Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə42/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   38   39   40   41   42   43   44   45   ...   116

87 
 
Bu  dövrdə  Təbrizi  istila  etmək  uğrunda  feodal  qrupları  arasında  Ģiddətli 
vuruĢmalar gedirdi. Bu döyüĢlərin ağırlığı xalq kütləsi üzərinə düĢürdü. 
1386-cı  il  yanvarın  4-də  ToxtamıĢın  90  min  nəfərlik  qoĢununun 
Təbrizə hücumuna qarĢı geniĢ xalq kütləsinin mübarizəsi silahlı üsyan xarakteri 
almıĢdı.  ToxtamıĢın  qoĢunu  ilə  yerli  əhalinin  vuruĢması  yeddi  gün  çəkdi. 
ToxtamıĢın müsəlləh qoĢunu Təbrizə daxil olub, Ģəhəri qarət etdi [336]. 
1386-cı  ildə  Teymur  Təbrizi  iĢğal  edir.  O,  Ģəhəri  talan  edərək  xeyli 
mahir  sənətkarı  Səmərqəndə  köçürür.  Azərbaycanın  hər  yerində  Teymurilərə 
qarĢı kəskin mübarizə gedir. 
XIV əsrin sonu XV əsrin əvvəllərində Azərbaycanda yeni bir təriqət - 
hürufilik təriqəti yaranmıĢdı. Bu təriqət ideya istiqaməti etibarilə Yaxın ġərqdə 
olan təriqətlərin hamısından fərqlənirdi [337]. 
Fəzlullah Nəiminin baĢçılığı ilə ilk dəfə Təbrizdə yaranmıĢ və sonralar 
digər  ölkələrə  təsir  etmiĢ  bu  təriqət  feodal  dünyasına,  rəsmi  islam  dininə, 
müxtəlif  təriqətlərə  qarĢı  mübarizə  aparan  bir  təĢkilat  və  ideologiya  kimi 
meydana  çıxdı.  Fəzlullah Nəimi özü sənətkar ailəsinə  mənsub olmaqla  həmin 
təriqətin  baĢçısı  və  rəhbəri  idi  [338].  O,  ölkənin  müxtəlif  yerlərində  hürufi 
təĢkilatını  yarada  bilmiĢ  və  öz  ətrafına  Nəsimi,  Əbülhəsən,  Əli-ül-üla  kimi 
tərəfdarlar toplaya bilmiĢdi. 
Hürufilik  ideyası  ilk  dəfə  1374-cü  ildə  Təbrizdə  yayılmağa  baĢladı. 
Təbrizdə həmin təlimin tərəfdarları antifeodal hərəkatı geniĢləndirmək və geniĢ 
xalq  kütləsini  bu  mübarizəyə  cəlb  etməyə  çalıĢırdılar.  Fəzlullah  Nəimi 
«Cavidannamə»,  bir  az  sonra  «Fürsətnamə»  əsərlərini  yazmıĢdı.  1394-cü  il 
sentyabrın  2-də  MiranĢahın  fərmanı  ilə  öldürülmüĢdü  [339].  Onun 
«Fürsətnamə»  adlı  əsərindən  məlum  olur  ki,  hürufizm  ilk  dəfə  Təbrizdə 
yayılmağa  baĢlamıĢdır.  Əsərdə  deyilir:  «Övliyadan  (burada  yüksək  din 
xadimləri  nəzərdə  tutulur  -  S.  O.)  Təbrizdə  kim  yol  istəyirdi,  FəzlĢahdan 
soruĢurdu... Təbrizin mənasını yaxĢı bil ki, gizli sirləri aĢkar edə biləsən. Zati 
həqq Təbrizdə zühur eylədi. 32 iĢıqdan [340] pərdəsiz oldu. Fəzl Təbrizi baĢqa 
cür  məna  etdi  -  «Fəzldə  öz  müasirlərindən  keçmək».  Əli-ül-üla  «Kürsinamə» 
əsərində  də  hürufiliyin  ilk  dəfə  Təbrizdə  yayıldığını  bildirir.  Orada  deyilir: 
Təbrizdə öz zatını bəyan etdi) [341]. «Kürsinamə»nin haĢiyəsində qeyd olunur 
ki, h. 775-ci il Ģaban ayında (fevral 1374) Fəzlullah Nəimi öz təlimini Təbrizin 
Vəlidulə  məhəlləsində  yaymağa  baĢlamıĢdır.  Hürufiliyin  ictimai-siyasi 
məramnaməsində  mövcud  quruluĢa  zidd  demokratik  cəhətlər  müĢahidə 
olunurdu. Hürufilik sərbedarlar təliminə çox yaxın bir cərəyan idi. 
XIV  əsrin  ikinci  yarısında  Təbrizdə  ardıcıl  surətdə  baĢ  verən  feodal 
müharibələri,  ToxtamıĢ,  sonra  isə  Teymurun  Təbrizi  istila  etməsi,  bu 
müharibənin  ağırlığının  geniĢ  xalq  kütləsi  üzərinə  düĢməsi,  vergi  və 
mükəlləfiyyətlərin  miqdarının  artması  yerli  hakim  feodal  sinfinə  və  xarici 
istilaçılara qarĢı Təbriz əhalisinin nifrətini artırırdı. Sinfi mübarizə daha kəskin 


88 
 
xarakter  alırdı.  Həmin  mübarizəni  daha  mütəĢəkkil  keçirmək  və  geniĢ  xalq 
kütləsini  öz  tərəfinə  çəkmək  üçün  yeni  bir  ideologiya  lazım  idi.  Belə  bir 
Ģəraitdə  geniĢ  xalq  kütləsini  antifeodal  mübarizəyə  cəlb  etmək  üçün  Əbu 
Məhəmməd Təbrizinin oğlu Fəzlullah Nəimi Təbrizdə yeni bir təlim yaymağa 
baĢladı. 
Feodalizmə qarĢı çıxan qüvvələri birləĢdirən hürufilik, Ģübhəsiz, sinfi 
mübarizədə,  eləcə  də  yadelli  iĢğalçılara  qarĢı  azadlıq  hərəkatında  mühüm  rol 
oynadı. 
Ġstər  MiranĢahın  hakimiyyəti,  istərsə  ondan  sonrakı  dövrdə  Təbrizdə 
sinfi  mübarizə  daha  da  kəskinləĢmiĢdi.  Bu  da  Teymurilərin  zülmü,  vergi  və 
mükəlləfiyyətlərin ağırlığı ilə əlaqədar idi. H. 801 (1398-99)-ci ildə MiranĢahın 
Bağdada  yürüĢündən  istifadə  edən  Təbriz  yoxsulları  kütləvi  surətdə  üsyan 
etmiĢlər. Üsyanın hərəkətverici qüvvələri və üsyançıların tələbi barədə dövrün 
mənbələrində  ətraflı  məlumat  olmasa  da,  hərəkatın  gediĢindən  aydın  olur  ki, 
Təbrizdəki üsyan əsasən Teymurilərin zülmünə, iri feodallara qarĢı çevrilmiĢdi. 
Bağdadda  olan  MiranĢaha  üsyan  haqqında  xəbər  çatdırılırdı.  MiranĢahın  əsas 
məqsədi  Bağdadda  Sultan  Əhmədi  məğlub  etmək  olduğu  üçün  əvvəlcə  bu 
məsələyə  etina  etmədi.  Elçilər  Bağdada  gedərək  üsyanın  geniĢlənməsi  barədə 
MiranĢaha məlumat verdilər. Bu xəbəri eĢidən MiranĢah dərhal Təbrizə qayıtdı. 
O,  Təbrizə  çatsaq  üsyanı  yatırıb,  üsyançıların  çoxunu  öldürtdü.  Nizaməddin 
ġami bu  hadisədən bəhs edərək  yazır ki,  «bu iĢə  görə  bir çox günahsız  adam 
öldürüldü.  MiranĢah  qan  tökməyə  həvəs  göstərdiyi  üçün  elə  bir  qeyri-adi 
hərəkət  etdi  ki,  dost  və  düĢmən  hamısı  ondan  uzaqlaĢdı»  [342]. Teymurilərin 
zülmünə  qarĢı  çevrilmiĢ  bu  üsyan  Fəzlullah  Nəimi  Təbrizdə  öldürüldükdən 
təqribən dörd il sonra baĢ vermiĢdi. ġübhəsiz, həmin üsyana hürufiliyin böyük 
təsiri olmuĢdu. 
Məlum  olduğu  kimi,  MiranĢah  Teymurun  əmrilə  Təbrizdən  geri 
çağırılır və yerinə Ömər Mirzə hakim təyin edilir. 1405-ci ildə Ömər Mirzənin 
əmrilə  onun  naibi  Bəyan  Qoçin  və  ġeyx  XosrovĢahi  Təbrizə  gedib,  iki  gün 
ərzində  əhalidən  200  tümən  nəğd  pul  toplanılmasını  tələb  edirlər.  Təbrizin 
yoxsul  əhalisi  onun  bu  tələbinə  etiraz  əlaməti  olaraq  yenə  Ģəhəri  tərk  etmək 
məcburiyyəti  qarĢısında  qalır  [343].  Həmin  ildə  yenidən  Xacə  Pir  Əli  Təbriz 
əhalisindən  100  min  dinar  tələb  etdikdə  əhali  üsyan  edərək  Xacə  Pir  Əlini 
öldürür  və  Ģəhəri  özü  idarə  etməyə  baĢlayır.  Üsyançılar  Ģəhərin  mədaxil  və 
məxaricini  əllərinə  alırlar  [344].  Onlar  Ģəhər  darvazalarını  bağlayıb  Ömər 
Mirzənin [345] adamlarını Ģəhərə buraxmırlar. Xacə Qiyasəddin və  Əbdülhəy 
Qəzvini  Təbrizin  müdafiəsinə  baĢçılıq  edirlər.  Vəziyyətdən  istifadə  edən 
MiranĢahın  böyük  oğlu  Əbubəkr  Mirzə  1405-ci  ilin  dekabr  ayında  Təbrizə 
daxil olur. Onun qoĢunu qıĢ fəslində təbrizlilərin evinə soxularaq əhalini qarət 
edir  [346].  Əbubəkr  Mirzə  uzun  müddət  Təbrizdə  qala  bilməyib,  Ģəhəri  tərk 
etməyə  məcbur  olur.  O,  Əmir  Bəyanı  Təbrizə  göndərirsə  də  üsyançılar  onun 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə