Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə50/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   46   47   48   49   50   51   52   53   ...   116

104 
 
Sultan  Yaqubun  qoĢun  sərkərdəsi  Əmir  Xəlil  Sofi  BəktaĢ  Tiflis  qalasını 
mühasirə edərkən oradaca top tökdürmüĢdür. Həmin əsərdə «tup saxtən», «tup 
atəĢ əndaxt»   («top atəĢ açdı»)    sözləri vardır [108]. 
Kamane-rəd,  köĢkəncir,  zərbzən  istilahları  topu  əvəz  etmiĢdir. 
Həsənbəy  Rumlu,  XVI  əsrdə  top  istilahını  zərbzən  termininə  sinonim  kimi 
iĢlətmiĢdir [109]. Ağqoyunlu hökmdarı Uzun Həsən Qaraqoyunlu Həsənəli ilə 
döyüĢdə  qoĢunlarına  əmr  etmiĢdi  ki,  flaxondan  atmaq  üçün  daĢ  yığsınlar. 
Flaxondan daĢı daha  uzağa  tullamaq  mümkün idi [110]. Deməli,  Avropa  tipli 
top olmasa da, mis və bürüncdən hazırlanmıĢ və gülləsi daĢdan olan, topu əvəz 
edən  odlu  silahlar  mövcud  olmuĢdur.  Lakin  bununla  yanaĢı,  Katerino  Zeno 
Təbrizə  çatdıqdan  bir  az  sonra  Uzun  Həsən  Osmanlı  ordusu  ilə  vuruĢmağa 
hazırlaĢarkən  Hacı  Məhəmməd  adlı  bir  nəfəri  Təbrizdən  Venetsiyaya  elçi 
sifətilə göndərib Venetsiya hökumətindən top  və digər silahlar göndərilməsini 
tələb etmiĢdi [111]. 1474-cü  ildə  Barbaro Venetsiyadan 6 top, 6 topçu, çoxlu 
piltəli və hərbi tüfəng, 100 tüfəngçi, xeyli miqdarda güllə və barıt, habelə digər 
silahlar  gətirir.  Lakin  silahlar  vaxtında  Uzun  Həsənə  çatdırılmır  və 
Osmanlıların  əlinə  keçir  Nəticədə  Toqat,  Sivas  və  Malatiyyə  Ağqoyunlu 
dövlətinin  əlindən  çıxır.  Uzun  Həsən  Osmanlı  ordusu  ilə  vuruĢmada  məğlub 
olub, Təbrizə qayıdır [112]. 
«Əhsən-ət-təvarix»dən məlum olur ki, h. 883-cü il rəbiül-əvvəl ayının 
14-də  (16.IV.1478)  Xoyda  Sultan  Yaqubun  qoĢunu  ilə  Sultan  Xəlil  arasında 
vuruĢmada Sultan Xəlilin qoĢunları top və tüfəngdən istifadə etmiĢdilər [113]. 
Ağqoyunlu  hökmdarı  Sultan  Yaqubun  göstəriĢi  ilə  Mardində 
bürüncdən  qayrılmıĢ  dördağızlı  qumbaraatan  düzəldilmiĢdi  [114].  Hətta 
venetsiyalı  anonim  tacir  oraya  gedərək  qumbaradan  necə  atəĢ  açılmasilə 
maraqlanmıĢdır [115]. 
Azərbaycan  tarixĢünaslığında  1514-cü  ildə  ġah  Ġsmayıl  ordusunun 
Osmanlı  ordusu  ilə  Çaldıran  vuruĢmasında  məğlubiyyətinin  əsas  səbəbi 
QızılbaĢ  ordusunda  top  və  tüfəngin  olmaması  ilə  izah  edilir  [116].  Ġran  alimi 
Əbülqasim  Tahiri  də  Çaldıran  vuruĢmasında  QızılbaĢ  ordusunun 
məğlubiyyətinin  əsas  səbəbini  Osmanlı  qoĢunlarının  odlu  silahla  təchiz 
olunmasında  görürdü [117]. Nəhayət,  M. X. Heydərov ilk dəfə  ġah Ġsmayılın 
Çaldıran döyüĢündə  məğlubiyyətinin səbəbinin odlu silahın olmaması ilə izah 
edilməsi  fikrinin  əleyhinə  çıxmıĢ  və  qeyd  etmiĢdir  ki,  top  və  tüfəng  hələ  XV 
əsrin  ikinci  yarısında  Ağqoyunlu  və  Səfəvi  Ģeyxləri  qoĢununda  istifadə 
olunmuĢdur. [118]. M. X. Heydərov I ġah Ġsmayıl dövründə top və tüfəngdən 
istifadə  edilməsi  barədə  konkret  fakt  göstərməmiĢdir.  Lakin  dövrün 
mənbələrini  diqqətlə  nəzərdən  keçirdikdə  hələ  Çaldıran  vuruĢmasına  qədər  I 
ġah Ġsmayılın ordusunda  top, tüfəng və  mancanaqdan istifadə  edildiyi  məlum 
olur. 


