77
təĢkil edən geniĢ xalq kütləsinin mənafeyi əleyhinə birləĢirdi. Belə bir
ziddiyyət dövrün məĢhur mütəfəkkir və filosofu Övhədi Marağinin (1274-
1338) əsərlərində də öz əksini tapmıĢdır. Övhədi Ģəhərdə dövlət məmurlarının
özbaĢınalığını və rüĢvətxorluğunu tənqid atəĢinə tutmuĢdur. O, «Cami-cəm»
adlı əsərində yazır: «Oğru Ģəhnə ilə Ģərik olduqda, küçələrdə əsəs çerik (gecə
nəzarətçisi, muzdla tutulmuĢ əsgər - S. O.) olar. Kənd karvanını oğurlayırlar,
Ģəhər Ģəhnəsi hər ikisinin malını aparır. ġəhərdə əsas olmadıqda, Ģəhnənin
qaqalarının qırıĢığı kifayət edər» [267]. Övhədi Maraği dövrün hökmdarlarını
və onların caniĢinlərinin rüĢvətxorluğu barədə yazır: «Son rüĢvət istəmirsənsə,
nayiblərinə də bir çarə qıl» [268].
Övhədi baĢqa bir yerdə kəndlilərin iĢləyib zəhmət çəkməsindən,
kətxudaların və çəriklərin isə müftə yeməsindən danıĢaraq yazır: «Kəndli iki
ayda bir dəfə ət yeyir. ġahın çəriki isə hər gün qızardılmıĢ toyuq yeyir.
Kəndlilərin iĢlək əlləri dəri kimi kardan düĢmüĢdür. Kətxuda yumĢaq əlini
uzadaraq deyir ki, gətir. Onun əlindən çörək yeyərkən paralanmıĢ əlinə də bir
nəzər sal» [269].
ġəhər sənətkarları, xırda tacirlər, müxtəlif peĢə sahibləri, yoxsullar
vergilərin ağırlığı və dövlət məmurlarının özbaĢınalığından cana gəlmiĢdilər.
Xırda alverçilər iri tacir və feodallardan sələmlə pul alırdılar. Borcunu vaxtında
verə bilməyənlərin əmlakı əlindən alınmaqla özləri də arvad-uĢaqları ilə
birlikdə əsir alınırdılar [270]. Sənətkarlar özləri də mahiyyətcə eyni vəziyyətdə
deyildilər. Saray və ayrı-ayrı feodalların karxana və emalatxanalarında iĢləyən
sənətkarların vəziyyəti daha ağır idi. Qazan xanın əmrilə saray karxanalarında
silahqayıran bir çox sənətkarlar iĢləyirdi. Qazan xan onları «bizim ovzan və
əsirlərdir» [271] deyə qeyd etmiĢdir.
Beləliklə, azad sənətkarlarla yanaĢı, qul sənətkarlar da var idi. Bunlar
hüquqi cəhətdən azad sənətkarlardan xeyli fərqlənirdilər. Azad sənətkarlar öz
sərmayələri ilə bazarlarda silah qayırıb satırdılarsa, qul sənətkarlar bir qarın
yeməyə səhərdən axĢama qədər karxanada iĢləməli və qoyulmuĢ norma
əsasında silah qayırıb dövlətə təhvil verməli idilər [272].
Azlıq təĢkil edən və Ģəhərin idarə olunmasında mühüm rol oynayan
bir qrup feodal və məmurlardan baĢqa Ģəhər əhalisinin əksəriyyətini təĢkil edən
sənətkar, alverçi və digər peĢə sahiblərinin vəziyyəti olduqca ağır idi. Təsadüfi
deyildir ki, Marko Polo Təbriz əhalisinin vəziyyətindən bəhs edərək yazır:
«Əcnəbilərlə ticarət edənlər tez varlanırlar, lakin Ģəhərin əhalisi ümumiyyətlə
yoxsuldur» [273]. .
Təbriz əhalisinin bir hissəsi sənət və peĢəsi olmayan tam yoxsullardan
ibarət idi. Bunların sayı o qədər çox idi ki, Ģahlar Təbrizə daxil olarkən onlara
sədəqə verirdilər. Hətta Təbrizdə onları sakitləĢdirmək məqsədilə «Dar-ül-
mesakin» («Yoxsullar evi») tikdirmiĢdilər. ġəhristani-RəĢidi və ġam Qazanda
belə evlər var idi. ġəhristani-RəĢididə iki böyük qazan - «Dike meskinan»
78
(«Yoxsullar qazanı») qoyulmuĢdu. Orada yoxsullar üçün xörək biĢirib pulsuz
paylayırdılar. Yoxsullara gündə iki batman çörək və saxsı qabda bir az ət
xörəyi verilirdi. Qapıçı yoxsulları növbə ilə içəri buraxırdı. Orada hamı sıra ilə
oturur, növbə ilə hər 10 nəfərə 10 qab umac aĢı verilirdi. Yeyib qabı təhvil
verdikdən sonra digər 10 nəfərə yemək paylanırdı. Bu qayda ilə 100 nəfər
yedikdən sonra digər 100 nəfər içəri buraxılırdı [274]. Bundan əlavə, Qazan
xan Təbrizə daxil olarkən yoxsullara sədəqə verirdi. RəĢidəddin yazır ki, Qazan
xan h. 696-cı il zilhiccə ayında (sentyabr 1297) Təbrizə daxil olarkən fəqir və
yoxsullara xeyli mal sədəqə verdi [275].
Dövlət və ayrı-ayrı feodalların hesabına yoxsul evlərinin tikilməsi,
orada onlara pulsuz yemək verilməsi Ģahların yoxsullara sədəqə paylaması
yoxsulları bir növ «sakitləĢdirmək» və sinfi mübarizədən çəkindirmək məqsədi
güdürdü. Lakin bütün bunlar göstərir ki, Təbriz əhalisinin müəyyən hissəsini
yoxsullar təĢkil edirdi.
Təbriz və Rəb-i RəĢididə qul əməyindən də istifadə olunurdu.
RəĢidəddinin 3600 iəfər qulu arasında müxtəlif sənət və peĢə sahibi var idi.
Məsələn, Rəb-i RəĢididə olan 220 nəfər kiĢi quldan 30 nəfəri kankan idi [276].
RəĢidəddin vəsiyyət etmiĢdi ki, qul uĢaqlarına memarlıq, zərgərlik,
kankanlıq, bağbanlıq, rəssamlıq, xəttatlıq və s. sənətləri öyrətsinlər. Qulun
uĢağı mümkün qədər atasının sənətinə yiyələnməli idi [277]. RəĢidəddin
qulların uĢaqlarına sənət öyrətməklə heç də onların gələcək taleyi ilə
maraqlanmırdı. Əksinə, qul sənətkarların sayını artırmaq və onların əməyindən
geniĢ istifadə etmək məqsədi güdürdü. Qul sənətkarların vəziyyəti azad
sənətkarlara nisbətən daha ağır idi. Onlara Təbriz və Rəb-i RəĢididə gündəlik iĢ
norması verilirdi. Qul öz əməyinin məhsulunun hamısını feodala verir,
müqabilində cüzi miqdarda çörək və ya un alırdı. Qullara natura Ģəklində
verilən haqq hətta onların geyiminə də çatmırdı. Buna görə də RəĢidəddin
onlara illik geyim verirdi [278].
Rəb-i RəĢididə əkin sahələrində çalıĢan xeyli qul var idi. Yalnız
Fəthabad bağında 500 kiĢi və 500 qadın qul, RəĢidabad bağında isə 200 (100
kiĢi, 100 qadın) qul iĢləyirdi [279].
Bundan əlavə, RəĢidəddin Rəb-i RəĢidi ətrafına hasar çəkdirmiĢ, orada
beĢ kənd saldırmıĢdı. Hər kənddə 20 kiĢi və 20 qadın qul iĢləyirdi [1280]. Ġ. P.
PetruĢevski haqlı olaraq qeyd edir ki, Fəthabad bağında iĢləyən qulların
«məzare» adlandırılmasından aydın olur ki, həmin dövrdə qul əməyi feodallar
üçün sərfəli olmadığından qul sahibi onları irsi muzdlu qul vəziyyətinə salıb,
istehsal vasitəsilə çevirirdi. Qulların evləri və ailələri var idi [281]. Onlar
həmiĢə evli vəziyyətdə olmalı idilər. RəĢidəddin onları torpaqsız sata bilərdi.
Halbuki muzdur rəiyyətlə belə hərəkət edə bilməzdi. Qul muzdurun özünə
məxsus bağ sahəsi, əkin üçün əmək aləti, iĢ heyvanı yox idi. Bunları qul sahibi
özü verirdi. Hətta yuxarıda qul sənətkarlar haqqında qeyd etdiyimiz kimi, əkin
Dostları ilə paylaş: |