də
toxunmuĢdur [165].
XVII əsrdə Azərbaycanda sənətkarlıq və ticarət məsələlərinə dair
əsərin müəllifi M. X. Heydərov sənətkarlıq istehsalı, ticarət problemlərinə dair
bir sıra elmi nəticələr əldə etmiĢdir. O, digər Ģəhərlərlə yanaĢı, Təbriz Ģəhərinin
iqtisadi həyatında sənətkarlıq və ticarətin rolundan, bu Ģəhərin iqtisadi
inkiĢafından bəhs etmiĢdir [166].
Haqqında danıĢılan dövrdə Təbrizin ticarət məsələlərinin tədqiqinin
böyük elmi əhəmiyyətə malik olmasına baxmayaraq, Təbrizin ticarət tarixi və
onun ölkənin iqtisadi həyatındakı rolu lazımi səviyyədə və müstəqil Ģəkildə
tədqiq edilməmiĢdir. Lakin Sovet ĢərqĢünasları E. S. Zevagin [167], M. M.
Altman [168], O. N. Hüseynov [169], S. B. AĢurbəyli [170], F. M. Əliyev
[171], M. X. Heydərov [172], M. X. ġərifli [173] və H. Ə. Dəlili [174]
Azərbaycandan keçən karvan yolları, daxili və xarici ticarət, gömrük
məsələlərinə dair əsər və məqalələrində Təbriz ticarətinə də müəyyən dərəcədə
toxunmuĢlar..
F. M. Əliyev haqlı olaraq qeyd etmiĢdir ki, Azərbaycan müvəqqəti
olaraq Ġran dövlətinin əsarəti altına düĢdüyü bir zamanda belə Təbriz Ģəhəri
nəinki öz ticarət əhəmiyyətini itirməmiĢ, hətta Ġranın paytaxtı Ġsfahanı belə bu
sahədə xeyli geridə qoymuĢdur [175].
Rus-Ġran ticarət münasibətlərinin tədqiqi ilə məĢğul olmuĢ rus alimi A.
Y. ġpakovskinin [176], Sovet ĢərqĢünaslarından M. F. Fexnerin [177], N. Q.
Kukanovanın [178] əsərlərində Azərbaycanın bəzi Ģəhərlərində, o cümlədən
Təbrizdə ticarətin vəziyyətinə qısa Ģəkildə toxunulmuĢdur.
Tədqiq edilən dövrün əsas mənbələrindən birini məskukat materialları
təĢkil edir. Azərbaycanın bir sıra orta əsr Ģəhərlərində olduğu kimi, Təbrizdə də
müxtəlif vaxtdarda sikkə zərb olunmuĢdur. Həmin sikkələr vasitəsilə dövrün
iqtisadi məsələlərini araĢdırmaq iĢində Y. A. Paxomovun [179], M. Ə.
Seyfəddininin [180] və Ə. M. Rəcəblinin [181] əsərlərindən faydalanmıĢıq. Bu
əsərlərdə Təbriz zərbxanasında kəsilən sikkələr, onların əyarı və s. haqqında
maraqlı məlumat vardır.
Orta əsrlərdə Azərbaycanda sinfi mübarizə problemi üzrə-xüsusi
tədqiqat iĢi yazılmasa da, bu problemin öyrənilməsi sahəsində müəyyən
addım atılmıĢdır. Ġ. P. PetruĢevski 1571-73-cü illərdə Təbrizdə baĢ vermiĢ
üsyan haqqında maraqlı məqalə yazmıĢdır [182]. Lakin bu məqalədə Ġ. P.
PetruĢevski Təbriz üsyanının əsas ictimai kökünü və səbəbini dürüst izah
etməmiĢdir. A. P. Novoseltsev «XVII-XVIII əsrlərdə Azərbaycanda və ġərqi
Ermənistanda sinfi mübarizə tarixindən» adlı məqaləsində [183] sinfi
Dostları ilə paylaş: |