105 
 
I  ġah  Ġsmayılın  hakimiyyətinin  ilk  illərində  onun  ordusunda  topxana 
var  idi.  Həmin  topxanaya  trabzonlu  Ağamusa  bəy  baĢçılıq  edirdi  [119]. 
Cünabadi 1517-ci il hadisələrindən danıĢarkən QızılbaĢ ordusunda top istehsal 
edən Mahmudbəy topçunun adını çəkir [120]. Hələ Çaldıran döyüĢündən əvvəl 
Ustaclu  Məhəmməd  (Çayan  Sultan)  Hesnkifdə  Kürd  Sultan  Xəlil  qoĢununa 
qarĢı vuruĢmada QızılbaĢ ordusu iki ədəd qumbaraatandan [121], mancanaqdan 
və  tüfəngdən  istifadə  edir  [122].  Bundan  əlavə,  anonim  tacir  QızılbaĢ 
ordusunun silahlarından danıĢarkən    mancanağın da adını qeyd etmiĢdir[123]. 
1501-ci  ilin  yazında  I  ġah  Ġsmayıl  qoĢunu  Bakı  qalasını  mühasirə 
edərkən  Ģahın  əmrilə  top  və  tüfəngdən  istifadə  edilmiĢdir.  Bakı  qalası 
divarlarına  toplardan  daĢ  tullanmıĢdı.  Ehtimal  ki,  həmin  odlu  silah  Təbrizdə 
hazırlanmıĢdı.  Qeyd  edilməlidir  ki,  ġah  Ġsmayıl  hələ  ġamaxı,  ġabran  və 
Mahmudabadda vuruĢarkən onun odlu silahı yox idi. Bakıya hücum ərəfəsində 
Mahmudabadda   ikən  Əmir  Musa  Xəlifəni Təbrizə  silah  gətirməyə  göndərir. 
Əmir  Musa  bu  vəzifəni  yerinə  yetirdikdən  sonra  Ġsmayıl  Bakıya  hücum  edir 
[124]. 1504-cü ildə I ġah Ġsmayıl ordusu Usta qalasına hücum edərkən Hüseyn 
Kiyanın qoĢunları və qızılbaĢlar top və tüfəngdən istifadə etmiĢlər [125]. 1506-
cı ildə QızılbaĢ qoĢunu Bayram bəyin sərkərdəliyi ilə Vanda Kürd sarıma qarĢı 
vuruĢarkən iki topdan istifadə etmiĢdir [126]. 
1509-cu ildə QızılbaĢ ordusu Dərbənd qalasını mühasirə edərkən qala 
əhalisi tüfəngdən istifadə etmiĢ və toplardan atəĢ açmıĢdır [127]. 1513-cü ildə 
Süleyman  ibn  Heydər  I  ġah  Ġsmayılın  Xorasanda  olmasından  istifadə  edərək 
Təbrizə hücuma keçmiĢdi. Təbrizlilər Ģəhəri Süleymanın qoĢunundan müdafiə 
etmiĢdilər [128]. 
Faktlar  sübut  edir  ki,  Çaldıran  döyüĢünə  qədər  QızılbaĢ  qoĢununda 
top,  tüfəng  və  mancanaq  olmuĢdur.  Çox  ehtimal  ki,  bu  silahların  bəzisi 
Azərbaycanda,  o  cümlədən  sənətkarlıq  mərkəzi  sayılan  Təbrizdə  istehsal 
olunurdu. Lakin qızılbaĢların Çaldıran    vuruĢmasında səhra topu, çarxlı topu 
yox  idi.  Onu bir  yerdən digər  yerə  aparmaq  texnikası hələ  çox zəif idi.  XVII 
əsrin      ortalarında  belə  Azərbaycanda,      o  cümlədən  Təbrizdə        sənətkarlar, 
çarxlı top hazırlaya bilmirdilər. Lakin həmin döyüĢdə Osmanlı ordusu qoĢunun 
önündə istehkamlar düzəldərək top, zərbzən və tüfəngdən atəĢ açırdılar. Onlar 
həm də arabalar üstündə qoyulmuĢ kiçik və böyük toplardan - qazanlardan atəĢ 
açırdılar.  Həsənbəy  Rumlu  Osmanlı  ordusunun  top  və  tüfəng  atmaqda 
məharətindən bəhs edərək yazır ki, onlar top və tüfəng atmaqda o qədər mahir 
idilər ki, hətta bir mil və ya bir fərsəng (6 km) məsafədən hədəfi vura bilirdilər 
[129]. 
Çaldıran  döyüĢündə  qızılbaĢların  məğlubiyyətini  odlu  silahın 
olmaması və ya odlu silahdan istifadə edilməməsi [130] ilə izah etmək düzgün 
deyildir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  I  ġah  Ġsmayılın  hakimiyyətinin  ilk 
illərində Azərbaycanda top və tüfəng istehsalı aĢağı səviyyədə idi. HazırlanmıĢ 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə