415
neçə il sonra ġirvanda olmuĢ E.Forster yazır ki, burada külli miqdarda ipək əldə edilir
ki, onun da ildə 400 tonu ixrac o lunur.
Azərbaycan xalçaçılarının məhsulları xarici bazarda yüksək qiymətləndirilirdi.
ġamaxı xanlığının üç iri kəndi - Basqal, Müci və Lahıe bir növ sənətkarlıq
mərkəzlərinə çevrilmiĢdi. Bu kəndlərin sənətkarları tərəfindən hazırlanan mallar
bazarlarda böyük Ģöhrət tapmıĢdı. Basqal və Mücidə müxtəlif ipək parçalar, kəlağayılar
istehsal edilir, Lahıeda isə mis avadanlıqları, həmçinin mü xtəlif silahlar o cümlədən
tüfəng, xəneər və s. hazırlanırdı. Lahıcın məhsulları həm keyfıyyət, həm də kəmiyyət
etibarilə heç də o dövrün mərkəzi Ģəhərlərində istehsal olunan məhsullardan geridə
qalmırdı. Adi Ģəhərlərdəki sənətlərin, demək olar ki, bütün növləri burada mövcud idi.
Lakin Lahıc inzibati mərkəz deyildi, əhalisi çox az, sahəs i də Ģəhərə nisbətən kiçik id i.
Təbriz, Ərdəbil, Xoy, ġəki, Qarabağ, Urmiya, Gəncə və digər xanlıqlarda da
müəyyən iqtisadi eanlanma müĢahidə olunurdu.
XVIII əsrin ikinci yarısında sənətkarlıqda nisbi canlanma özünü göstərsə də,
ölkə texnika cəhətdən geridə qalmaqda davam edirdi. Hətta AbĢeronda əsrlərdən bəri
neft istehsalı ilə məĢğul olunduğu halda, nefti yenə də ibtidai üsulla əldə edirdilər.
Bununla belə, AbĢeron kəndləri və Bakı ətrafında istehsal olunan neft tuluqlara
doldurularaq hər gün atla, qatırla, dəvə və yaxud gəmi karvanları ilə uzaq Ģəhərlərə
aparılıb baha qiymətə satılırd ı.
XVIII əsr mənbələrindən birində yazılmıĢdır: "Bakının ətrafında çoxlu miqdarda
neft bulağı vardır. Bu bir növ qara vo çox asanlıqla yanan yer yağıdır". Səyyah E.Bel
yazır ki, mən bulaq suyuna bənzərini də görmüĢəm. Məlumdur ki, neft heç də yerdən
Ģəffaf halda çıxmır. Lakin yuxarıda misal gətirdiyimiz kəlmələrin müəllifı "bulaq suyuna
bənzər" neftin mövcud olduğundan xəbər verir. Çox güman ki, Ġngiltərədən gələn
səyyah bu sözləri yazdıqda, ağ nefti (kerosini) nəzərdə tutur. Buradan belə bir nəticəyə
gəlmək olar ki, yerli əhali nefti emal edərək, ondan Ģəffaf rəngli ağ neft alırmıĢ. Bu barədə
səyyah Ġ.Lerx də məlu mat verir. O yazır ki, əhali nefti emal etməklə ondan "spirtə"
bənzər ağ neft alır. ġübhəsiz, Lerx burada adi kerosini nəzərdə tutmuĢdur. Müəllif
neftin xüsusiyyəti haqqında belə məlu mat verir: "Neft tez yanmır, o, tünd-qonur
rəngdədir, amma emal olunduqdan sonra açıq-sarı rəngə çalır. Ağ neft bir qədər
bulanıqdır. Lakin emal edildikdə, "spirt kimi Ģəffaf olur və çox tez alovlanır".
XVIII əsrdə Azərbaycandakı sənətkarlar sırasında neftayıranlar da var idi.
Ümu miyyətlə, XVIII əsrin ikinci yarısında Azərbaycan sənayesində sənətkar
emalatxanaları çərçivəsində məhdudlaĢmıĢ kustar istehsalı üsulu hökm sürürdü.
Azərbaycan Ģəhərlərində iki cür sənətkara təsadüf edilirdi: sənətkar sexlərinin
üzvləri və ev Ģəraitində fərd i əməklə məĢğul olan sənətkarlar.
416
Azərbaycan Ģəhərlərindəki sənətkar sexləri əsnaf adlanırdı. Əsnaflar bütün
Yaxın ġərq ölkələrində olduğu kimi, sözün tam mənasında, Təkcə sənətkarları deyil,
eyni za manda müxtəlif peĢə və iĢ sahiblərini də öz ətrafında birləĢdirirdi. Be lə
Ģəhərlərdə dəmirçi, papaqçı, dərzi, to xucu və digər əsnaflarla yanaĢı, əllaf, tuluqçu,
pəhləvanlar və b. da var idi.
Əsnaf inzibati idarəsi ustabaĢı, ağsaqqallar, igidbaĢı və xəzinədardan ibarət idi.
Əsnaflar öz homrəyliklərin i bu və ya digər küçə və məhəllələrdə cəmləĢməklə
nümayiĢ etdirirdilər. Qədim Ģəhərlərdəki küçə adları buna bir daha sübutdur.
Ġndiyədək ġəki, ġamaxı, Bakı, ġuĢa və digər Ģəhərlərdə xalq arasında sənət adı ilə
çağırılan məhəllələr mövcuddur. ġəkidə belə məhəllələr digər Ģəhərlərə nisbətən
daha səciyyəvi olduğu üçün buradakı küçə adları misal gətirilə bilər: ġa lbarlar
(Ģaltoxuyanlar), Sabunçular, Xarratlar, Zərgərlər, Dulus çular, Dabbağlar, Çanaxçılar,
Çölməkçilər, Sərkarlar və s.
ġuĢa Ģəhərində dəmirçi, qalayçı, baĢmaqçı, dabbağ əsnafların ın olması barədə
məlu mat vardır.
Bakı qalasında sənətkar məhəllələrinin olduğunu sübut edən dəlillərdən biri
budur ki, Bakı rus qoĢunları tərəfındən iĢğal edildikdən sonra general A.Yermolov
belə bir əmr vermiĢdi: "Sənətkarların qaladına (indiki ĠçəriĢəhərdə) yaĢamasına
icazə verməli, lakin misgərlər və dəmirçilər yalnız Ģəhərin kənarında yaĢamalıdırlar.
Boyaqçılar, dabbağlar və ümumiyyətlə sənətlə məĢğul olan sənətkarlar da mütləq
oradına (Ģəhərin kənarında. - məsul red.) yerləĢdirmə lidirlə r". Bu sənəddən məlu m
olur ki, köhnə Bakın ın müəyyən küçələrində misgərlər, dabbağlar və kiçik Ģəhərin
havasını çirkləndirə bilən digər sənətkarlar cəmləĢmiĢdilər. Məhz buna görə də yerli
hakimiyyət orqanları onları Ģəhərdən çıxarmağa məcbur olmuĢlar.
Sənətkarlardan vaxtlı-vaxtında vergi almaq məqsədilə onlara öz mallarını
əsasən bazar və karvansaralarda satmağa icazə verilmiĢdi.
Əvvəlki dövrlərdə olduğu kimi, XVIII əsrin ikinci yarısında da
Azərbaycanda ticarət əməliyyatı həm karvan yolları, həm də Xəzər dənizi vasitəsilə
aparılırdı.
Karvan yolu ilə ən qızğın ticarət ġimal istiqamətində-Bakı-Dərbənd-Tərki-
Qızlyar-HəĢtərxan; Cənub istiqamətində isə Bakı-ġamaxı-Cavadın-Lənkəran-RəĢt
marĢrutu ilə aparılırdı.
Vo lqa-Xə zər ticarət yolunda isə Bakı liman ı xüsusi əhəmiyyət kəsb edirdi.
Bu yolla həm Rusiyaya, həm də Rusiyanın çayları vasitəsilə Qərbi Avropa
ölkələrinə, xüsusilə Ġngiltərə və Ho llandiyanın bazarlarına çıxmaq o lurdu.
Karvan yollarında ġamaxı Ģəhəri də mühüm ro l oynayırdı. Buradan tacirlər
karvan vasitəsilə Ba kıya, ya xud Qobustan düzü ilə ġabrana, oradan isə dənizlə