Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

67 
 
Bu  hasar  Çərəndab,  Surxab,  Vilyanguh  məhəllələrini  və  Ģəhər  ətrafında  olan 
bütün bağ və bostan sahələrini əhatə etməli idi. Çəkilən hasarın eninin 10 kəz, 
uzunluğunun  54  min  xitvə  (addım)  və  ya  4,5  fərsəng  olması  nəzərdə 
tutulmuĢdu  [174].  RəĢidəddin  yazır:  «Ġki  ildir  oraya  hasar  çəkilməsiiə 
baĢlanmıĢdır.  Ġndi  onun  yalnız  bünövrəsi  qoyulmuĢdur»  [175].  Həmdullah 
Qəzvininin  verdiyi  məlumata  görə,  Qazan  xanın  ölümü  ilə  hasarın  çəkiliĢi 
yarımçıq qaldı [176]. 
XIV  əsrin  ortalarında  ardıcıl  feodal  müharibələri  nəticəsində  hasar 
dağılır.  Lakin  h.  808  (1405-1406)-ci  ildə  MiranĢahın  oğlu  Əbubəkr  Mirzənin 
əmrilə  Təbriz  hasarı  yenidən  bərpa  etdirilir  [177].  Lakin  sonralar  baxımsızlıq 
üzündən yenə də sıradan çıxır. Kontarini (1474-1478) Təbrizdə olarkən Ģəhərin 
palçıqdan-möhrədən  hörülmüĢ  divarı  olduğunu  bildirir  [178].  XVI  əsrin 
əvvəllərində artıq Təbrizdə hasar yox idi [179]. 
Təbrizdə  istehkam  qalası  hələ  IX  əsrdə  mövcud  olmuĢdur  [180]. 
Səlcuq hökmdarı Toğrul bir müddət Təbriz qalasında yaĢamıĢdır [181]. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  qaladan  feodallar  zindan  kimi  də 
istifadə edirdilər. Məsələn, h. 664 (1265-66)-cü ildə Məlik ġəmsəddinin Təbriz 
qalasında həbsə alınması tarixən məlumdur [182]. 
XIII  əsrin  sonunda  Keyxatu  dövründə  Eldar,  Qınıxbal,  Tuladay, 
Tukal,  Elçiday  Təbriz  qalasında  həbsə  alınmıĢdılar  [183].  Bu  qala  Təbrizin 
kənarında  Vilyanguhda  yerləĢirdi.  Yerli  əhali  ona  Əxi  sədəddin  qalası  da 
deyirdi.  Qaraqoyunlu  hökmdarı  Ġskəndər  h.  841-si  il  Ģəvval  ayının  25-də  (23 
aprel,  1438)  orlu  Qubad  torofindən  Əxi  sədəddin  qalasında  həbsə  salınmıĢdı 
[184]. 
Digər  feodal  Ģəhərlərində  olduğu  kimi,  Təbrizdə  də  iqtisadi  və  hərbi 
əhəmiyyətə  malik  bir  neçə  darvaza  tikilmiĢdi.  Feodallar  Ģəhəri  xarici  düĢmən 
hücumundan  müdafiə  etmək  üçün  qala  və  hasarla  birlikdə  Ģəhər  ətrafında 
darvazalar  da  qoyurdular.  ġəhərin  müdafiə  edilməsi  üçün  bu  darvazaların 
böyük  strateji  əhəmiyyəti  var  idi.  Digər  tərəfdən,  feodal  əyanları  bundan 
iqtisadi  cəhətdən  xeyli  gəlir  götürürdülər.  Darvazalar  Ģəhəri  xarici  aləmlə 
birləĢdirir,  mərkəzi  müxtəlif  yollarla  əlaqələndirirdi.  Məsələn,  Qazan  xan 
dövründə  əsas  iki  böyük  darvaza  var  idi.  Onlardan  biri  Kiçik  Asiyaya  gedən 
səmtdə idi ki, buna  «Darvaze-yi Rum», Ġsfahana  gedən yol səmtində  yerləĢən 
darvazaya «Darvaze-yi Ġraq» deyilirdi [185]. Ġraq darvazası Surxab məhəlləsinə 
yaxın Ģəhərin çıxacağında idi. 
Xaricdən  gələn  ticarət  karvanı  yalnız  həmin  darvazalar  vasitəsilə 
Ģəhərə  daxil  olub  və  ya  çıxa  bilərdi.  Hətta  ticarət  malı  Ģəhərdə  satılmayıb, 
yalnız  Ģəhərdən  keçdikdə  ondan  da  rahdarı  vergisi  alınırdı.  ġəhərdə  satılmaq 
üçün  gətirilən  mallardan  darvazada  tamğa  vergisi  alınırdı.  Buna  görə  də 
darvazaların  feodal  dövləti  üçün  xüsusi  iqtisadi  əhəmiyyəti  var  idi.  Bu 
darvazalar həm də gəlir mənbəyi sayılırdı. Darvazalar və hasar bir növ Ģəhərə 


68 
 
gömrük  vermədən  qaçaq  mal  daxil  etməyi  və  ya  oradan  çıxarmağı  da  xeyli 
məhdudlaĢdırırdı.  Hər  bir  darvazanın  yanında  çaharbazar,  hamam  və 
karvansara tikilmiĢdi. Malları yoxlanılıb tamğa vergisi alındıqdan sonra ticarət 
karvanlarına Ģəhərə daxil olmaq icazəsi verilirdi [186]. 
Qazan  xan  əvvəlki  dövrə  nisbətən  darvazaların  sayını  azaltdırmıĢdı. 
Qazan  xanın  fərmanı  əsasında  Təbriz  ətrafına  hasar  çəkilənədək  Ģəhərin  on 
darvazası  (Rey,  Qala,  Səncaran,  Tağ,  Dərbi-cu  [187],  Sərd,  DəstiĢah, 
Narmiyan, Novbər, Mukilo) [188] var idi. 
Qazan  xanın  əmrilə  altıkünclü  hasarda  altı  darvaza  (Ucan,  Əhər, 
ġirvan,  Sərdrud,  ġam,  Səravrud)  qoyulmuĢdu  [189].  ġəhəri  xarici  aləmlə 
birləĢdirən bu darvazalar əsasən giriĢ-çıxıĢ yolları idi. Bu məsələ darvazaların 
adından da aydın olur. Məsələn, ġirvana gedən yol üzərində qoyulmuĢ darvaza 
ġirvan,  Suriyaya  gedən  ġam,  Ucan  vasitəsilə  Sultaniyyəyə  gedən  yol  Ucan, 
Əhər - Bərzənd - Bacrəvan yolu üzərində Əhər və s. adlanırdı. 
XIII  əsrə  nisbətən  Ģəhərin  sahəsi  Həmdullah  Qəzviniyə  görə  25  min 
addım, yəni dörd dəfə, Vəssafa görə 54 min addım, yəni doqquz dəfə artmıĢdı 
[190]. ġəhərdə əhalinin sıxlığı düĢməndən müdafiə üçün əlveriĢli idisə, vəba və 
digər  yoluxucu  xəstəliklərin  yayılmasına  səbəb  olurdu,  Məhz  buna  görə  də 
hasar  Ģəhərin  ətraf  bağları  hesabına  geniĢləndirilir.  Bundan  əlavə,  Təbrizin 
Ģimal-Ģərqində, Qazan  xanın  çəkdirdiyi  hasarın daxilində  RəĢidəddin  Ģəhərcik 
saldırmıĢdı. Bu özü də iki hissədən ibarət olub, «Rəb-i RəĢidi» və «ġəhristane-
RəĢidi» adlanırdı.  Ġdarə, müəssisə  və  emalatxanalar Rəb-i  RəĢididə  yerləĢirdi. 
Subay  və  ailəsiz  Ģəxslər  burada,  ailəlilər  isə  «ġəhristani-RəĢidi»  də 
yaĢayırdılar.  ġəhristani-RəĢididə  bir  çox  məhəllələr  var  idi.  Onlardan  biri  də 
Salehiyyə məhəlləsi adlanırdı. Rəb-i RəĢididə 30 min ev, 24 karvansara, 1500 
dükan, bir neçə emalatxana binası var idi. Bundan əlavə,  «Ģəhərciyin» hər  iki 
hissəsində üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərrabxana, 7 min 
tələbəsi, 450 müəllimi olan ali məktəb tipli tədris müəssisəsi var idi [191]. 
Qazan  xan  da  Təbrizin  qədim  sahəsindən  böyük  olan  bir  ərazidə, 
Ģəhərin qərbində, Acıçay sahilində [192] ġam və ya ġənb adlanan yerdə Ģəhər 
saldırıb  adını  «Qazaniyyə»  qoydu.  Avropa  səmtindən  ticarət  karvanı  Ģəhərə 
yalnız  Qazaniyyə  vasitəsilə  daxil  ola  bilərdi.  Burada  tacirdən  tamğa  vergisi 
alınırdı [193]. Qazaniyyədə çoxlu bazar, karvansara və s. var idi. 
Təbrizin  ortasında  Xacə  ġəmsəddin  Məhəmməd  Cüveyni  (sahibi 
divan) böyük bir meydan saldırmıĢdı. Bu yer «Sahib-abad meydanı» adlanırdı 
[194].  Təbriz  Ģəhərinin  əhalisi  və  ətraf  mahallardan  gələn  kəndlilər  həmin 
meydanda  çadır  quraraq  öz  mallarını  satırdılar.  Sonra  orada  dükanlar  da  inĢa 
olunurdu.  Eyni  vaxtda  30  min  tamaĢaçı  tutan  bu  meydanda  Ağqoyunlu 
hökmdarı Uzun Həsənin qarĢısında  canavar oyunu  nümayiĢ etdirilirdi.  Həmin 
meydanda güləĢ yarıĢları, idmanın digər növləri də göstərilirdi [195]. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə