Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə46/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   42   43   44   45   46   47   48   49   ...   116

96 
 
XVI-XVII əsrlərdə Təbrizdə parça toxuyan ustalardan Mir Qiyasəddin 
Əli Ġsfahani, Müizəddin ibn Qiyasəddin Əli Ġsfahani, Abdulla, Hüseyn, Yəhya 
və  Məhəmmədəlini  göstərmək  olar.  Mir  Qiyasəddin  Əli  təkcə  öz  sənətini 
oğluna  öyrətməklə  qalmamıĢ,  həm  də  çox  mahir  ustad  olduğuna  görə  bir 
müddət  ipək  toxuculuğu  karxanalarının  rəisi  olmuĢdur  [31].  Təbrizin  digər 
məĢhur ipək toxuyan ustalarından Culah Rəhməti Təbrizini, Xacə Əbdürrəhim 
Əjabadini  [32],  məĢhur  diba  parça  toxuyanların  ustadı,  bir  müddət  Təbriz 
toxucu sənətkarlarının rəisi (Məlik-üs-Sənna) iĢləmiĢ  Cəmaləddin Hüseyn ibn 
Əhməd  Dibaçi  (XIV  əsrin  ortaları),  usta  Hüseyn  Dibaçi  (XIV  əsrin  ortaları) 
qeyd  etmək  olar.  Xacə  Əbdürrəhim  Əjabadinin  məqbərəsi  Təbrizdə  Surxab 
qəbiristanlığında yerləĢirdi [33]. 
Girdə  çərçivə  içərisində  naxıĢ  toxuma  üsulu  Təbrizdə  geniĢ 
yayılmıĢdı.  XVI  əsrdə  Təbrizdə  hazırlanmıĢ  belə  bir  naxıĢlı  parçada  açıq 
havada  ziyafət  mənzərəsi  təsvir  olunmuĢdu.  Ziyafətdə  40  nəfərin  iĢtirakı 
müĢahidə  edilir  [34].  Parçalar  üzərində  də  müxtəlif  təsvirlər  çəkilirdi.  Bu 
təsvirlər  arasında  müəyyən  tənasübün  gözlənilməsi  Təbriz  rəssamlarının  nəfis 
parçaların toxunulması prosesi ilə yaxından bağlı olduğunu göstərir. 
Hazırda  dünya  muzeyləri  və  ayrı-ayrı  kolleksionerlərdə  Səfəvi 
dövründə  toxunulmuĢ  parça  fraqmentlərinə  təsadüf  edilir.  Onların  bəzisi 
üzərindəki  təsvirlər  Sultan  Məhəmməd  NəqqaĢın  üslubuna  daha  yaxındır.  Bu 
da  həmin  parçanın  Təbrizdə  toxunduğunu  sübut  edir.  Sultan  Məhəmməd 
NəqqaĢ  demək  olar  ki,  ömrünün  əsas  hissəsini  Təbrizdə  keçirmiĢdir. 
Ümumiyyətlə,  Təbriz  rəssamlarının  çəkdiyi  insan  və  təbiət  mənzərələri 
təsvirlərinin  ipək  parçalar  üzərində  əks  olunması  Təbrizdə  toxunan  ipək 
parçalara dünya Ģöhrəti qazandırmıĢdı. 
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  XVI-XVII  əsrlərdə  Təbriz 
Azərbaycanın  ən  mühüm  parça  toxuculuğu  mərkəzi  idi.  Digər  orta  əsr 
sənətkarlıq növlərinə nisbətən toxuculuq üstünlük təĢkil etmiĢ və Ģəhərin daxili 
və  xarici  ticarətində  ipək,  pambıq,  yun,  zərli  parça,  adyal,  çalma,  çuxa,  əlüz 
dəsmalları, baĢ örpəyi mühüm yer tuturdu. 
Azərbaycanda  Təbriz  xalı  və  xalça  toxuculuğunun  əsas 
mərkəzlərindən biri hesab olunurdu. Hələ X əsrdə Təbrizdə toxunmuĢ xalçalar 
dünya bazarına çıxarılırdı [35]. Səfəvilər hakimiyyətinin ilk illərindən Təbrizdə 
xalı  və  xalça  toxunuĢu  özünün  yüksək  səviyyəsinə  qalxmıĢdı.        Səfəvilər 
dövründə  Azərbaycanın  ən  məĢhur  sənətkarlıq  məhsudlarından  hesab  olunan 
xalı  və  xalçalar  dünya  Ģöhrəti  qazanmıĢdı.  Hazırda  xarici  ölkə  muzeylərində 
mühafizə olunan xalı və xalça nümunələrinə təsadüf edilir ki, onların bir  çoxu 
Səfəvilər  hakimiyyətindən  qabaq  və  sonra  Təbrizdə  toxunmuĢdur.  Xalı  və 
xalçaların harada  toxunmasını onların ilmələrilə  müəyyən etmək  mümkündür. 
Çünki  həmin  xalı  və  xalçalarda  çox  vaxt  yazı  olmurdu.  Kristen  Vilsonun 
yazdığına  görə,  xarici  muzeylərdə  saxlanılan  xalıların    bir    çoxu  Təbrizdə 


97 
 
toxunmuĢdur [36] ki, onları da XV əsrin sonuna aid etmək olar. Çünki onların 
toxunuĢu  və  rəngi  Səfəvilər  dövründə  Təbrizdə  toxunmuĢ  xalı  və  xalçalardan 
fərqlənir. 
Bazarda  xalı  və  xalçaya  tələbatın  artması  baĢqa  Ģəhərlərdə  olduğu 
kimi, Təbrizdə də xalı-xalça toxuculuğu sənətinki inkiĢafına vüsət verdi. Artıq 
XVI  əsrin  əvvəllərindən  Təbrizdə  xalça  toxunan  müstəqil  karxanaların  sayı 
xeyli artmıĢdı.  Bu dövrdə  xalça toxuculuğu sənətkarlığının inkiĢafı sübut edir 
ki, Təbriz xalı toxuculuğu cəhətdən qədim bir tarixə malik olmuĢ və Səfəvilərin 
hakimiyyəti  dövründə  təkamül  dövrü  keçirmiĢdir.  Təbrizdə  toxunmuĢ 
«Təbriz»,  «BəxĢayiĢi»,  «Qaraca»,  «Qəravani»  adlı  xalçalar  məĢhur  idi. 
Azərbaycan Ģəhərlərində, o cümlədən Təbrizdə toxunmuĢ xalı və xalçalar «türk 
xalçaları»  adı  ilə  məĢhur  idi.  Bu  xalçalar  təkcə  Azərbaycanda  deyid,  hətta 
Yaxın  və  Orta  ġərq  ölkələrində    məscidləri,    feodal  əyanlarının  saraylarını 
bəzəyirdi. 
Təbriz  xalçaçılıq  sənətinin  Ģah  əsəri  olan  ən  gözəl  xalılardan  biri 
Ərdəbildə  ġeyx  Səfi  məscidi  üçün toxunulmuĢ  «ġeyx Səfi»  xalısıdır. Hazırda 
Londonda  Viktoriya-Albert  Muzeyinin  ən  qiymətli  eksponatlarından  hesab 
olunan  həmin  xalının  uzunluğu  10,51,  eni  5,34  metr,  ümumi  sahəsi  56,12 
kvadratmetrdir.  1539-cu  ildə  hazırlanmıĢ  bu  xalıda  32  milyon  ilmə  vardır. 
Xalının  üzərindəki  yazıdan  onun  Maqsud  KaĢani  tərəfindən  toxunduğu  aydın 
olur.  Lakin  sənətĢünas  Lətif  Kərimov  qeyd  edir  ki,  xalının  üzərində  Hafiz 
ġirazinin  «Divan»ından  yazılmıĢ  bir  beyt  Ģer  və  aĢağı  hissəsində  «Qapının 
nökəri  KaĢanlı  Maqsudun  əməli  h.  946-cı  il»  sözləri  xalının  rəssamına  və 
toxucularına aid deyildir. Tədqiqatçının fikrincə, istedadlı rəssamın çəkdiyi və 
Təbriz  xalçaçılarının  toxuduğu  bu  xalını  sonralar,  yəni  h.  946-cı  ildə  KaĢani 
Maqsud satın almıĢ, onun üzərində kustar təmirçinin əlilə öz adını və Hafizin 
Ģerini  yamatdırmıĢ,  sonra  isə  xalını  «ġeyx  Səfi»  məqbərəsinə  vəqf  etmiĢdir 
[37].  Dünyanın  bir  çox  mütəxəssisləri  belə  bir  əqidədədirlər  ki,  həmin  xalı   
Təbrizdə  toxunmuĢdur.  Belə  ki,  xalının  yun  tərkibi  onun  Təbrizdə  toxunması 
üçün fikir yürütməyə imkan verir. Digər tərəfdən, onun ilmələrindən də aydın 
olur  ki,  xalı  Təbriz  sənətkarlarının  əməyinin  məhsuludur.  Xalının 
toxunmasında  bir  çox  ilmə  vuran  toxucu  iĢtirak  etmiĢdir.  Bu  da  Təbriz 
xalçaçılıq  karxanalarında  müxtəlif  növ  peĢə  sahiblərinin  çalıĢdığını  göstərir 
[38]. «ġeyx Səfi» xalısı 1893-cü ildə Təbrizdəki Seqler Ģirkəti vasitəsilə alınır. 
Müəyyən  müddətdən sonra  Ven Sen  Rabinson adlı digər ticarət  Ģirkəti həmin 
xalını  alaraq  Viktoriya-Albert  Ģirkətinə  satır  [39].  Biz  sənətĢünas  Lətif 
Kərimovun  belə  bir  fikrilə  tamamilə  razılaĢırıq  ki,  xalının  ilk  çeĢnisini  çəkən 
istedadlı ornamentalist rəssam bütün elementlərdə ornament qanunlarına riayət 
edərək  nadir  sənət  nümunəsi  yaratmıĢdır.        Xalının  üzərindəki  əyri-üyrü 
formalı yazılar heç vəchlə ilk rəssam tərəfindən çəkilə bilməzdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə