72
Teymurun ölü mündən sonra MiranĢah və onun böyük oğlu Əbubəkr zahirən
Ömərin hakimiyyətin i qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını
düĢündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiĢ Əbubəkri həbs etdirdi. Qala
keĢikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası MiranĢahla Xorasanda
qoĢun topladı. ġirvanĢah I Ġbrahimə qarĢı yürüĢ etmiĢ Ömər Ģəhərdə olmadığı üçün
Əbubəkr Su ltaniyyəni ələ keçird i və maneəsiz Təbrizə daxil oldu.
Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquĢmalar
meydanına çevrilmiĢdi. Təbriz əldən-ələ keçir və Ģəhərin sakinləri qətl və qarətlərə
məruz qalırdı. Lakin təbrizlilər iĢğalçılara qarĢı mübarizədə böyük hünər və
mətinlik göstərərək onları Ģəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin
müdafiəsinin təĢkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, ġey x Əxi
Qəssab və Qazi Ġmadəddinin qeyrət və bacarığ ı xüsusi qeyd olunur.
Qaraqoyunlu tayfa ittifaqın ın baĢçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-
cı il oktyabrın 14-də Naxçıvanın qərb ində, Araz çay ının sahilində toqquĢdular.
Qaraqoyunluların hə mləsinə davam gətir məyən Teymurilər qaç mağa üz qoydular.
Qara Yusif döyüĢ meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin ad lı-sanlı
rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəld i,
Ģəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə
təĢviq etdi. Qara Yusif isə müvəqqəti olaraq Ģəhəri mühafizə etmək üçün darğa
göndərdi və Sultaniyyəyə yürüĢ etdi. Əbubəkr Ģəhəri tərk etdi və Reyə qaçdı.
Sultaniyyəyə girmiĢ Qaraqoyunlular Ģəhəri qarət etdilər, sonra isə əhalin i Təbriz,
Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi o lan qardaĢı ġahru xdan yard ım
alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təĢəbbüs etdi. Bundan xəbər
tutan Qara Yusif Təbriz ətrafında yerləĢən ġənbi-Qazana gəldi. 1408-ci il aprelin
21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qa raqoyunlu qoĢunu
Teymuriləri darmadağın etdi. M iranĢah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq
oldu.
Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti
vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu,
Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmıĢ və bu ərazidə
Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaran mıĢdı. Bu qələbədən sonra,
1409-cu il payızın baĢlanğıcında Qara Yusif Təbrizə da xil olmuĢ, ġəki hakimi
Seydi Əh mədə qarĢı qoĢun göndərmiĢdi. Lakin Qaraqoyunlu sərkərdələri döyüĢə
yaxĢı hazırlaĢmıĢ ġəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiĢ və
ġirvanın bəzi yerlərin i qarətlə kifayətlənərək geri qayıtmıĢlar. Qara Yusif ö z siyasi
məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaĢdırmırd ı. O, lap əvvəldən
73
Azərbaycanın Ģimal hissəsini də özünə tabe etmək istəyirdi. ġəki və ġirvana
göndərilmiĢ Qaraqoyunlu qoĢun dəstələrinin fəa liyyəti buna sübutdur.
1410-cu il avqustun 30-da Təbriz ya xınlığında, Əsəd qəsəbəsi kənarındakı
döyüĢdə keçmiĢ müttəfiqi Cəlairi Sultan Əh mədi məğlub etmiĢ Qara Yusif ona
hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləĢdirən sənədlərə qol çəkdirdi, Su ltan
Əh məd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüĢdü. Bu məsələni
Sultan Əh mədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında
yarlıq yazd ırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və
Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət
iĢlərini bütövlükdə öz əlində saxladı. Beləliklə, A zərbaycan Qaraqoyunlu dövləti
yarandı. Azərbaycanın Kürdən cənubdakı ərazisi, Ermənistan, Anadolunun Ģərq
vilayətləri və Ġraq-i Ərəb bu dövlətin daxilində idi.
Qaraqoyunlu dövlətinin ən güclü düĢməni Xorasanda qərar tutmuĢ Teymuri
hökmdarı ġahru x id i. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan
Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların Ģərqə irəlilə məsi ġahru xu qəti
tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 min lik qoĢunla
Azərbaycana tərəf hərə kət etdi. Lakin Qara Yusif də geniĢ hərbi hazırlıq görmüĢdü:
atlı qoĢunla yanaĢı burada ilk dəfə olaraq piyada döyüĢçülər (Təbriz vilayətinin
oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmiĢdilər. ġahru xun Təbrizə
göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüĢ
məqsədilə paytaxtdan çıxması xəbəri ġahru xun ordusunda böyük həyəcan və təlaĢ
doğurmuĢdu. ġahrux qüdrətli sərkərdə kimi geniĢ Ģöhrət tapmıĢ Qara Yusifdən
ehtiyat edirdi.
Qara Yusif ya xĢı silahlan mıĢ güclü qoĢunu üçün baxıĢ təĢkil etmiĢdi.
Teymuri tarixçiləri bu ordunun "günəĢin zərrələri və buludun damlaları qədər
saysız-hesabsız" olduğunu göstərirlər. Lakin əslində Qara Yusifin qoĢununun sayı
50 mindən çox deyild i. Təbrizdən düĢmən qarĢısına çıxmıĢ Qara Yusif yolda ikən
ağır xəstələndi və qəflətən vəfat etdi.
Qara Yusifın ölü mü Qaraqoyunlu ordugahında böyük qarıĢıq lığa və hərc -
mərcliyə səbəb oldu. ġahzadələrdən heç biri burada deyildi; ġah məhəmməd
Bağdadda, Ġsgəndər Kərkükdə, Ġspənd Adilcəvazda, CahanĢah Sultaniyyədə, Əbu
Səid isə Ərzincanda idi. Yaxın laĢan Teymuri qoĢunundan vahiməyə düĢmüĢ
Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu
padĢahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını
çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yaln ız
iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və
baĢqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da ƏrciĢə - ata-babasının