Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

71 
 
Gazəran.  XIV  əsrin əvvəllərində  «Gazərgah»  kimi qeyd olunmuĢ bu 
məhəllə  Təbrizin  cənub-qərbində  yerləĢir.  Nadir  Mirzə  yazır  ki,  oradan  axan 
kəhriz  suyundan  dəri  və  paltar  yuyulduğu  üçün  «Gazəran»  adlanmıĢdır. 
Gazəran suyu məĢhur idi [219]. 
Xiyaban.  Təbrizin  ən  qədim  və  məĢhur  məhəllələrindəndir.  Təbrizin 
Ģərqindədir. Qurd meydanı və Göy məscid bu məhəllədə yerləĢir [220]. 
Rey. Darvaza adı. Eyni adda məhəllə də olmuĢdur [221]. 
Çahar  minar.  Vaxtilə  böyük  məhəllə  olmuĢdur.  ġəhərin  mərkəzində 
yerləĢən  bu  məhəllədə  Cəlairi  ġeyx  Üveys  mədrəsə  təsis  etdirmiĢdi.  Hacı 
Məhəmməd Bəndgirin. xəttilə divarında  kitabə  yazılmıĢ  «Qaziyyə»  mədrəsəsi 
də həmin məhəllədə idi [222]. 
Şam.  XII-XIII  əsrlərdə  Təbrizin  məĢhur  məhəllələrindən  olmuĢdur. 
Eyni  adda  darvaza  da  var  idi.  Qazan  xan  orada  Ģəhərcik  saldırdıqdan  sonra 
«ġam qazan» və ya «ġənb qazan» adı almıĢdır [223]. 
Hökmabad.  Təbrizin  Ģərqində  yerləĢir.  Bu  ada  biz  ilk  dəfə 
Müzəffəriyyə  məscidi  vəqfnaməsində  rast  gəlirik.  Yerli  əhali  indi  də  buraya 
«Hökmavar» deyir [224]. 
Şəkərfüruşan.  Zinəddin Mahmud Vasifi Təbrizdə  həmin adda (Ģəkər 
satanlar)  məhəllə  olduğunu  qeyd  etmiĢdir.  Lakin  sonra  baĢqa  mənbələrdə  bu 
adda məhəlləyə rast gəlmirik [225], 
Bilyankuh.  «Tarix-i  Vəssaf»  adlı  əsərdə  biz  Təbrizdə  belə  bir  adda 
məhəlləyə  təsadüf  edirik.  Lakin  sonra  belə  bir  məhəllənin  olduğuna  təsadüf 
etməmiĢik [226]. 
Əlbəttə,  yuxarıda  sadaladığımız  məhəllələr  haqqında  Məhəmməd 
Cavad  MəĢkur  «Tarix-i  Təbriz»  adlı  əsərində  ətraflı  və  geniĢ  məlumat 
vermiĢdir  [227].  Lakin  o  bu  məhəllələr  haqqında  ilk  dəfə  hansı  orta  əsr 
məxəzində  rast  gəldiyini  və  bu  məhəllələrin  əhalinin  ictimai  vəziyyətinə  görə 
yerləĢdirilməsi  barədə  heç  bir  fikir  söyləməmiĢdir.  «Tarix-i  Təbriz»  əsərinin 
müəllifi əsasən Nadir Mirzənin (1827-1885) verdiyi məlumatı götürmüĢdür. Bu 
da məlum olduğu kimi XIX əsrin sonuna aiddir. 
Təbrizin ətrafında ona tabe olan yeddi mahal var idi. 
1.  Mehranrud.  Təbrizin  Ģərqində  yerləĢən  bu  mahal  Təbrizdən  axan 
Mehranrud  [228]  çayının  adı  ilə  əlaqədardır.  ġəhər  darvazasından  oraya  beĢ 
fərsəng  məsafə  var  idi.  Ġsfənc,  Sədabad  onun  böyük  qəsəbələri  idi.  Orada  bir 
sıra  kəndlər,  o  cümlədən  Çanqur,  Qasımabad,  Yuxarı  Gəvanlıq,  Mərnab, 
BakĢin,  Nəhənd,  Üsbənc,  Qərəçəlu,  Növcədih,  Quvalan,  Anbardan,  Kəlixan, 
Zırnıq, Fəhvəsfənc (indiki Basmınc), Ġstiliq, Keçəlabad, Kərmavcan, Barus var 
idi [229]. 
2. Sərdrud.  Bu  mahal  «Səhra»da  adlanırdı.  ġəhərin  cənub-qərbində, 
bir  fərsəng  (7  kilometr)  məsafədə  yerləĢirdi.  Sərdrud  mahalının  bəzi  kəndləri 
Ģəhər  bağlarına  lap  yaxın  idi.  Ən  böyük  kəndlərdən  Culadərəq,  Əlğanbədər, 


72 
 
Kecabad, Lakdərəc və s. göstərmək olar. RəĢidəddinin «Vəqfnamə»sində səhra 
mahalında Ġsfəhlan, Barani, Namcan, Kuvarcan kəndlərinin adı qeyd edilmiĢdir 
[230]. 
3. Bavilrud. ġəhərin cənub və qərb səmtini əhatə edir. Təbrizdən dörd 
fərsəng məsafədə (25-28 kilometr) yerləĢən böyük vilayət olmuĢdur. Vilayətin 
25 irili-xırdalı, o cümlədən Bavilrud, XosrovĢah, Milan, Üsku [231], Fisqəndib 
kimi qəsəbə tipli kəndləri var idi [232]. 
4. Ərvənəq.  Təbrizin  qərbində,  üç  fərsəng  (21  kilometr)  məsafədə 
yerləĢir. Orada  30 kənd var idi.  Onların əksəriyyəti o qədər böyük  idi  ki,  hər 
biri  qəsəbəyə  (Sis,  ġəbistər,  Ayqan  [233],  Kuzekonan,  Sofiyan)  oxĢayırdı. 
Maraqlıdır  ki,  Həmdullah  Qəzvini  qəsəbə  adlandırdığı  həmin  yerləri 
RəĢidəddin  «qəryə»  kimi  qeyd  etmiĢdir.  Bundan  da  belə  bir  nəticəyə  gəlmək 
olar  ki,  bəhs  etdiyimiz  dövrdə  «qəryə»  müasir  qəsəbəni,  «deh»  isə  kəndi 
xatırladır. Qəryə kənddən xeyli böyük idi. Həmin mahalda RəĢidəddin bir sıra 
qəryələrin,  o  cümlədən  ġalcan,  Nəbəst,  Kafir,  Məlik,  ġindabad,  KuĢək, 
Radiyan  adını  çəkmiĢdir.  Bu  mahalda  Gedənciq  kəndinin  adını  da  qeyd 
etmiĢdir [234]. 
5. Rudqat.  Surxab  dağının  arxasında,  Ģimal  tərəfində,  Təbrizdən  1-4 
fərsəng  məsafədə  yerləĢir.  40-a  qədər  kəndi  var  idi.  Ən  böyük  kəndləri 
Hərzənəq, Rudhend, Sard, Əlincəq, Ufrid sayılırdı [235]. 
RəĢidəddinin  «Vəqfnamə»sində  həmin  mahalda  mövcud  olan  xeyli 
qəryənin,  o  cümlədən  Nəhənd,  Karvanə,  ĠĢidərə  (Ġçdərə),  Vəsəncəq, 
Həftəvəran,  Qızılca,  Lənəq,  Ġstiyard,  Cındıq,  ƏfĢord,  Kuləq,  Sefidexuninin 
(Ağqanlı mənasında - S. O.) adı çəkilir [236]. 
6. Xanımrud.  Həmdullah  Qəzvini  həmin  mahal  haqqında  heç  bir 
məlumat verməmiĢdir. Lakin  «Vəqfnameye  Rəb-i RəĢidi»də  bu  mahalda  olan 
xeyli  qəryə  və  kəndin  adı  çəkilir.  Onlardan  Bərarin,  Eris,  Qızılca,  Barus, 
ġotorxan,  Kurvan,  Nehram,  Bəzarin,  Yuxarı  Beyram  (Beyrame-ulya) 
qəryələrini və ġümĢad kəndini göstərmək olar [237]. 
7.  Bədvəstan.  ġəhərin  Ģimalında  yerləĢən  bu  mahaldan  1340-cı  ildə 
100 min dinar divan haqqı  götürülürdü. Mahalın 30 kəndi var idi.  Madərqav, 
OriĢan ən böyük kəndlər hesab olunurdu [238]. 
8. Ucan.  Həmdullah  Qəzvini  yazır  ki,  «qədim  dəftərlərdə  onu 
Mehranrud  nahiyəsinə  tabe  kimi  göstərmiĢlər.  Lakin  bu  düz  deyildir». 
Təbrizdən 8 fərsəng (54 kilometr) məsafədə yerləĢən Ucan 1299-cu ildə Qazan 
xanın  əmrilə  bərpa  olunur.  Orada  çoxlu  bina,  bazar,  karvansara  və  hamam 
tikilmiĢdi.  Qazan  xanın  Ucana  çəkdirdiyi  hasarın  uzunluğu  üç  min  addım  idi 
[239]. 
9.  Təsus. Təbrizin Ģimal-qərbində, iki mənzillik məsafədə yerləĢən bu 
qəsəbədə  çoxlu  bağ-bostan  salınmıĢdı.  RəĢidəddin  yazır  ki,  Təsuc  qəryəsi 
Təbrizə tabedir. Orada çoxlu hamam və dəyirman vardır [240]. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə