Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə51/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   47   48   49   50   51   52   53   54   ...   116

106 
 
toplar  QızılbaĢ  ordusunun  tələbatını  ödəmirdi.  Bununla  əlaqədar  olaraq  I  ġah 
Ġsmayılın  1508-ci  il  fevral  tarixli  fərmanı  Venetsiyanın  Suriyadakı  konsulu 
Petro Zeno vasitəsilə I ġah Ġsmayıl Venetsiyadan topxana və top mütəxəssisləri 
tələb  edirdi.  Lakin  Venetsiyanın  özündə  bu  zaman  daxili  müharibələr 
getdiyindən I ġah Ġsmayılın tələbi yerinə yetirilmədi [131]. 
Yuxarıda  qeyd  edilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  I  ġah 
Ġsmayılın hakimiyyəti dövründə Azərbaycanda, o cümlədən Təbrizdə odlu silah 
-top,  tüfəng,  mancanaq  və  s.  istehsal  olunmuĢdur.  Lakin  I  ġah  Təhmasibin 
hakimiyyəti  dövründə  ardıcıl  olaraq  baĢ  verən  Osmanlı  -  Səfəvi  müharibələri 
nəticəsində  top-tüfəng  istehsalı  xeyli  geniĢləndirilmiĢdir.  Hətta  QızılbaĢ 
ordusunda  topçu  və  tüfəngçi  dəstələri  təĢkil  olunmuĢdu.  I  ġah  Ġsmayılın 
vəfatından  beĢ  il  sonra,  yəni  1529-cu  ildə  QızılbaĢ  ordusunun  Xorasana 
hücumu ərəfəsində I ġah Təhmasib ordunu və silahları nəzərdən keçirir. Həmin 
vaxt  arabalara  yüklənmiĢ  top,  firəngi,  yüz  ədəd  zərbzən  və  badlic,  beĢ  min 
tüfəng var idi [132]. Deməli, hələ I ġah Təhmasibin hakimiyyətinin ilk illərində 
topçu və tüfəngçi dəstələrindən ibarət böyük bir qoĢun var idi. Həmin il təbrizli 
usta ġeyxi TopçubaĢı Camda top tökmüĢdü [133]. QızılbaĢ qoĢunları Damğan 
hakimi  ZinəĢ  xana  qarĢı  vuruĢarkən  yenə  həmin  usta  ġeyxi  TopçubaĢı  oraya 
dəvət  olunur  və  bir  neçə  top  hazırlayır.  Fəzli  Ġsfahani  yazır  ki,  rumlu  və 
isfahanlı tüfəngçilərilə yanaĢı, ġeyxi TopçubaĢı da top atırdı [134]. 
1529-cu  ildə  ilk  dəfə  tarixi  mənbədə  təbrizli  toptökən  ustabaĢı 
ġeyxinin adına  rast gəlməyimiz  heç də  belə  bir fikir oyatmamalıdır ki,  ondan 
əvvəl  Təbrizdə  toptökən  ustalar  yox  imiĢ.  ġeyxinin  həm  topçubaĢı,  həm  də 
Ģeyx (rəis, baĢçı) olması göstərir ki, Təbrizdə toptökmə sənəti hələ ondan əvvəl 
də mövcud olmuĢdur. Onun özü Təbrizdə toptökmə sənətini öyrənməklə yanaĢı 
bu sahədə o qədər təcrübə qazanmıĢdı ki, topçulara baĢçı təyin olunmaqla, həm 
də usta adını ala bilmiĢdi. ġübhəsiz, ġeyxi TopçubaĢının ustadı və Ģagirdləri də 
olmuĢdur.  ġeyxinin  oğlu  da  toptökmə  sənəti  üzrə  mahir  usta  idi.  Məxəzlər 
xəbər verir ki, 1551-ci il iyun ayında I ġah Təhmasib Gürcüstana hücum edib 
bir  sıra  qalaları  mühasirə  edərkən  usta  ġeyxi  TopçubaĢının  oğlu  Heydərbəy 
Ənisi Təbrizini oraya top tökmək üçün apartdırmıĢdı. Heydərbəy orada bir neçə 
top tökmüĢdü [135]. 
Topqayırma sənətinin inkiĢafında  Təbriz  sənətkarlarının  mühüm rolu 
olmuĢdur. Təbrizdə topqayırma karxanalarına topçubaĢılar baĢçılıq etmiĢ və bir 
çox topqayıran sənətkarlar yetiĢdirmiĢdilər. 
H. 940 (1533-34)-cı ildə Osmanlı ordusu Azərbaycana hücum edərkən 
QızılbaĢ ordusu  top və  tüfəngdən atəĢ açmıĢdır [136]. Həsən  Rumlu  yazır ki, 
«tüfəng  ölüm  xəbərini  verirdi,  düĢmən  qıran  zərbzən  isə  bədənlərdə  deĢiklər 
açırdı»[137]. 
1582-ci  ildə  Səfəvi  hökmdarı  Sultan  Məhəmməd  Xudabəndənin 
ordusu  Türbət  qalasını  mühasirə  edərkən  topçubaĢı  usta  Murad  bəy  Təbrizini 


107 
 
və  topçubaĢı  Heydər  bəyin  [138]  oğlu  Bərxurdar  bəy  Təbrizini  top  tökmək 
üçün oraya apartdırmıĢ, həmin topçubaĢıları dörd min batman misdən, ağırlığı 
2800  batman  olan  və  60-70  batman  ağırlığında  daĢ  [139]  ata  bilən  toplar 
hazırlamıĢdılar  [140].  Qazi  Əhməd  Qumi  həmin  topçubaĢıları  «Nadir  topçu 
ustalar»  adlandırmıĢdır.  Təbriz  Ģəhərinin  özündə  də  ustalar  top  tökürdülər 
1585-ci ildə osmanlıların Təbrizdə tikdirdikləri qalanı qızılbaĢ ordusu mühasirə 
edərkən  təbrizli  Murad  bəy  TopçubaĢı  iki  ay  müddətinə  bir  top  tökmüĢdü. 
Lakin  hava  soyuq  olduğundan  və  topun  qəlibi  qurumadığından  əridilmiĢ  mis 
oraya  töküldükdə  qaynayıb  havaya  qalxır  və  ətrafa  tökür.  Top  tökülərkən 
Sultan Məhəmməd də orada idi. Sonra Heydərbəy Ənisin oğlu Bərxurdar bəyə 
toptökmə tapĢırılır. Bərxurdar bəy 40-50 gün ərzində 25 batmanlıq daĢ ata bilən 
top hazırladı [141]. 
XVI əsrin sonlarından artıq topların bir yerdən baĢqa yerə aparılması 
texnikası  təkmilləĢdi.  Düzdür,  topların  çarxları  yox  idi.  Lakin  onlar  arabalar, 
yaxud digər  vasitələrlə  aparılırdı.  1585-ci  ildə  15 batman ağırlığında  daĢ atan 
«KəlləquĢ» adlı topu Gögərçinlu (Marağa  yaxınlığındadır) qalasından Təbrizə 
gətirirlər.  Bu  top  hələ  I  ġah  Təhmasib  dövründə  həmin  qalada  hazırlanmıĢdı. 
ġərəfxan  Bidlisi  yazır  ki,  «ġahi»  adlanan  top  da  var  idi  ki,  on  cüt  öküz  onu 
çəkməkdə  aciz  idi  [142].  1607-ci  il  martın  22-də  I  ġah  Abbasın  əmrilə 
Gəncədən  ġamaxıya  dörd  top  gətirilmiĢdi.  Bu  topları  da  Gəncədə  təbrizli 
ustalar hazırlamıĢdılar. Ġsgəndər MünĢi yazır ki, topları Kür çayından keçirərək 
araba  ilə  ġamaxıya  apardılar.  Otuz  batmanlıq  daĢ  gülləsi  atan  bu  toplardan 
ġamaxıda  Osmanlı  ordusuna  qarĢı  vuruĢmada  atəĢ  açmıĢlar  [143].  Vaxtilə 
Xoyda  tökülmüĢ  «YoldaĢ»  adlı  bir  top  və  Ġsfahandan  bir  neçə  top  ġah  Səfi 
dövründə  (1635-ci  ildə)  Ġrəvana  gətirildi.  Bununla  bərabər,  topçubaĢı  Murad 
bəy və Murtuzaqulu bəy də top tökmək üçün Ġrəvana getdilər [144]. 
Topların  Xoydan  və  Ġsfahandan  Ġrəvana  aparılması,  yaxud  təbrizli 
topçuların  Gəncədə  tökdükləri  topların  ġamaxıya  aparılması  eyni  zamanda 
təbrizli topçuların müxtəlif yerlərə top tökmək iĢinə cəlb olunması göstərir ki, 
toptökmə  sənətkarlığı  Azərbaycanda  xeyli  inkiĢaf  etmiĢ  və  Ģübhəsiz,  Təbriz 
sənətkarlarının bu sahədə böyük və mühüm xidməti olmuĢdur. 
I  ġah  Abbasın  hakimiyyəti  dövründə  də  paytaxtın  Ġsfahana 
köçürülməsinə  baxmayaraq,  yenə  də  toptökmə  sənətinin  əsas  mərkəzi  Təbriz 
Ģəhəri idi. 1603-cü ildə I ġah Abbasın qoĢunu Ġrəvan qalasında Osmanlı ordusu 
ilə vuruĢarkən Ġrəvan qalasından təxminən 6 kilometr məsafədə yerləĢən Ġrəvan 
Ģəhərində  təbrizli  Bərxurdar  bəy  TopçubaĢı  toptökmə  iĢilə  məĢğul  olmuĢdur. 
Bərxurdar bəy Ġrəvan Ģəhərində hərəsi 30 batman ağırlığında daĢ güllə atan iki 
böyük top hazırlamıĢdı. Bu vaxt Təbriz qalasından Ġrəvana böyük balmız və bir 
neçə  top  da  gətirilmiĢdi  [145].  Təbrizdən  digər  yerlərə  topçubaĢı  ilə  birlikdə 
toptökməkdə mütəxəssis olan baĢqa sənətkarlar və lazım olan vəsait aparırdılar. 
1606-cı  ildə  ġamaxıda  Osmanlı  ordusu  ilə  vuruĢmaq  üçün  I  ġah  Abbasın 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə